Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Dehli və Vaşinqton razılığa gəldi: Rusiya üçün problem...

Dehli və Vaşinqton razılığa gəldi: Rusiya üçün problem...

Icma.az bildirir, Axar.az portalına istinadən.

Nəhayət, Vaşinqtonla Dehli arasında razılaşma əldə olundu. Bu razılaşma ticarət və enerji sahəsini əhatə edir. Razılaşmaya əsasən, ABŞ qarşılıqlı rüsumları 25 faizdən 18 faizə endirəcək. Bu haqda ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında məlumat verib. Tramp Hindistanın Baş naziri Narendra Modi ilə telefonla danışdığını və razılaşma əldə etdiyini yazıb. İki lider ticarət razılaşmasıyla yanaşı, Rusiya-Ukrayna müharibəsi barədə də fikir mübadiləsi aparıblar. Bu mövzu Tramp üçün ona görə vacibdir ki, Ağ Ev sahibi Hindistanın Rusiyadan ucuz neft almasını istəmir.

Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

“Donald Trampın sözlərinə görə, Hindistan bundan sonra Rusiyadan neft almayacaq və daha çox nefti ABŞ-dan, mümkün variant kimi isə Venesueladan alacaq.

Əgər Hindistan bu vədini yerinə yetirərsə, bu, Rusiyanın problemlərini daha da artıracaq. ABŞ prezidentinin sözlərinə görə, Dehlinin Rusiyadan neft almama qərarı hər həftə minlərlə insanın öldüyü Ukraynada müharibənin başa çatmasına kömək edəcək. Tramp həmçinin bildirib ki, Modi ilə razılaşmaya əsasən, tərəflər gələcəkdə ABŞ-a qarşı tətbiq olunan tarif və qeyri-tarif maneələrinin “sıfıra” endirilməsi istiqamətində də addımlar atacaqlar. Tramp Dehlinin Vaşinqtonun daha bir istəyini yerinə yetirə yetirdiyini yazıb. Onun sözlərinə görə, Hindistan ABŞ-dan energetika, texnologiya, kənd təsərrüfatı məhsulları, kömür və digər mallar da daxil olmaqla ümumilikdə 500 milyard dollardan artıq həcmdə alış etməyi öhdəsinə götürüb.

Vaşinqtonla Dehli arasında ticarət mövzusunda danışıqlar Tramp prezident seçildiyi dönəmdən davam edirdi. Dehli Vaşinqtondan əvvəl Brüsellə ticarət razılaşması əldə etdi. Beləliklə, Hindistan iqtisadiyyatını inkişaf etdirmək, ixracı artırmaq məqsədilə Çindən geri qalmamağa çalışır.

Bu arada, Hindistan hökumətinin 2026-2027-ci illər üçün büdcədə hərbi xərcləri 85.5 milyard dollar nəzərdə tutması da müşahidəçilərin diqqətindən yayınmayıb. Hindistan bu xərclər çərçivəsində hərbi texnika istehsalına və sərhədlərin qorunmasına daha çox diqqət ayırmağı planlaşdırır. Görünür, Hindistanın hərbi xərcləri artırmaq qərarı qonşusu Çinin artan hərbi gücü ilə əlaqəlidir. Hindistan bu çərçivədə həm özünün hərbi-sənaye kompleksini genişləndirmək, həm də ABŞ və Avropa ölkələrindən hərbi texnika alışını genişləndirməyi planlaşdırır. Vaşinqtonla Dehli arasında əldə olunan ticarət razılaşması iki ölkə arasında hərbi-texniki əməkdaşlığa da təkan verə bilər”, - politoloq bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://axar.az
archiveBu xəbər 03 Fevral 2026 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see585

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see495

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see448

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see319

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see305

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see298

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see290

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see277

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see261

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see253

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see243

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see229

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see226

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see204

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see199

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see199

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see197

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see183

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see182

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri