Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Diş minasını bu üsulla bərpa etmək OLAR

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

Şəkinin bu kəndində yerin altından tarix çıxır: Qədim məbədlər, sirli qəbirlər

Şəkinin bu kəndində yerin altından tarix çıxır: Qədim məbədlər, sirli qəbirlər

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanın hər kəndi özü boyda bir sirr saxlayır, özü boyda bir tarixdir.

Lent.az “Bizim kəndlər” adlı rubrikası ilə yeni layihəyə başlayır.

Layihədə məqsədimiz Azərbaycan kəndləri haqqında geniş məlumat vermək, yeni nəslin bu kəndləri tanımasına şərait yaratmaqdır. Kəndlərlə bağlı əfsanələri, sirləri, qədim məbədləri və indiyədək çoxlarına məlum olmayan tarixi faktları üzə çıxarmaq istəyirik.

Azərbaycanı kəndbəkənd dolaşmaq, hər kəndin özünəməxsus tarixini, mədəniyyətini və zəngin irsini oxucularımıza təqdim etmək niyyətindəyik.

Əsas məqsədimiz yurdumuzu daha geniş təbliğ etmək, kəndlərimizin tarixini yaşatmaq və bu zəngin irsi gələcək nəsillərə çatdırmaqdır.

Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri hesab edilən Şəkinin Orta Zəyzid kəndi haqqında maraqlı faktlar üzə çıxır. Böyük Qafqaz dağlarının ətəyində yerləşən bu kənd təkcə füsunkar təbiəti ilə deyil, minillik tarixi, qədim alban məbədləri, arxeoloji tapıntıları və yetişdirdiyi insanlarla da diqqət çəkir. Son illərdə aparılan araşdırmalar göstərir ki, Orta Zəyzidin torpağı altında Azərbaycan tarixinin hələ tam öyrənilməmiş səhifələri gizlənir.

Lent.az Şəkinin Orta Zəyzid kəndi ilə bağlı maraqlı faktları və az bilinən tarixi məlumatları təqdim edir.

Orta Zəyzid Şəki rayonunun qədim kəndlərindən biridir. 2019-cu ilin siyahıyaalınmasına əsasən, burada 3069 nəfər yaşayırdı. Kənd Baş Zəyzid, Qırxbulaq və Vərəzət yaşayış məntəqələri ilə qonşudur. Ərazinin tarixi əhəmiyyəti onun qədim Qafqaz Albaniyasının mədəni irsi ilə bağlılığından qaynaqlanır.

Kəndin ən maraqlı xüsusiyyətlərindən biri burada qədim xristian məbədlərinin mövcudluğudur. Orta Zəyziddə yerləşən Zəyzid məbədi dövlət qeydiyyatında XI–XII əsrlərə aid yerli əhəmiyyətli memarlıq abidəsi kimi göstərilir. Bununla belə, bəzi tarixçilər tikilinin daha qədim dövrlərə aid ola biləcəyini ehtimal edirlər. Bu fərziyyənin təsdiqlənməsi üçün əlavə arxeoloji araşdırmalara ehtiyac var.

Məbədin memarlıq quruluşu da diqqətəlayiqdir. Xaçvari plana malik tikilinin inşasında daş və möhkəm əhəng məhlulundan istifadə edilib. Abidənin günbəzi günümüzə çatmasa da, qalan divarları qədim ustaların tikinti bacarıqları haqqında təsəvvür yaradır. Ərazidə başqa alban dini tikililərinin izlərinin olması barədə də məlumatlar mövcuddur.

Orta Zəyzidin ən böyük sirlərindən biri isə Harunbazar adlı qədim yaşayış məskənidir. Azərbaycan Milli Elmlər Akademiyasının Şəki Regional Elmi Mərkəzinin əməkdaşları burada 2025-ci ildən arxeoloji tədqiqatlar aparırlar. Araşdırmalar nəticəsində ərazidə erkən orta əsrlərə aid yaşayış izləri müəyyənləşdirilib.

2026-cı ildə aparılan qazıntılar zamanı beş qədim təndir qalığı və üç daş qutu qəbir aşkarlanıb. Kənd ərazisindəki alban nekropolunda isə daha dörd daş qutu qəbir tədqiq edilib. Alimlərin ilkin qiymətləndirməsinə görə, həmin qəbirlər erkən orta əsrlərin son mərhələsinə aiddir.

Bu tapıntılar Orta Zəyzidin sadəcə müasir kənd olmadığını, ərazidə yüzilliklər əvvəl də insanların yaşadığını, təsərrüfatla məşğul olduğunu və özünəməxsus dəfn ənənələrinə malik olduğunu göstərir.

Kəndin az bilinən başqa xüsusiyyəti məhəllə və nəsil adlarıdır. Burada Yavı uşağı, Alcan uşağı, Mansır uşağı, Molla Məmməd uşağı, Xıdıllar, Hacı Kərim uşağı və başqa nəsil adları günümüzədək qorunub saxlanılıb. Bu adlar kəndin sosial tarixini, ailə əlaqələrini və yerli yaddaşını öyrənmək baxımından maraqlıdır.

Orta Zəyzid sakinləri keçmişdə Şəki bazarının fəal iştirakçılarından olublar. Yaşlı nəslin xatirələrində kəndlilərin dağ yollarını aşaraq şəhərə meyvə, süd məhsulları, kömür, süpürgə və əl işi olan müxtəlif əşyalar gətirdikləri qeyd edilir. Bu, kəndin Şəkinin ənənəvi ticarət həyatında da rol oynadığını göstərir.

Orta Zəyzid həm də Azərbaycanın müasir iqtisadi həyatında öz yerini tutub. 2022-ci ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kənddə yerləşən “Green Factory” quru meyvə istehsalı müəssisəsinə baş çəkiblər. Müəssisənin 100 hektarlıq bağında 55 mindən çox meyvə ağacı əkilib. Layihənin ümumi dəyəri 7,5 milyon manat olub. Bu müəssisə kənddə məşğulluğun və müasir kənd təsərrüfatının inkişafı baxımından əhəmiyyət daşıyır.

Orta Zəyzidlə bağlı ən təsirli həyat hekayələrindən biri isə Şahid Sabir oğlu Məmmədova məxsusdur. 1974-cü ildə kənddə doğulan Şahid Birinci Qarabağ müharibəsində iştirak edib və 1993-cü ildə Ağdərə istiqamətində itkin düşüb. Onun nəşinin qalıqları yalnız 31 il sonra müəyyənləşdirilib. Şəhid 2024-cü ildə doğma kəndində torpağa tapşırılıb. İllərlə övladının yolunu gözləyən anasının hekayəsi ictimaiyyətin diqqətini çəkib.

Şahidin atası Sabir Məmmədov oğlunu axtarmaq üçün iki qardaşı və bir qohumu ilə Ağdərəyə yollanıb. Onların avtomobili minaya düşüb və dördü də həlak olub. Beləliklə, Kətaim ana oğlunu gözləyərkən həyat yoldaşını və daha üç yaxınını itirib.

Orta Zəyzidin tarixi irsinin qorunması uğrunda çalışan yerli sakinlər də var. Tarix müəllimi Seymur Qurbanov qədim alban məbədinin dağılıb məhv olması təhlükəsini ictimailəşdirən şəxslərdən biridir. O, şagirdləri tarixi abidəyə apararaq açıq dərslər keçirib və bu irsin qorunmasının vacibliyini vurğulayıb.

Bütün bunlar göstərir ki, Orta Zəyzid yalnız Şəkinin kiçik yaşayış məntəqəsi deyil. Burada qədim Qafqaz Albaniyasının izləri, Azərbaycan xalqının tarixi yaddaşı, müharibə qəhrəmanlarının həyat hekayələri və müasir iqtisadi inkişaf bir araya gəlir. Kənddə aparılan yeni arxeoloji tədqiqatlar isə gələcəkdə daha maraqlı faktların üzə çıxacağına ümid yaradır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://lent.az
archiveBu xəbər 03 Noyabr 2026 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see741

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see318

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see305

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see298

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see269

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see258

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see257

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see251

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see248

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see243

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see241

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see237

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see223

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see222

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see216

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see197

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see195

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see190

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see184

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

06 Noyabr 2026 14:09see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri