Dehliyə uçan təyyarə Bakıya məcburi eniş etdi
Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
25 avqust tarixində Frankfurt–Dehli marşrutu üzrə hərəkət edən "Lufthansa" aviaşirkətinin LH760 reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün müraciət edib.
Bu barədə Axar.az-a Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, məcburi enişə səbəb hava gəmisində yaranan texniki nasazlıq olub.
“Boinq 787” tipli hava gəmisi Bakı vaxtı ilə saat 23:26-da Heydər Əliyev Beynəlxalq Aeroportuna təhlükəsiz eniş edib.
Hava limanının aidiyyəti xidmətləri tərəfindən bütün zəruri tədbirlər görülüb, sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyi təmin olunub.
Baxış sayı:182
Bu xəbər 26 Avqust 2026 00:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















