Icma.az
close
up
RU
Dəhlizi dalana “dirəməyin” vaxtı deyil

Dəhlizi dalana “dirəməyin” vaxtı deyil

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Tehran bu regional layihənin onun üçün də faydalı olacağına inanmağa başlayıb

Son vaxtlar Cənubi Qafqaz bölgəsi ətrafında baş verənlərin fonunda region ölkələrinin bir çox məsələlərə yanaşmada ortaq baxışları formalaşmaqdadır. Müsbət tendensiya sayıla biləcək bu durumu şərtləndirən vacib məqamlar var. Onlardan biri, bəlkə də birincisi Ağ Evin yeni administrasiyasının bu bölgəyə artan marağı, mövcud münaqişəyə son qoyulması üçün göstərdiyi səylər və bu zaman yanaşmasında buna qədər aşkar görünən ikili yanaşmadan deyil, reallıqdan çıxış etməsidir. ABŞ Prezidenti Donald Trampın Bakı və İrəvana tərəf atdığı xoşməramlı addımlar bizə bunu deməyə əsas verir.

Azərbaycan və Ermənistan arasında sülhə nail olunması üçün rəsmi Vaşinqtonun sərgilədiyi siyasi iradə və müsbət dinamika böyük ümidlər doğurub. Bununla yanaşı, Zəngəzur dəhlizinin reallaşması yönündə göstərdiyi təşəbbüslər Ağ Ev Administrasiyasının xarici siyasət xəttində praqmatizmi əsas götürdüyünə dəlalət edir. Bölgə ölkələri üçün strateji sayılan bu dəhlizin reallaşmasını dalana dirəmək istəyənlərin səsi daha eşidilmir. Bu məsələdə həlledici amil kimi Tehran hakimiyyəti ilə Azərbaycan rəhbərliyinin qarşılıqlı etimada söykənən şəffaf, səmimi münasibətlərini, sıx dialoqu qeyd etməliyik. Digər mühüm amil isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngəzur dəhlizinin açılması baxımından İran amilinin vacibliyini qabardıb.

Amma o da məlumdur ki, İran hakimiyyətində məlum qanadın təmsilçiləri “sərhədlərdə geosiyasi dəyişikliyə qarşı” mücərrəd açıqlamalar verir, bu zaman fərqli siyasi ritorika altında niyyətlərini gizlətməyə çalışırlar. Onlar bu yolun açılmasının Ermənistanın ərazi bütövlüyü və suverenliyini pozacağından əndişələndiklərini deyirlər. Amma rəsmi Bakı heç bir ölkəyə qarşı ərazi iddiasının olmadığını dəfələrlə və ən yüksək tribunalardan bəyan edib. Yəni Zəngəzur yolunun açılması Ermənistanın nə ərazi bütövlüyünə, nə də suverenliyinə problem yaradacaq. Tamamilə əksinə, bu layihənin İrəvana siyasi və iqtisadi dividendlər gətirəcəyi şübhəsizdir.

***

Diqqətli oxucuların yadında olar. Tehran Bakının irəli sürdüyü “3+3” formatına da əvvəlcə pozitiv yanaşmırdı. Amma ötən müddət və təcrübə sübut etdi ki, regional məsələlərin həlli bölgə və bölgəətrafı aktorların iştirakı ilə daha tez həllini tapa bilər. İndi hamıya gün kimi aydındır ki, Cənubi Qafqazda təhlükəsizlik Azərbaycan– Ermənistan münasibətlərinin normallaşmasından başlayıb və bu normallaşma Zəngəzur dəhlizinin işə düşməsi ilə daha uğurla davam edə bilər.

Yeri gəlmişkən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə TDT dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündəki çıxışında Şərq və Qərb arasında təhlükəsiz və fasiləsiz əlaqəni təmin edən, strateji marşrut kimi ön plana çıxan Orta Dəhlizdən söz açmış, Orta Dəhlizin vacib komponenti sayılan Zəngəzur dəhlizi üzərində dayanıb İran amilini qabartmışdı. Tehrandan regionda sülh, sabitlik və inkişafa töhfə verəcək addımları dəstəkləməyi gözlədiyini vurğulayan Türkiyə lideri Orta Dəhlizdə İran İslam Respublikasının da yeri olduğuna işarə vurmuşdu.

Doğrudur, bundan bir qədər sonra İranın Ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayətinin Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi fikirlər nəinki Azərbaycanda, hətta Ermənistanın özündə belə birmənalı qarşılanmadı. Vilayəti Zəngəzur dəhlizinin işə düşməsinin ilk növbədə, guya, Ermənistanın öz suverenliyi üçün təhlükə yaradacağını iddia etmişdi.

Bu barədə Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Fərhad Məmmədov Teleqram kanalında paylaşdığı analitik şərhində bildirir ki, Vilayətinin səsləndirdiyi iddialar İran hakimiyyətindəki mühafizəkar qrupun region ölkələrinin qərarvermə hüququna göstərdiyi hörmətsiz münasibəti bir daha nümayiş etdirir: “Vilayətinin Zəngəzur dəhlizini İran və Rusiyanı qurudan mühasirəyə almaq məqsədi daşıyan layihə kimi təqdim etməsi təkcə məntiqsiz bəyanat deyil. Bu, reallıqla açıq-aşkar ziddiyyət təşkil edir. Rusiyanın və İranın dənizə çıxışı mövcuddur, həmçinin bu iki ölkə həm Xəzər dənizi, həm də Orta Asiya vasitəsilə birbaşa əlaqəyə malikdir. Belə olan halda bu ölkələrin “qurudan mühasirəyə alınması” iddiası absurddur”.

Politoloq hesab edir ki, Tehranın rəsmi nümayəndəsinin “Müqavimət oxu” dediyi ifadə artıq real məzmununu itirib: “Bu “ox”dan, sadəcə, parçalar qalıb. Əslində, qalan yalnız reallığa və praqmatizmə qarşı müqavimətdir. İran tərəfi Zəngəzur dəhlizini ABŞ, NATO, İsrail və guya “pantürkist çevrələrin” layihəsi kimi təqdim etməklə, adi bir dəmir yoluna süni şəkildə strateji çalarlar qazandırmağa çalışır. Məqsəd İranda bəzi dairələrin ölkə daxilində öz nüfuzunu gücləndirmək cəhdidir”.

Bu məsələdə İrəvanın mövqeyinə toxunan F.Məmmədov vurğulayıb ki, Ermənistan hakimiyyətinin Azərbaycanla ikitərəfli formatda kommunikasiyaların açılması istiqamətində cəhdlərinə baxmayaraq, İran radikalarının bu tip bəyanatları İrəvanın təşəbbüslərinin uğursuzluğa düçar olmasına səbəb olur: “Əgər Ermənistanın suveren qərarlarına İranın rəsmi müşavirləri bu cür müdaxilə edirsə, Bakı Ermənistan hökumətinin təkliflərini necə ciddi qəbul edə bilər?”

İntəhası, Ermənistan rəhbərliyi də anlamağa başlayıb ki, onların kommunikasiyaların açılması və Zəngəzur dəhlizi mövzusu ilə manipulyasiya cəhdləri iflasa uğrayıb. Sözdə ABŞ-a dəhliz verməkdən imtina etdiyini deyən rəsmi İrəvan özü alternativ təkliflə çıxış edə bilmir. Çünki kənar təzyiq və təhdidlərə məruz qalır. Mövcud vəziyyət 2021–2023-cü illərdə Paşinyanın yürütdüyü düşünülməmiş siyasətinin nəticəsidir. O zaman Qarabağ uğrunda heç bir faydası olmayan “mübarizədə” hər kəsdən yardım istəyən Paşinyana indi ən sərt formada cavab verilir.

***

Bir daha Vilayətinin açıqlamasına qayıdaraq onu deməliyik ki, İranın ən yüksək siyasi dairələrində heç də hamı qonşu ölkələrlə qarşılıqlı anlaşma mühiti yaratmağa, mehriban münasibətlər qurmağa meyilli deyil. Bu kontekstdə Vilayətinin mövqeyi İran prezidenti Məsud Pezeşkianın konstruktiv bəyanatları və təşəbbüsləri ilə ziddiyyət təşkil edir. Prezidentin qonşularla normal münasibətlər qura bilməməkdə məhz Tehranın günahkar olması barədə son açıqlaması isə düşünürük ki, hakimiyyətdəki mühafizəkar qanada ünvanlanmış ismarıcdır.

Maraqlıdır ki, cari ilin iyulun sonlarında İran Xarici İşlər Nazirliyi nəqliyyat yollarının inkişafı ideyasını dəstəkləyib və bunu iqtisadi inkişaf baxımından mühüm məsələ adlandırıb. Nazirliyinin sözçüsü Bəqai Tehranın kommunikasiyaların genişləndirilməsi ilə razı olduğunu, amma marşrutların inkişafının regionun geosiyasətində dəyişikliklərə gətirib çıxarmamasını vurğulayıb. O, sözünün sonunda digər vacib məsələ kimi kənar oyunçuların regiona daxil olmasını qeyd edib ki, onun fikrincə, bu, regionun inkişafına və təhlükəsizlik maraqlarına cavab vermir.

Əslində, Xameneinin müşaviri Vilayətinin bəyanatını İran rəhbərliyinin bu məsələyə ilk ciddi reaksiyası saya bilərik. Axı, ölkənin Ali liderinin müşaviri 16 il xarici işlər naziri vəzifəsində çalışıb. Tehranın nöqteyi-nəzərindən Zəngəzur dəhlizi təkcə Naxçıvanla materik Azərbaycan arasında nəqliyyat marşrutu deyil, Türkiyə, İsrail və ABŞ-ın dəstəklədiyi Xəzər və Aralıq dənizlərini birləşdirən daha böyük planın tərkib hissəsidir. Bu planın həyata keçirilməsi, Tehranın hesab etdiyi kimi, regionun təhlükəsizlik sistemində strateji dəyişikliyə səbəb olacaq. Aydın məsələdir ki, İran Cənubi Qafqazı özünün “qırmızı xətləri”nin kəsişdiyi “ərazi vahidi” kimi görür.

Azərbaycan, nəhayət, 2023-cü ildə öz ərazi bütövlüyünü bərpa edəndən sonra İranın bölgədə, demək olar ki, əsas təsir rıçaqları tükəndi. Bu prizmadan yanaşanda 2023-cü ilin oktyabrında Azərbaycanın Qarabağda həyata keçirdiyi uğurlu antiterror əməliyyatından sonra rəsmi Tehranın Zəngəzur dəhlizinə alternativ yol – “Araz dəhlizi” deyilən marşrutun inşası ilə razılaşması təsadüf sayıla bilməz.

Yazımızın sonunda bir daha Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın TDTnin Budepeşt sammitində səsləndirdiyi fikirlərə qayıdırıq. Ərdoğan çıxışında İrana Zəngəzur dəhlizinə maneçilik törətməməyi, dolayısı ilə Türk dünyasının qarşısında dayanmamağı tövsiyə etmiş oldu. Yəni o, bu layihənin əleyhdarlarını Türk həmrəyliyi ilə xəbərdar etdi. Yəqin Tehran da bundan öz payını götürdü və son vaxtlar onun Zəngəzurla bağlı mövqeyində sezilən yumşalmanın bir səbəbi də budur. İran rəhbərliyi anlayıb ki, dəhlizi dalana “dirəmək” cəhdlərinə son qoymalı, Avropaya meyillənmiş Ermənistanın deyil, özünün strateji maraqlarını düşünməlidir.

İmran BƏDİRXANLI
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Avqust 2025 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see368

Dünyanın sonu yaxınlaşır Dəccal haqqında peyğəmbərlik gerçəkləşməyə başladı

27 Avqust 2026 23:51see252

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see251

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see235

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see229

Beşbarmaq: əsrlərin sirrini qoruyan müqəddəs dağ

28 Avqust 2026 15:04see224

İnfarkt üçün yeni təsnifat hazırlandı

28 Avqust 2026 17:20see218

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see213

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see210

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see206

Bakıda Türkiyənin Zəfər Bayramı qeyd olundu

28 Avqust 2026 23:53see202

Rusiya niyə qəsdən valyutasını zəiflədir?

28 Avqust 2026 20:06see201

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see190

Subayların sayı artır, biznes üçün YENİ BAZAR yaranır

28 Avqust 2026 15:40see184

“Siyasi iradənin nəticəsində Özbəkistan daha açıq ölkəyə çevrilib” Mirziyoyev

28 Avqust 2026 20:13see183

Qardaşının pasportu ilə 15 günlük getdiyi ölkədə 33 il sonra tutuldu

29 Avqust 2026 03:52see179

Milan A Seriyasında ardıcıl ikinci qələbəsini qazandı

29 Avqust 2026 01:42see177

Pezeşkian: İran qonşu və region ölkələri ilə diplomatiyanı gücləndirməlidir.

29 Avqust 2026 03:52see177

Yorğunluq və unutqanlığın səbəbi...

28 Avqust 2026 15:56see169

Bu tələbələr təhsil kreditindən yararlana biləcək RƏSMİ

28 Avqust 2026 11:58see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri