Dəhşətli ailə faciəsi: 3 qardaşın meyiti tapıldı FOTOLAR
Icma.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyənin Qaziantep şəhərində sobadan sızan dəm qazından zəhərlənən 18 yaşlı Arif, 17 yaşlı Yusuf və 16 yaşlı Mehmet Fatih Günəş qardaşları anaları tərəfindən hərəkətsiz vəziyyətdə tapılıb.
News24.az xəbər verir ki, hadisə rayonun Çaybaşı rayonunda baş verib.
Əkinçiliklə çörək qazanan cütlük - Muhterem və Hüseyn Günəş səhərlər kömür yandırdıqları soba olan otaqda yatan oğullarını oyatmaq istəyiblər. Uşaqlar yuxudan ayılmayanda valideynlər vəziyyəti təcili yardım mərkəzinə bildiriblər.
Xəstəxanaya aparılan qardaşlar həkimlərin bütün müdaxilələrinə baxmayaraq dünyasını dəyişib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Musavat.com



Bakıda DƏHŞƏTLİ qətl: AİLƏ FACİƏSİ YAŞANDI
19 İyun 2025 17:03
Dəhşətli ailə faciəsi: Ər arvadını və 3 övladını qətlə yetirib, sonra...
03 Mart 2025 20:50
Dəhşətli yanğının fəsadları FOTOLAR
12 Yanvar 2025 12:29
Sabirabadda dəhşətli qəza: 3 nəfər öldü Hadisə yerindən FOTOLAR
27 Noyabr 2024 09:11
Azərbaycanda DƏHŞƏTLİ AİLƏ FACİƏSİ: Ata və oğlu öldü
17 Noyabr 2024 00:14

