Dəhşətli qəza: Cənazə mərasiminə gedən avtobus aşdı 31 yaralı
Icma.az, Olke.az saytına istinadən bildirir.
Ölkə.az xəbər verir ki, hadisə noyabrın 21-də Türkiyənin Amasya vilayətinin Göynücek rayonunda baş verib.
Məlumata görə, İstanbuldan Amasyanın Həsənbəyli kəndinə cənazə aparan, Sultangazi Bələdiyyəsinə məxsus mikroavtobus səhər saat 07:50 radələrində Gözlek kəndi ərazisində sürüşkən yolda idarəetməni itirərək aşıb.
Qəza yerinə AFAD, jandarma, yanğınsöndürmə, təcili tibbi yardım və digər xilasetmə qrupları cəlb olunub. Mikroavtobusda sıxışıb qalan bir nəfər xilasedicilərin köməyi ilə çıxarılıb.
Amasya valiliyinin açıqlamasına görə, qəzada 31 nəfər xəsarət alıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.
Hadisə zamanı mikroavtobusda cənazənin də olduğu bildirilib. Ölən şəxsin nəqliyyat vasitəsində daşındığı, qəza nəticəsində isə sərnişinlər arasında ölüm faktının qeydə alınmadığı açıqlanıb.


Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 21 Noyabr 2026 14:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















