Icma.az
close
up
RU
Dəhşətli şaxtalar, qar, soyuq gəlir: Azərbaycana da yaxınlaşır TARİX

Dəhşətli şaxtalar, qar, soyuq gəlir: Azərbaycana da yaxınlaşır TARİX

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Bəzi sinoptiklər “əsrin qışı”nın yaxınlaşdığını iddia edirlər. Bildirilir ki, zəifləmiş qütb burulğanı səbəbindən Almaniya və qonşu ölkələr bu qış qeyri-adi dərəcədə soyuq hava ilə üzləşə bilər. Ekspertlərin çoxu xüsusilə bayramlardan sonra arktik soyuqların ehtimalının yüksək olduğunu qeyd edir.

Kəskin soyuqlar Azərbaycan iqlimi üçün də keçərli olacaqmı? 

Globalinfo.az-a danışan “Səma və Eko” Sosial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri, ekoloq İradə Həsənova deyib ki, bu il Şimal qütb rayonlarının hava şəraitində qeyri-adi dəyişikliklər proqnozlaşdırılır:

“Artıq bəzi Avropa ölkələrinə “əsrin qışı”olacağı barədə xəbərdarlıqlar edilir. Bu cür soyuq hava dalğaları Azərbaycana da təsir edəcək, lakin Avropadakı qədər kəskin olma ehtimalı nisbətən azdır. Elmi tədqiqatlar göstərir ki, zəif stratosferik vortek və ya qütb burulğanı hadisələri zamanı Şimal yarımkürəsində orta enliklərdə temperatur anomalilikləri mümkündür. Yaxın Şərq və Qafqaz bəzən şimaldan daxil olan soyuq hava kütlələrinin təsirində olur. Azərbaycana da soyuq hava kütlələrinin bəzi dalğaları artıq daxil olub. Bu barədə meteoroloqların bəyanatlarından da görünür. Ölkəmizdə Xəzər dənizinin, relyefin və coğrafi enliklərin təsiri – soyuq dalğalar Avropadakı qədər dramatik olmur. Burada iqlim əsasən mülayim-subtropik qurşağa daxildir. Qış normadan çox sərt keçmir, dağlıq zonalar istisna olmaqla, düzənliklərdə adətən orta dərəcədə soyuqlar olur”.

İradə Həsənova

Ekoloq bildirib ki, qlobal istiləşmə fonunda ani soyuq hadisələr iqlim sistemində dəyişkənlik göstərir:

“Bu isə uzunmüddətli iqlim proqnozlarını çətinləşdirir. Ölkədə bu kimi dəyişkənliyə uyğunlaşma üçün su, kənd təsərrüfatı, torpaq, enerji və digər sektorlar üçün strategiyalar vacibdir. Dağlıq bölgələrdə qar örtüyünün artması, çovğun  və buzlanma təhlükələri ola bilər. Ümumiyyətlə, aparılan müşahidələrə görə, bu qış dünya və region səviyyəsində anormal hava hadisələri üçün əlverişli görünür. Lakin Azərbaycana təsirin “əsrin qışı” kimi dramatik olacağı ehtimalı azdır. Əsasən orta soyuq dalğalar, bəzi ekstremal günlər və lokal təsirlər mümkündür. Ölkəmizdə, xüsusən də qış aylarında havanın normadan soyuq və qarlı keçəcəyi, fevral ayında daha şiddətli şaxtaların, dağlıq rayonlarda təxminən -13°C -25°C, Bakıda isə 5-8°C olacağı gözlənilir. Yolların buz bağlaması mümkündür, lakin mövsümün əvvəlində qış soyuq və yağışlı olacaq”.

Ləman İmran
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 Dekabr 2025 08:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri