Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Sosial şəbəkələrin yaratdığı fəsadlara CƏMİYYƏTİN BAXIŞI

Sosial şəbəkələrin yaratdığı fəsadlara CƏMİYYƏTİN BAXIŞI

Icma.az bildirir, Sia Az portalına istinadən.

Sosial şəbəkələr müasir dünyada insanların ünsiyyət qurması, məlumat əldə etməsi və əylənməsi üçün vacib bir vasitədir. Onların əsas faydalarına sürətli informasiya mübadiləsi, yeni biliklər əldə etmək, biznes və karyera imkanlarının genişlənməsi, eləcə də uzaq məsafələrdəki insanlarla əlaqə saxlamaq daxildir. Lakin sosial şəbəkələrin zərərləri də mövcuddur. Uzun müddət istifadəsi asılılıq yarada, vaxt itkisinə səbəb ola bilər. Bundan əlavə, saxta məlumatların yayılması, şəxsi məlumatların təhlükəyə atılması və psixoloji təsirlər (stres, depressiya, sosial təzyiq) kimi risklər də vardır. Sosial şəbəkələrdən düzgün və balanslı istifadə edildikdə, onların faydalarından maksimum yararlanmaq və zərərlərindən qorunmaq mümkündür. Bəs vətəndaşların bu barədə fikirləri nələrdir? Onlar sosial şəbəkələrdən hansı məqsədlərlə istifadə edir? SİA bu barədə vətəndaşların fikirlərini öyrənib.

Şəhər sakini Könül Məmmədova: "Bu gün hər kəs sosial şəbəkələrdən istifadə edir. Sössüz ki, bunun faydalı tərəfləri olduğu kimi ziyanlı tərəfləri də var. Faydalı tərəfləri ondan ibarətdir ki, hər şeylə maraqlana bilirsən, məlumat toplayırsan, informasiya əldə edirsən. Ziyanlı tərəfləri isə adi bir körpə uşağı nəzarətsiz qoyduqda hər şeydən istifadə edir. Həmçinin uşaqlar sosial şəbəkələrdən istifadə edərək qorxulu filmlərə baxır, bu da pis fəsadlara gətirib çıxarır. Dediyim kimi faydalı və zərərli tərəfləri də var, təbii ki, biz də faydalı cəhətlərindən istifadə etməyə çalışırıq. Yaş dövründən asılı olaraq həmçinin körpələrə çox zərərləri var. Sosial şəbəkələrdən hər kəs istifadə edir, eyni zamanda ətrafımda olan insanların onun faydalı tərəflərindən istifadə etməsindən xəbərim var, yəni kimin necə istifadə etməyinə baxır. Sosial şəbəkələrdə elə şeylər var ki, birbaşa insanın həyatına təsir edir".

Şəhər sakini Şəhanə Səfərli: "Əslində sosial şəbəkələrin həm müsbət, həm də mənfi tərəfləri var. İstər böyüklər, istərsə də kiçiklər çox lazımsız kontentlərə baxırlar, yəni durduq yerə insanların qarşısına pis məlumatlar çıxır. Ümumi götürdükdə isə internetin çox müsbət tərəfləri var. Bizim vaxtımızda internet olmadığı üçün biz kitab oxuyaraq, kasetlərə qulaq asaraq dil öyrənirdik, lakin o qədər də sərbəst danışa bilmirdik. İndiki zamanda uşaqlar 4-8 aya dil öyrənə bilir. Həmçinin sən hansısa sözün mənasını bilməsən onu sosial şəbəkələr vasitəsilə həmin dəqiqə tapmaq olur. Lazımsız tərəfləri isə həddən artıq gərəksiz informasiyaların çox olması ilə bağlıdır".

Şəhər sakini Məryəm Mehdizadə: "Sosial şəbəkələrin ən müsbət tərəfi informasiyanı rahatlıqla əldə edə bilməyimizdir. Lakin informasiya kütləsinin çox olması, insanların seçmədən məlumatları əldə etməsi bunun mənfi tərəflərindəndir. Bundan əlavə sosial şəbəkələrdə hər göstərilən məlumatlarda doğru olmayıb insanları yanlış düşüncələrə sürükləyir. Həmçinin sosial duruma da təsiri böyükdür, çünki yayılan xəbəri insan rahatlıqla əldə edə bilir. Mən sosial şəbəkəni məlumat, yaxud da yaxınlarımla münasibətdə olmaq üçün istifadə edirəm. Sosial şəbəkələr internetlə əlaqəli olduğuna görə asılılıq yarada bilir. Biz orada çox vaxt itiririk, bəzən isə zamanın necə keçdiyini anlamırıq. Yəni sosial şəbəkələri qədərində istifadə etmək lazımdır".

Şəhər sakini Sübhan İmanov: "Sosial şəbəkələrin mənfi tərəflərindən biri budur ki, əsasən "tiktok"da olan canlı yayımlar uşaqlara pis təsir edir, yəni psixoloji baxımdan dəyişirlər. Müsbət tərəfləri isə bundan ibarətdir ki, "facebook", "instagram" kimi şəbəkələrdə insanlara faydalı olan xəbərlərin paylaşılmasıdır. Həmçinin üstün cəhətləri ondan ibarətdir ki, məhşur insanları takib etmək imkanın olur. Amma yenə də mənim fikrimcə, ən pis sosial şəbəkə hal-hazırda "tiktok"dur".

Şəhər sakini Səyyarə Məmmədli: "Böyüklü, kiçikli hər kəs sosial şəbəkələrdən asılıdır və əl çəkmirlər. İnsan əsas işlərdən qalır, real düşünə bilmir, vaxtının çox hissəsini sosial şəbəkələrdə keçirir. Şəxsən mən sosial şəbəkələrdə vaxtımın necə keçdiyini bilmirəm. Sosial şəbəkələrin xeyiri geniş məlumat əldə etmək imkanımızın olmasıdır. Gün ərzində demək olar ki, vaxtımın hamısı sosial şəbəkələrə gedir, lakin bununla yanaşı daha geniş şəkildə məlumatlanıram. Sağlamlığıma ziyanları barədə düşünürəm, lakin hansı xəstəliklər mövcuddur bilmirəm. Lakin buna baxmayaraq gözüm zəifləyir. Sosial şəbəkələrin ziyanlı tərəfləri telefonla hal-əhval tutaraq bir-birindən uzaqlaşırlar. Yəni hər get-gedə uzaqlaşıb yadlaşırlar".

Şəhər sakini Şərif Şərifli: "Mən tələbə olduğum üçün hal-hazırda sosial şəbəkələrdən imtahanlara görə olduqca az istifadə edirəm. Həmçinin soial şəbəkələr digər ölkələrdə bizə nisətən daha yaxşıdır. Bununla yanaşı mənfi və müsbət tərəfləri vardır. İnsanları məlumat baxımından manipulasiya, təhrif edilməsinə gətirib çıxarır. Sosial şəbəkələrdən yaxşı mənada örnək götürülməlidir, amma təəssüf ki bizim ölkədə bu yoxdur. Gün ərzində isə demək olar ki, 2 saatımı sosial şəbəkədə istifadə edirəm. Ən çox isə “WhatApp” platformasından dərs məqsədi ilə istifadə edirəm. Sosial şəbəkələr insanda qərəz və önyarğı yaradır. Həmçinin sağlamlığımda bir çox problemlərə, məsələn gözümün zəifləməsinə gətirib çıxarır".

Şəhər sakini Ayla Qasımova: "Sosial şəbəkələr ümumiyyətlə bizim mütəmadi olaraq vaxtımızı alır, yəni gündə 7-8 saat məşğul oluruq. Ancaq bununla yanaşı məlumatlara tez şəkildə çatmaq imkanımız var. Mən günümün təxminən 5-6 saatını sosial şəbəkələrdə keçirirəm və hiss edirəm ki, artıq sağlamlığıma ziyan vurub. Hər səhər oyanan kimi telefonu yoxlamaq ehtiyacının yaranması normal deyil. Lakin mən qrafik dizayner olduğum üçün sosial şəbəkələr mənə çox kömək olur. Özümüzü idarə edərək sosial şəbəkələrdən istifadəyə limit qoymaq lazımdır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:337
embedMənbə:https://sia.az
archiveBu xəbər 16 Yanvar 2025 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see311

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see300

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see272

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see253

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see251

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see245

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see241

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see237

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see221

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see217

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see215

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see213

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see213

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see211

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see207

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see205

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see204

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see195

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see180

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri