Dəhşətli virus Yunanıstana da yayıldı: 24 nəfər öldü
Icma.az, Axar.az saytına istinadən bildirir.
Yunanıstanda Qərbi Nil virusuna yoluxma nəticəsində azı 24 nəfər həyatını itirib.
Axar.az xəbər verir ki, bu barədə Yunanıstan Milli İctimai Səhiyyə Təşkilatı məlumat yayıb.
Məlumata görə, ölkədə daha 58 yoluxma halı qeydə alınıb. İlin əvvəlindən bu yana virusa yoluxanların ümumi sayı 290 nəfərə çatıb. Hazırda 32 xəstə reanimasiyadadır. Yoluxmaların təxminən yarısı Yunanıstanın cənubundakı Şərqi Attika bölgəsinin, eləcə də Afinanın şimal ərazilərinin payına düşür.
Virus artıq ölkənin 13 inzibati regionundan 6-da yayılıb.
Qeyd edək ki, Qərbi Nil qızdırması ağcaqanadlar vasitəsilə yayılan kəskin infeksion xəstəlikdir. Xəstəlik güclü baş və əzələ ağrıları, qusma və yuxululuqla müşayiət oluna bilər.
Baxış sayı:140
Bu xəbər 03 Sentyabr 2026 17:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















