Dekabrda neçə gün işləyəcəyik? İstirahət günlərinin sayı açıqlandı
Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
2026-cı ilin son ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanları neçə günlük istirahətin gözlədiyi məlum olub.
SİA xəbər verir ki, ayın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunduğundan həmin tarixdə iş olmayacaq.
Ayın digər qeyri-iş günləri isə həftəsonları ilə bağlıdır. Belə ki, dekabrın 5-i və 6-sı, 12-si və 13-ü, 19-u və 20-si, eləcə də 26-sı və 27-si şənbə və bazar günlərinə düşür.
Həmçinin dekabrın 30-da bayramqabağı günlə əlaqədar iş saatı bir saat qısaldılacaq.
Nəticədə, beşgünlük iş rejimində çalışanlar dekabr ərzində 22 gün işləyəcək, 9 gün isə istirahət edəcəklər.
Xatırladaq ki, növbəti ilin yanvar ayının 1-i və 2-si də Yeni il bayramı münasibətilə qeyri-iş günləridir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 21 Noyabr 2026 14:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















