Icma.az
close
up
RU
ABŞ də “Amerikada Azərbaycan izləri” layihəsinin təqdimatı keçirilib

ABŞ də “Amerikada Azərbaycan izləri” layihəsinin təqdimatı keçirilib

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

19 noyabr 2026-cı il tarixində ABŞ-də Amerika–Azərbaycan Ticarət Palatasının ev sahibliyi ilə Çapar – Milli İrsin Tədqiqi Mərkəzi tərəfindən həyata keçirilən “Amerikada Azərbaycan izləri” layihəsinin təqdimatı baş tutub.

Tədbirdə Azərbaycanın ABŞ-dəki səfirliyinin diplomatları, ABŞ-də fəaliyyət göstərən tanınmış alimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Amerika–Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov qonaqları salamlayaraq layihə haqqında məlumat verib, onun həyata keçirilməsi prosesinin əsas mərhələlərindən bəhs edib. O, XX əsrin birinci yarısında ABŞ-yə mühacirət etmiş azərbaycanlıların həyat hekayələrinin araşdırılmasının və sənədləşdirilməsinin milli tariximizin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Natiq Baxışov bu istiqamətdə tədqiqatların davamlı xarakter almasının vacibliyini qeyd edib.

Daha sonra çıxış edən Çapar – Milli İrsin Tədqiqi Mərkəzinin sədri və layihə rəhbəri Dilqəm Əhməd layihənin həyata keçirilməsinə göstərdiyi maliyyə dəstəyinə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, təqdimat tədbirinə ev sahibliyi etdiyinə görə isə Amerika–Azərbaycan Ticarət Palatasına təşəkkürünü bildirib.

Dilqəm Əhməd layihə çərçivəsində ABŞ-yə mühacirət etmiş azərbaycanlıların həyat və fəaliyyətinin araşdırılması məqsədilə arxiv sənədlərinin, dövri mətbuat materiallarının, şəxsi yazışmaların, fotoşəkillərin və ailə arxivlərinin sistemli şəkildə tədqiq edildiyini diqqətə çatdırıb. O, bu materialların Azərbaycan mühacirət tarixinin indiyədək az öyrənilmiş səhifələrinin üzə çıxarılması və tarixi yaddaşın qorunması baxımından mühüm mənbələr olduğunu qeyd edib.

Təqdimat çərçivəsində layihənin əsas nəticələrindən biri olan və Ticarət Palatasının da tərəfdaşlığı ilə işıq üzü görən “Bound for America: Stories of Early Immigrants from Azerbaijan (1900–1950)” kitabı da iştirakçılara təqdim olunub. Nəşrdə XX əsrin birinci yarısında ABŞ-yə mühacirət etmiş Azərbaycan mənşəli şəxslərin həyat hekayələri, fəaliyyəti, Amerika cəmiyyətindəki izləri və tarixi irsi əks etdirilir. Kitab Azərbaycan mühacirət tarixinin ABŞ istiqamətini fərdi bioqrafiyalar və arxiv materialları əsasında araşdıraraq bu tarixin daha geniş auditoriyaya çatdırılmasına xidmət edir.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, layihənin gələcək tədqiqat istiqamətləri, yeni arxiv materiallarının araşdırılması və növbəti nəşrlərin hazırlanması ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “Amerikada Azərbaycan izləri” layihəsi Çapar – Milli İrsin Tədqiqi Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin əsas məqsədi ABŞ-yə mühacirət etmiş azərbaycanlıların həyat və fəaliyyətini araşdırmaq, onların tarixi irsini sənədləşdirmək,

Azərbaycan mühacirət tarixinin bu istiqamətini yeni arxiv və tədqiqat materialları əsasında öyrənmək, eləcə də əldə olunan nəticələri beynəlxalq ictimaiyyətə təqdim etməkdir.

Çapar – Milli İrsin Tədqiqi Mərkəzi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 24 Noyabr 2026 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see301

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see301

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see282

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see272

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see262

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see256

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see248

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see239

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see225

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see219

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see218

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see216

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see215

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see212

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see210

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see209

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see196

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see193

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see186

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri