Dekabrda ödəniş kartları üzrə artım debet kartlarında 20 faiz təşkil edib
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 30 yanvar, AZƏRTAC
Banklar və “Azərpoçt” MMC sistemləri üzrə dekabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 436 min ədəd artaraq 19 milyon 899 min ədəd təşkil edib.
AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 17,6 faiz artıb.
Ödəniş kartlarında artım debet kartları üzrə 19,9 faiz, kredit kartları üzrə 1,8 faiz təşkil edib. Ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,5 dəfə artıb. 2024-ci ilin dekabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8,486 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 7,360 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,121 milyon manatı POS-terminallar, 3,7 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 64,2 faizini təşkil edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 30 Yanvar 2025 11:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















