Icma.az
close
up
RU
20 dekabrda bu milli qəhrəmanlarımız xatırlanır

20 dekabrda bu milli qəhrəmanlarımız xatırlanır

Missiya.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


20 dekabrda Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant Riad Əhmədov və Azərbaycanın Milli Qəhrəmanı İbrahim Məmmədov xatırlanır. Onların hər ikisi I Qarabağ müharibəsi şəhididir.
Missiya.Az onlar barədə məlumatı təqdim edir:
Riad Əhmədov 1956-cı ilin bu günü Bakıda dünyaya gəlib. Onun ata babası Həmid Əhmədov Qərbi Azərbaycanda doğulub.
Qəhrəmanımız 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1976–1979-cu illərdə Azərbaycan SSR Ədliyyə Nazirliyi yanında Məhkəmə Ekspertizası institutunda laborant işləyib. 1979–1980-ci illərdə həmin nazirliyin Qanun Layihələrinin Hazırlanması və Qanunvericiliyin Sistemləşdirilməsi idarəsində məsləhətçi, 1980–1981-ci illərdə isə Ədliyyə Nazirliyinin kadrlar şöbəsində baş məsləhətçi vəzifələrində çalışıb. 1981-ci ildə təhlükəsizlik orqanlarında fəaliyyətə başlamış igidimiz 1981–1982-ci illərdə DTK-nın Minskdəki Ali Məktəbində təhsil alıb. 1984-cü ildə isə DTK-nın Y. V. Andropov adına institutu nəzdindəki kurslarda dinləyici olub.
1992-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinə irəli çəkilib. Riad Əhmədovun başçılıq etdiyi xüsusi kəşfiyyat dəstəsi Qarabağ uğrunda gedən döyüşlərdə düşmənin xeyli canlı qüvvəsini və hərbi texnikasını məhv edib. 1992-ci il yanvar ayının 26-da rəhbərlik etdiyi kəşfiyyat qrupu ilə Daşaltı kəndindəki döyüşdə yaralanaraq itkin düşüb. Uzun illər yeri bilinməyib. 18 sentyabr 2023-cü ildə Bakıda keçirilən "İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirmək üçün milli və qlobal səylərin artırılması" üzrə beynəlxalq konfransda Riad Əhmədov və digər itkin azərbaycanlıların nəşlərinin tapıldığını və müəyyən edildiyi açıqlanıb.
30 sentyabr 2023-cü ildə Riad Əhmədovla Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində vida mərasimi təşkil olunub. Daha sonra İkinci Fəxri Xiyabanda dəfn edilib.
20 dekabr həm də Azərbaycanın Milli Qəhrəmanı İbrahim Məmmədovun doğum günüdür. Qəhrəmanımız 1958-ci ildə Naxçıvanda anadan olub. 1976-cı ildə Naxçıvan şəhər 3 saylı məktəbi bitirib. 1977–1979-cu illərdə hərbi xidmətdə olub. İbrahim xidmət edərkən PDM-də tuşlayıcı-operator ixtisasına yiyələnib. 1988-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olub, 1993-cü ildə təhsilini başa vurub. 1990-cı il 20 Yanvar hadisəsinin dünyaya çatdırılmasında çox böyük işlər görüb. Ailəli idi, üç övladı yadigar qalıb. 
İgidimiz 1993-cü ildə Milli Ordu sıralarına yazılıb və döyüşlərdə iştirak etməyə başlayıb. Tezliklə Kəlbəcərə yollanıb. 1994-cü il 16 fevral Kəlbəcər rayonunda qızğın döyüşlər gedirdi. İbrahim sözügedən döyüşdə ermənilərin 3 tankını və xeyli canlı qüvvəsini məhv edib. İbrahim döyüşün qaynar nöqtələrindən birində idi, burada snayper gülləsi onu yaralayıb və cəsur döyüşçü bu yaradan da həlak olub.
Naxçıvan şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

Zərintac Mayisqızı
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://missiya.az
archiveBu xəbər 20 Dekabr 2024 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see325

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see318

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see311

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see283

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see275

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see253

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see245

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see239

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see232

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see227

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see222

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see220

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see214

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see214

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see209

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see207

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see189

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see185

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri