Dekabrın 14də yarımadanın bəzi yerlərində yağıntının sulu qara keçəcəyi gözlənilir AZƏRTAC
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 13 dekabr, AZƏRTAC
Milli Hidrometeorologiya Xidməti dekabrın 14-nə gözlənilən hava proqnozu barədə məlumat yayıb.
Xidmətdən AZƏRTAC-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı, yarımadanın bəzi yerlərində, sulu qara keçəcəyi gözlənilir. Gündüz yağıntıda fasilə olacaq. Arabir güclənən şimal-qərb küləyi axşama doğru mülayimləşəcək. Havanın temperaturu gecə və gündüz 2-5° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 65-70% olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz qərb rayonlardan başlayaraq yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-8° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 2-7° şaxta olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 13 Dekabr 2024 12:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















