Dekabrın 9 u axşamdan 11 i gündüzədək intensiv və güclü yağıntılar gözlənilir XƏBƏRDARLIQ
Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Abşeron yarımadasında və Bakı şəhərində dekabrın 9-u axşamdan 11-i gündüzədək arabir leysan xarakterli yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir.
Bu barədə AZƏRTAC-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, dekabrın 10-da gün ərzində ayrı-ayrı yerlərdə yağışın aramsız və güclü olacağı ehtimalı var. Gözlənilən intensiv və güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə subasma halları istisna olunmur.
Azərbaycanın rayonlarında dekabrın 9-u axşamdan 11-i axşamadək fasilələrlə yağıntılı hava şəraitinin davam edəcəyi, dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara bölgəsinin bəzi yerlərində isə yağıntının bir qədər də güclənəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.
Baxış sayı:93
Bu xəbər 09 Dekabr 2025 15:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















