Icma.az
close
up
RU
Dekotininin “erməni yoluxması” ötüb keçmir

Dekotininin “erməni yoluxması” ötüb keçmir

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Səfir hər çıxışı ilə Fransanın Ermənistan tərəfkeşliyini aşkar nümayiş etdirir

İkinci Qarabağ müharibəsi milli iradənin təntənəsi, bir xalqın yumruq kimi birləşməsinin parlaq nümunəsi kimi tarixə düşdü. Həmin günlərdə Azərbaycan haqq səsini dünyaya çatdırdı, torpaqlarını işğaldan azad etməklə tarixi ədaləti bərpa etdi. Amma bu da həqiqətdir ki, ölkəmizin zəfəri hamı üçün eyni mənanı daşımır. Torpaqlarımızın düşməndən təmizlənməsi kimlər üçünsə ədalətin bərpası anlamına gəlirsə, bəziləri zəfərimizə qısqanclıqla yanaşır.

Bu “bəziləri”nin sırasında ilk yerdə Fransa dayanır. Rəsmi Paris illərdir bölgədə özünü sülh vasitəçisi kimi təqdim etsə də, əslində, Ermənistanın açıq himayədarı olub. Bu gün də həmin siyasət dəyişməyib, daha kobud və açıq şəkildə davam edir. Görünür, Fransa bütün əndazələri aşmaqda israrlıdır. Ona görə də ölkənin Ermənistandakı səfiri Olivye Dekotininin bugünlərdə sosial şəbəkədə erməni işğalçılarını anması təəccüb doğurmamalıdır. Xəbis niyyətli səfirin Jan Koktonun sitatı ilə paylaşdığı statusda qeyd olunub: “Ölülərin həqiqi məzarı dirilərin ürəyidir”. Dekotininin paylaşımı Fransanın illərdir davam edən destruktiv mövqeyinin göstəricisidir. Səfirin diplomatik fəaliyyətinə nəzər saldıqda, uzun müddətdir ardıcıl şəkildə anti-Azərbaycan ritorikasından istifadə etdiyi aydın görünür. Dekotini ötən ilin martında etdiyi paylaşımda, guya, “Qarabağ ermənilərinin geri qayıtmaq hüquqlarının pozulduğunu” iddia etmiş, burada yaşayan 100 min erməninin “doqquz aylıq blokadadan və Azərbaycanın qəddar hücumundan sonra evlərini tərk etməyə məcbur qaldığını” yazmışdı. Şübhəsiz, bu cür bəyanatlar Azərbaycanın beynəlxalq hüquqa söykənən mövqeyini kölgələməyə, reallığı saxtalaşdırmağa xidmət edən siyasi manipulyasiyadan başqa bir şey deyil.

Prosesə sadəcə bir diplomatın şəxsi mövqeyindən yanaşmaq düzgün olmaz. Fransanın Cənubi Qafqaz siyasətinə nəzər yetirdikdə eyni tendensiyanın illərdir davam etdiyini görmək mümkündür. ATƏT-in keçmiş Minsk qrupunda həmsədr olduğu dövrdə Paris formal olaraq “neytral vasitəçi” rolunu üzərinə götürsə də, əslində, Ermənistanın maraqlarını müdafiə edib, münaqişənin real həllini daim əngəlləyib. Azərbaycanın öz ərazilərinə suveren nəzarəti bərpa etməsi və Minsk qrupunun “tarixi missiyasının” aradan qalxması Fransa üçün həm geosiyasi, həm də simvolik məğlubiyyətə çevrilib. Bu gün də Fransanın siyasi spektrində – istər sağ, istərsə də sol qüvvələr arasında Qarabağ məsələsinə münasibətdə ciddi fərqlərin olmadığı müşahidə edilir. Müxtəlif partiya və siyasi qruplaşmalar bölgə siyasətində faktiki olaraq eyni xətti izləyir və bu dəstək siyasi, maliyyə və hərbi müstəvidə özünü göstərir. Siyasi müstəvidə məsələni təhlil etdikdə görürük ki, Milli Məclis və Senatda qəbul olunan qətnamələrdə Azərbaycan “təcavüzkar”, Ermənistan isə “zərərçəkən” kimi qələmə verilir. Bu sənədlər hüquqi qüvvəyə malik olmasa da, Fransanın siyasi institutlarının mövqeyi ilə birbaşa əlaqəlidir. Maliyyə müstəvisində “islahatlara dəstək” adı altında həyata keçirilən proqramlar Ermənistanın hərbi və diplomatik resurslarını artırmağa xidmət edir. Bu da rəsmi Parisin regionda ikibaşlı yanaşma sərgilədiyini göstərir. Hərbi müstəviyə gəldikdə isə Fransanın zaman-zaman Ermənistana açıq şəkildə silah tədarükü, həmçinin fransız hərbi mütəxəssislərin erməni ordusuna təlimlər keçməsi artıq gizlədilməyən, faktlara əsaslanan reallığa çevrilib.

Dekotininin “erməni xəstəliyi” bu ilin yanvarında da baş qaldırmışdı. O, Milad bayramı münasibətilə səsləndirdiyi açıqlamada Qarabağdan könüllü şəkildə çıxıb gedən ermənilərin “dramını” qabartmağa çalışmışdı. Səfir bəyan etmişdi ki, guya, “Qarabağın məcburi köçkünləri bu il də Milad bayramını evlərindən uzaqda qeyd edirlər”. Burada həm qərəz, həm də manipulyasiya var. Çünki hamıya məlumdur ki, Qarabağdan kimsə zorla qovulmayıb. Onlar özləri könüllü şəkildə çıxıb gediblər. Azərbaycan həmin əhalinin qalması üçün təhlükəsizlikdən tutmuş, sosial təminata qədər bütün zəruri addımları atmışdı. Amma separatçılıq ideologiyasının təsiri altında olanlar, eləcə də İrəvanın təbliğat maşınının diktəsi ilə yaşayanlar qalmaq əvəzinə, köçüb getməyi seçdilər. İndi isə Fransa diplomatı bu faktı təhrif edərək məsələni saxta “məcburi köçkünlük” obrazı üzərindən təqdim etməyə çalışır. Azərbaycan kimisə nə qovub, nə də qaçırdıb. Gedənin qarşısını almaq nə hüquqi, nə də mənəvi baxımdan mümkün idi. Amma Olivye Dekotini və onun kimi qərəzli şəxslər bu reallığı görmək istəmirlər. Çünki onların məqsədi Azərbaycanı hədəfə almaqdır.

Dekotininin “bulanıq sularda balıq tutmaq” macəraları bunlarla da bitmir. Səfir ötən il Göy məscid və İranın Qərbi Azərbaycan vilayəti haqqında iki paylaşım etmişdi. Onun paylaşımı Azərbaycanın və İranın hərbi təlimləri fonunda çaşqınlıq və mübahisələr yaratmışdı. Səfehliyindən əl çəkməyən səfir məscid haqqında paylaşımında yazmışdı: “İrəvandakı Göy məscidin bağları Ermənistanın fars irsinin simvoludur”. Bu ifadə ölkədəki məscidlərlə bağlı rəsmi İrəvanın ritorikasını təkrarlayırdı. Azərbaycan irsini Ermənistanda silmək məqsədilə həmin məscidlər fars məscidləri kimi adlandırılırdı. Daha dəqiq desək, Ermənistanın Rusiya imperiyası tərəfindən işğalına qədər bölgə İrəvan xanlığı kimi tanınırdı. İrəvan xanlığı İran imperiyasına bağlı, yarımüstəqil şəhər-dövlət olub və azərbaycanlı sülaləsi tərəfindən idarə edilirdi. 1828-ci il işğalından sonra Rusiya imperiyası bölgədə müsəlman icmasının içində xristian anklavı yaratmaq məqsədilə İrandan, sonradan isə Osmanlı imperiyasından erməniləri yerləşdirdi. Bu anklav zamanla Ermənistan dövlətinə çevrildi.

P.S. Ağlına gələn fikri qərəzli şəkildə dilə gətirən bu şəxsə izah etmək lazımdır ki, Bakı ilə İrəvan arasında sülh sazişinin mətni artıq paraflanıb. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyıb. Görəsən, səfirə nə vəd olunub ki, bu gün ermənidən daha çox ermənilik edir?

Yusif BAĞIRZADƏ,
politoloq

Hər zaman erməni sevgisi ilə məşhur olan Fransa Cənubi Qafqaz maraqlarını təmin etmək üçün Ermənistanı bütün platformalarda dəstəkləyir. Uzun illər ərzində anti-Azərbaycan siyasəti ilə seçilən Fransanın müxtəlif ölkələrdəki səfirləri bəyanatları və mövqeyi ilə özlərini Ermənistanın bir məmuru kimi aparıblar.

Təəssüf ki, eyni tendensiya müharibənin başa çatması və hətta Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasından sonra da davam edir.

Bunların hamısı Fransanın sağlam xarici siyasət apara bilməməsi və ya aparmaq istəməməsindən qaynaqlanır. Bu ölkənin Ermənistandakı səfiri Olivye Dekotininin anım günündə məhz erməni işğalçılarını yad etməsi növbəti anti–Azərbaycan siyasətinin nümunəsidir.

Fransa bu davranışları ilə, əslində, bir daha özünün ikili siyasətini nümayiş etdirir və Makronun 8 avqust Vaşinqton anlaşmasını alqışlamasının da quru bəyanatdan başqa bir şey olmadığını ortaya qoyur. Bu, əslində, onu sübut edir ki, Fransa Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasından, sülhün əldə edilməsindən məmnun deyil. Əslində, sülh istəyən, onu alqışlayan ölkənin siyasəti münasibətlərin gərginləşməsinə yox, yumşaldılmasına yönəldilməlidir. Ayrı-ayrı dövlətlərdə fəaliyyət göstərən səfirlərin öz ölkələrinin maraqlarını müdafiə etdiyini nəzərə alsaq, o zaman deyə bilərik ki, Fransanın İrəvandakı səfirinin mövqeyi Yelisey sarayında əyləşənlərin mənfur niyyətindən irəli gəlir. Dekotininin nə deməsindən asılı olmayaraq həqiqət hər kəsə məlumdur.

Nəzrin ELDARQIZI
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Oktyabr 2025 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see427

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see413

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see396

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see377

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see265

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see261

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see258

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see248

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see245

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see237

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see228

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see221

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see213

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see207

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see191

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see188

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see184

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see182

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see181

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri