Del Pyero İtaliya millisi haqda Bu, rüsvayçılıqdır
Icma.az, Qol.az saytına istinadən bildirir.
İtaliya millisinin DÇ-2026-dan kənarda qalmasına yığmanın sabiq üzvü Alessandro Del Pyero da münasibət bildirib.
QOL.az "Football Italia"ya istinadən xəbər verir ki, 51 yaşlı keçmiş hücumçu ardıcıl 3-cü dəfə mundiala vəsiqə qazana bilməməyin rüsvayçılıq olduğunu deyib:
"Bu günlərdə çoxsaylı mənfi emosiyalar yaşayıram - kədər və qəzəbdən tutmuş məyusluğa və inamsızlığa qədər. Düşünürəm ki, bunlar hamımızı əhatə edir. Ardıcıl üçüncü dəfə dünya çempionatına vəsiqə qazana bilməmək rüsvayçılıqdır. Bunun arxasında duran hər şeyi həll etməliyik. Bir çox məsələ həll olunmalıdır. Təkcə federasiya prezidenti (federasiya prezidenti Qabriel Qravina istefa verib - QOL.az) ilə bağlı məsələ deyil. Amma düşünürəm ki, bu gün onları həll etməkdən çox uzağıq".
Xatırladaq ki, italyanlar dünya çempionatına vəsiqə verən son pley-off matçında Bosniya və Herseqovinaya uduzaraq (1:1, penaltilərdə 1-4) ardıcıl üçüncü dəfə mundialadan kənarda qalıblar. Dörtqat dünya çempionu sonuncu dəfə 2014-cü ildə mundialda iştirak edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 03 Aprel 2026 11:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















