Icma.az
close
up
RU
Dələduzların çox vaxt istəkləri baş tutmur ŞƏRH EDİLDİ

Dələduzların çox vaxt istəkləri baş tutmur ŞƏRH EDİLDİ

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Bakı əhalisi normadan artıq olan bir şəhərdir. İnsanlarımız iş məqsədilə rayonlardan Bakıya köç ediblər. 30 il 20% torpaqlarımız işğal altında olduğu müddətdə məcburi köçkünlərimiz də zərurətdən dolayı Bakıya yerləşiblər". Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib.

O bildirib ki, buna baxmayaraq, Bakı dünyanın ən təhlükəsiz şəhərlərindən biridir: "Müxtəlif xalqların bir araya gəldiyi Bakıda sakinlər, həqiqətən də, qarşılıqlı hörmət şəraitində yaşayırlar. Amma buna baxmayaraq, bəzən neqativ hallara və cinayətlərə rast gəlinir. Bu, ümumiyyətlə, bəşəri bir problemdir. İnsanların çox olduğu yerdə cinayətkarlıq və dələduzluq qaçılmaz olur.

Belə neqativ hallardan biri də son zamanlar Bakıda özünü qəsdən maşınların altına atan dələduzların sayının artmasıdır.

Kapitalizm dövrüdür. Bəzi sakinlər, pul qazanmaq üçün müxtəlif asan və zəhməti az olan yollar axtarırlar. Bu, anlaşılandır, amma bu yolda Allahdan qorxmaq, halal və harama diqqət etmək vacibdir. İnsan pulunu vicdanla qazanmalıdır. Başqasını şərləməklə, iftira atmaqla, tələyə salmaqla pul qazanmaq vicdansızlıqdır. Belə puldan nə insan özünə, nə də ailəsinə fayda götürməməlidir. Zahirən qazanc hesab olunan bu pulun həm dünyada, həm də Allah qarşısında cavabı vardır. Biz azərbaycanlıyıq, müsəlmanıq, qalib xalqıq, minlərlə şəhid və qazisi olan bir xalqıq. Başqasını şərləyib onu bədbəxt edərək öz xoşbəxtliyini bunun üzərində qurmaq bizə yaraşmaz.Təsəvvür edin ki, hər bir minik sahibi evindən səhər ruzi qazanmaq üçün çıxır və plansız, gözləmədiyi halda birdən göz görə-görə kimsə özünü maşının önünə və ya arxasına bilərəkdən tullayır və şərlənmə ilə üzləşir. Nə yaxşı ki, şəhərimizdə demək olar ki, bütün ərazilərdə müşahidə kameraları mövcuddur. Bu dələduzların çox vaxt istəkləri baş tutmur. Əksinə, özünü maşın altına atan şəxs məsuliyyətə cəlb edilir. Kameralar olmasaydı belə, dələduzluğa məruz qalan sürücünün öz günahsızlığını isbatlaması çox çətin olacaqdı".

"Mən özüm şəxsən bir neçə il öncə Xırdalan şəhərində analoji hadisə ilə üzləşmişəm. Kamera sayəsində öz günahsızlığımı isbatlaya bilmişəm. Düşünürəm ki, belə şəxslərin belə alçaq metoda əl atmasının səbəbləri Allahdan qorxmamalarıdır. Əgər belə insanlar Allahdan qorxsalar, etdikləri əməlin günah və vicdansızlıq olduğunu dərk etsələr, təbii ki, maddi ehtiyacları olsa belə, buna əl atmazlar. Maddi ehtiyac, ümumiyyətlə, insanı belə alçaq işə sövq etməməlidir. İnsan öz insanlığını istənilən maddi vəziyyətdə qorumaq məcburiyyətindədir. Belə fikrə düşən şəxslərə bu addımı atmamışdan öncə Allahın onları gördüyünü, cinayət məcəlləsiylə özlərinin hüquqi məsuliyyətə cəlb olunacaqlarını və başqa bir ailənin bədbəxtçiliyinə səbəb ola biləcək addım atdıqlarının fərqində olub bunu etməsinlər" - deyə o, əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://sia.az
archiveBu xəbər 04 Aprel 2025 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see506

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see357

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see297

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see293

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see281

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see263

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see240

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see234

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see229

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see222

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see219

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see217

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see213

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see212

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see208

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see197

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see188

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see180

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri