Icma.az
close
up
RU
DƏLƏDUZLUQ EDƏN EV DƏLLALLARI Evləri əllərindən çıxan sakinlərdən nazirə müraciət

DƏLƏDUZLUQ EDƏN EV DƏLLALLARI Evləri əllərindən çıxan sakinlərdən nazirə müraciət

Icma.az, Hurriyyet portalına istinadən məlumatı açıqlayır.

Bakı şəhəri, Binə qəsəbəsi, "Atçılıq" adlanan ərazidə yaşayan Babayeva Nailə Şəmsəddin qızı və Kürdəxanı qəsəbə sakini İsmayılova Gülnar Novruz qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər saytımız vasitəsilə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazova müraciət edirlər:

"Cənab Nazir!

Biz, Babayeva Nailə Şəmsəddin qızı və İsmayılova Gülnar Novruz qızı yazaraq Sizdən xahiş edirik ki, işimizin daha ətraflı araşdırılıb, günahkar şəxslərin həbs olunamsı ilə bağlı göstəriş verəsiniz.

Mən, Babayeva Nailə Şəmsəddin qızı, ev almaq üçün Orxan adlı şəxsə müraciət etdim. Orxanın əlaqə nömrəsini internet saytından tapmışdıq. Zabrat 1-də evə baxmağa getdik. Evdə 17 yaşlı bir qız var idi. Orxan dedi ki, bu, mənim dayımın evidi, qız da onun qızıdır. Evə baxdıq, bəyəndik.

Səhərisi gün gəlib bir daha evə baxış keçirdik. Evdə Feyzullayev Aslan adlı şəxs və həyat yoldaşı var idi. Söhbətləşdik, evi 20 min manata almağa qərar verdik. Öncədən beh olaraq 1000 manat verdik. 1300 manat isə kommunal xidmətlərin mənim adıma köçməsi üçün ödənişi verdik. Yəni həmin gün Orxan, Aslan və Hüsniyyəyə 2300 manat pul vermişəm. 

İyul ayının 22-də Aslan mənə zəng edib bildirdi ki, notariusa gəlin. Mən, Orxan, Hüsniyyə və Aslan Sabunçu qəsəbəsində, 12-ci Polis bölməsi ilə üzbəüz yerləşən 4 nömrəli notariusa getdik. Elə ordaca Hüsniyyəyə 500 manat pul verdik. Ondan sonra kommunalları mənim adıma keçirmək üçün "Asan Kommunal"a getdik.

22 iyul, 2024-cü il tarixində, təxminən saat 14 radələrində Nizami rayonu ərazisində yerləşən “Asan Kommunal”ın 2-ci mərtəbəsində, kameraların önündə 1000 dollar və 16 800 manat pulu Aslana verdim. Mənim onlara 500 manat borcum qalmışdı. Evi təhvil verəndə isə 500 manatı verəcəkdim. Evə gec köçməyimizə səbəb isə o idi ki, "bəzi təmir işlərini gördürürəm", - deyirdi.

İyul ayının 25-də evə köçməli idik. Aslan zəng vurub bildirdi ki, yasımız düşüb. Çox söz-söhbətdən sonra avqust ayının 8-də Hüsniyyə zəng vurub bildirdi ki, evin sənədlərini gətirib qaytarın, evi satmırıq. Biz soruşduq ki, nə sənəd?! O dedi ki, Aslan pulları götürüb qaçıb, gətir evimin sənədini ver.

Məni "tora salan" əsas adam Orxan olub. Hazırda isə hüquq-mühafizə orqanları Orxanı həbs etmir. Aslanı isə saxlayıblar. Nə verdiyimiz puldan, nə də evdən xəbər yoxdur. 

Cənab Nazir!

Mən, İsmayılova Gülnar Novruz qızı da Nailə xanım kimi zərərçəkənlərdənəm. Məni də aldadaraq 3 sot torpaq sahəsində yerləşən 2 otaqlı evimi satıblar.

Belə ki, həmin vaxtlar anam ağır xəstə idi və evimi satmaq qərarına gəlmişdim. Sosial şəbəkələrdə evin şəklini qoyub, satışa çıxarmışdım. Telefon nömrəmə Ticarət adlı şəxs yazdı və alıcı kimi gəlib evə baxacaqlarını bildirdilər. Axşam evə Ticarət, Rəhim və Feyzullayev Aslan adlı şəxlər gəldi. Əvvəlcə bildirdilər ki, evi çətin satarsınızz, səbəb isə sənədinin olmamasıdır.

Onlar gedəndən sonra Ticarət mənə yazdı kı, Aslan deyir ailənin vəziyyəti mənim ürəyimi ağrıtdı, onların evini satıb, qardaş kimi kömək edə bilərəm. Şərti isə o oldu ki, evə əl gəzdirilməlidir, ondan sonra satıla bilər. Mən də inandım, razılaşdım.

Ailəmlə birgə evdən kirayə çıxdıq. Bu zaman evdən sadəcə geyim əşyalarımı götürdüm. Mebellərim və evə aidi bütün əşyalar evdə qaldı. Anamın vəziyyəti günü-gündən ağırlaşırdı... 

Bir gün adlarını çəkdiyim şəxslər gəldilər ki, evin təmiri yekunlaşıb, Bələdiyyədən sənəd almaq lazımdır. Sən demə, dələduzlar evimdəcə məndən ərizə alıb, Bələdiyyənin iştirakı ilə evi satıb.

Bundan xəbər tutan kimi Ticarət adlı şəxsi çağırdım. Qardaşım söhbətə qarışdı. Ticarət boynuna aldı ki, bəli, sənin evini satmışıq. Dedi ki, narahat olma, Aslanla danışmışıq, sənin evini qaytaracağıq. Aslanın özü də mənə dedi ki, avqust ayında evini sənə təhvil verəcəm.

...Anam rəhmətə getdi, 40 gün başım yasa qarışdı. Onlardan da heç xəbər ala bilmirdim. Bir gün eşitdim ki, Aslan adlı şəxs qaçıb, yoxdur. Dərhal polisə şikayət verdim. 8 ay durmadan şikayət etmişəm. Sonradan Sizin, yəni Vilayət Eyvazovun qəbulunda olandan sonra, Canpolad adlı müstəntiq işimə daha ətrafı baxılacağına söz verdi. Amma bu dəfə də məni müstəntiq Canpolad aldadırmış...

Hazırda Aslan həbs olunub, amma işin içərisində olan digər şəxslər isə məsuliyyətə cəlb olunmur. Bu oyunu bizim başımıza Orxan adlı şəxs açıb. Xahiş edirəm işimizlə bağlı göstəriş verəsiniz".

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 05 İyun 2025 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see238

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see174

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see158

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri