Icma.az
close
up
RU
DƏLƏDUZLUQ EDƏN PROFESSOR OĞLU HAQDA ŞOK FAKTLAR Zərərçəkənlər nazirə müraciət etdi / Fotolar

DƏLƏDUZLUQ EDƏN PROFESSOR OĞLU HAQDA ŞOK FAKTLAR Zərərçəkənlər nazirə müraciət etdi / Fotolar

Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan vətəndaşları Bakı şəhəri, R.İsmayılov 11d, blok 3, mənzil 58-də yaşayan Həsənova Vəfa Allahverdi qızı, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abbasqulu Abbaszadə 23, mənzil 62-də qeydiyyatda olan Qurbanova Rəqibə Heydər qızı və digər bir qrup şikayətçi tərəfindən Hurriyyet.az saytının redaksiyasına məktub daxil olub. Saytımız vasitəsilə Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edən şikayətçilərin müraciətini olduğu kimi dərc edirik:
“Cənab Nazir!
Biz, AMEA-nın müxbir üzvü olan Vaqif Quliyevin oğlu Emin Quliyevin dələduzluq əməllərinin qurbanları olan  bir qrup vətəndaş, Sizə müraciət edərək, kömək istəyirik.
Emin Quliyev “xaricdə təhsil” adı altında müxtəlif vaxtlarda bizləri aldadraq külli miqdarda vəsaitimizi mənimsədiyi üçün Nəsimi Rayon Prokurorluğuna müraciət etmişik. İş prokurorluğun müstəntiqi Əkbər Ələkbərzadə tərəfindən araşdırılır.

Emin Quliyev
Prokurorluğun sanksiyası əsasında Emin Quliyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Hazırda da məşhur professor Vaqif Quliyevin oğlu dələduz Emil Quliyev Kürdəxanı həbsxanasındadır.
İstintaq davam edir, şahidlər dindirilib, ortada dəlillər, sübutlar da var. Müstəntiq Əkbər Ələkbərzadə işə başlayanda bizə dəymiş ziyanın ödəniləcəyini bildirsə də, bu günə qədər hələ də ödənilməyib. Müstəntiq indi isə “sizə dəyən ziyan ödənilməyəcək, dələduzun adında heç nə yoxdur, onun barəsində isə məhkəmə qərar verəcək”, - deyir.
Bildiyimizə görə Nəsimi Rayon Prokurorluğuna qədər  Nəsimi Rayon Polis İdarəsinin əməkdaşı Zaur Tağıyevlə, Xətai Rayon Polis İdarəsinin müstəntiqi Elçin Əlizadə sənədləşmə aparmadan, rəsmiyyətə salmadan Nəsimi Rayon 20-ci Polis Şöbəsində bu işi “araşdrııblar”.

Elçin Əlizadə, Zaur Tağıyev (müstəntiqlər)

Belə ki, 2024-cü ilin noyabr ayında E.Quliyevin ortaqlarını dindiriblər, şahid ifadələri alıblar. Bəzisinin ölkədən çıxışına stop da qoydurublar. Təbii ki, sonda dələduz E.Quliyev barəsində heç bir tədbir görülməyib.
Bunlar doğrudursa, bəs, adları çəkilən polis əməkdaşlarının bu işdə nə maraqları olub ki, bu işi rəsmiləşdirməyiblər?!
Cənab Prezident çıxışlarında uşaqları qudurğanlıq edən, özlərini apara bilməyən məmurlara səslənərək övladlarının həbs ediləcəyini, atalarının da işdən qovulacağını bildirir. Bu, Emin Quliyevin ilk cinayəti deyil. Buna qədər eyni əmələ görə bir dəfə də həbs edilib. Vətəndaşlara qarşı dələduzluq edən Emin Quliyevin atası AMEA-nın müxbir üzvü Vaqif Quliyev isə hələ də işindən qovulmayıb.

Vaqif Quliyev
Cənab Nazir!
AMEA-nın müxbir üzvü Vaqif Quliyevin oğlu Emin Quliyevin dələduzluğunun növbəti qurbanları kimi, Sizdən xahiş edirik, bizə dəymiş maddi ziyanın ödənilməsi və işin tam, ətraflı, habelə ərizədə adları qeyd edilən polis əməkdaşlarının hərəkətlərinin araşdırılması üçün aidiyyəti üzrə göstəriş verməklə, bizdən köməyinizi əsirgəməyəsiniz”.

Hazırladı: Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.




Emin Quliyevin əlyazması






Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:31
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 07 Yanvar 2026 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see755

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see155

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see149

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see136

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri