Icma.az
close
up
RU
Dələduzluq riski Saxta satış səhifələrini necə tanıyaq?

Dələduzluq riski Saxta satış səhifələrini necə tanıyaq?

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Onlayn alış-verişə marağın artması ilə yanaşı, bu sahədə kiberdələduzluq halları da diqqət çəkir. Daxili İşlər Nazirliyinin məlumatına görə, saxta satış səhifələri üzərindən vətəndaşlara müxtəlif məhsullar cəlbedici qiymətlərlə təklif olunur. Ödəniş alındıqdan sonra isə dələduzlar əlaqəni kəsir, telefon nömrələrini və sosial şəbəkə hesablarını bloklayırlar.
Belə hallarla qarşılaşmamaq üçün vətəndaşlar onlayn alış-veriş zamanı hansı məqamlara diqqət etməlidirlər? Saxta satış səhifələrini əvvəlcədən necə müəyyənləşdirmək mümkündür?
İnformasiya texnologiyaları və kibertəhlükəsizlik üzrə ekspert Fərid Musayev Demokrat.az-a söyləyib ki, onlayn alış-veriş zamanı dələduzluqdan qorunmaq üçün vətəndaşlar bir sıra mühüm məqamlara diqqət yetirməlidirlər:
“Saxta səhifələr həddindən artıq çoxdur. Ona görə də bir qədər vaxt ayıraraq domenin yazılışına diqqət etməliyik. Dələduzlar rəsmi saytın adını bir neçə hərflə dəyişərək saxta saytlar yaradırlar. Əgər bir məhsul bazar qiymətindən qat-qat ucuz təklif olunursa, bu, 99 faiz dələduzluq əlamətidir.
Eyni zamanda ünvanın əvvəlində “https://” və kilid işarəsinin olduğundan əmin olun. Lakin unutmayın ki, artıq bəzi saxta saytlar da bu sertifikatı əldə edə bilir. Ona görə də bu, yeganə kriteriya deyil. Saytda rəsmi ünvanın, iş saatlarının, sabit telefon nömrəsinin və geri qaytarılma siyasətinin olmaması böyük riskdir.
Ekspert vurğulayıb ki, ödənişi yalnız rəsmi və təhlükəsiz bank keçidləri ilə edin:
“Şübhəli şəxslərə birbaşa kart məlumatlarını, CVV kodunu və ya mobil pul kisələrinə dair məlumatları təqdim etməyin. Məsələn, “kart nömrəsini yaz və nə qədərsə güzəşt al” kimi təkliflər artıq dələduzluq əlaməti ola bilər. Həmçinin, məhsulu sosial şəbəkələrdəki reklamlardan deyil, tanınmış və etibarlı platformalardan, məsələn, rəsmi marketpleyslərdən axtararaq tapın. Məhsulun altındakı rəyləri yoxlayın. Əgər bütün rəylər eyni tonda və çox qısadırsa, onların saxta olma ehtimalı var. Qeydiyyat zamanı lazımsız şəxsi məlumatları, məsələn, şəxsiyyət vəsiqəsinin surətini, pasportu və ya digər sənədləri tələb edən saytlardan uzaq durun. Əgər bir təklif çox cəlbedici görünürsə və tələsik ödəniş tələb olunursa, tələsmək əvəzinə əvvəlcə məlumatı bir neçə mənbədən dəqiqləşdirmək ən doğru addımdır”.
Fidan Hacızadə
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 Avqust 2026 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see462

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see300

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see299

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see293

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see271

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see239

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see236

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see223

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see223

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see216

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see215

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see213

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see211

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see206

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see203

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see202

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see195

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see190

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see185

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri