Ukraynada bütün abortların qadağan olunması təklif edilir
Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.
Ukraynada bəzi istisnalarla hamiləliyin bütün mərhələlərində abortların qadağan olunmasını nəzərdə tutan petisiya qeydə alınıb.
Modern.az yerli mediaya istinadən xəbər verir ki, təşəbbüs Ukrayna Nazirlər Kabinetinin elektron petisiyalar saytında yerləşdirilib.
Petisiya müəllifi hazırda hamiləliyin 12-ci həftəsinədək aborta icazə verən qaydaya yenidən baxılmasını istəyir. O, bu həddin Ukrayna Konstitusiyası ilə müəyyən edilmədiyini, sovet qanunvericiliyindən qaynaqlandığını əsas gətirir.
Müəllif aborta yalnız qadının həyatı və sağlamlığı üçün təhlükə yarandıqda, döldə ağır inkişaf qüsurları aşkarlandıqda və ya hamiləlik zorlama nəticəsində baş verdikdə icazə verilməsini təklif edir.
Təşəbbüs petisiya xarakteri daşıyır və qadağanın qəbul edilməsi demək deyil.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 10 Noyabr 2026 15:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















