Deloitte ayrı seçkilik ittihamlarına görə ABŞ a 21,5 milyon dollar ödəyəcək
Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.
ABŞ Ədliyyə Nazirliyi avqustun 25-də bildirib ki, audit və konsaltinq şirkəti "Deloitte" barəsində irəli sürülən ittihamları 21,5 milyon dollar ödəməklə məhkəmədənkənar razılaşma çərçivəsində həll etməyə razılaşıb.
Qayanrinfo xəbər verir ki, şirkət Ədliyyə Nazirliyinin "federal müqavilələr üzrə fəaliyyət zamanı əməkdaşlara və işə müraciət edən şəxslərə irqi və ya cinsi mənsubiyyətinə görə ayrı-seçkiliyə qarşı tələblərə əməl etməməkdə" ittihamlarını tənzimləyəcək.
Bu razılaşma Ədliyyə Nazirliyinin federal müqavilələr əsasında fəaliyyət göstərən iri şirkətlərdə irqi və gender bərabərliyi tələblərinə riayət olunması ilə bağlı apardığı genişmiqyaslı araşdırmanın bir hissəsidir. Aprel ayında "IBM" də analoji ittihamlardan sonra 17 milyon dollar ödəməyə razılaşıb.
Araşdırma zamanı "Deloitte" hökumətin şirkətə qarşı irəli sürdüyü əməllərdə iştirakını təkzib edib. Şirkət Ədliyyə Nazirliyi ilə bağlanan məhkəmədənkənar razılaşma çərçivəsində də öz təqsirini etiraf etmir.
"Uzunmüddətli məhkəmə çəkişmələrindən yayınaraq bu məsələni həll etdiyimiz üçün məmnunuq", deyə şirkətin ABŞ mediasına yaydığı bəyanatda bildirilib.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 26 Avqust 2026 18:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















