Icma.az
close
up
RU
Dəm qazından zəhərlənmə. SİMPTOMLAR VƏ İLK YARDIM

Dəm qazından zəhərlənmə. SİMPTOMLAR VƏ İLK YARDIM

Saglamolun saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son vaxtlar dəm qazından zəhərlənmə ən tez-tez rast gəlinən bədbəxt hadisələrdəndir.

Dəm qazı (və ya karbon monoksid - CO) oksigen çatışmazlığı şəraitində təbii qaz, kömür, benzin, mazut və s. yanacaq növlərinin yanması zamanı əmələ gəlir. Saglamolun.az bildirir ki, dəm qazı çox güclü zəhərdir, orqanizm boyu sürətlə yayılır, ürək, beyin, qan, əzələləri zədələyir, insanın tez bir zamanda həlak olmasına səbəb olur. Dəm qazının heç bir xüsusi iyi, rəngi və ya dadı yoxdur.

Dəm qazından zəhərlənmə evin ventilyasiya sistemi pis işlədikdə, qaz sobası, hamam "kolonka"sı düzgün quraşdırılmadıqda və s. hallarda mümkündür.

Dəm qazından zəhərlənmənin qarşısını almaq üçün evin ventilyasiya sistemi yaxşı işləməli, hamam otağında və mətbəxdə mütləq hava çəkən ("vıtyajka") olmalı, mətbəxdə nəfəslik daim açıq qalmalı, hamam otağının qapısının aşağı hissəsində dəliklər açılmalıdır.

Dəm qazından zəhərlənmənin simptomları bunlardır:

- başgicəllənmə,

- baş ağrısı,

- gicgahlarda nəbzin vurulması,

- sinədə ağrılar,

- quru öskürək,

- təngənəfəslik,

- ürəkbulanma,

- qusma.

Daha ağır hallarda qıcolmalar, bayılma. Nəzərə almaq lazımdır ki, dəm qazından zəhərlənmiş insana vaxtında lazım olan yardım göstərilməzsə, o tez bir zamanda həyatını itirə bilər.

Dəm qazından zəhərlənmə zamanı ilk yardım:

- zərərçəkəni dərhal açıq havaya çıxarmaq (balkona, çölə)

- əynindəki paltarın yaxasını, kəmərini və s. açmaq

- ona yarıoturaq (!) vəziyyət vermək

- zərərçəkənin alnına, sinəsinə soyuq kompres qoymaq

- qəhvə, tünd çay vermək (xəstə bayılmayıbsa).

Dəm qazından zəhərlənmənin ilk simptomlarında dərhal “təcili yardım” çağırın! Hətta yüngül zəhərlənmədən sonra insan mütləq həkimin müayinəsindən keçməlidir.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 23:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see422

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see273

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see260

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see244

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see224

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see222

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see213

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see212

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see209

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see201

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see191

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see189

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see188

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see185

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see185

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see182

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see179

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see175

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see170

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri