Icma.az
close
up
RU
Dəm qazının qurbanı olmamaq üçün nə edək?

Dəm qazının qurbanı olmamaq üçün nə edək?

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

Havalar soyuyandan bəri dəm qazından zəhərlənmə və ölüm halları ilə bağlı xəbərlərə demək olar ki, hər gün rast gəlirik. "Səssiz qatil"in qurbanları arasında uşaqlardan tutmuş qocalara qədər hər yaş qrupunun nümayəndələri var.

İllərdir bu bəladan yayınmaq üçün çağırışlar edilir, tövsiyələr verilir, amma ciddi nəticə müşahidə olunmur.

Elə isə daha nələr etməliyik?

Ölkə.az xəbər verir ki, ekspert Nüsrət Qasımov Oxu.Az-a şərhində bildirib ki, dəm qazı yanma zamanı oksigen çatışmazlığı nəticəsində yaranır:

Dəm qazının qurbanı olmamaq üçün nə edək?

"Artıq 90 ildən çoxdur metan qazının məişətimizdə istifadə olunmasına baxmayaraq, uzun illər ərzində bu sahəyə lazımi səviyyədə nəzarət edilməyib.

Keçmiş dövrlərlə müqayisədə bu gün dəm qazı ilə bağlı fəsadların daha geniş miqyasda müşahidə olunmasının əsas səbəbi məhz nəzarətsizlikdir. Bir çox insanlar qazdan özbaşına istifadə edir, boru xətlərinə icazəsiz müdaxilələr olur. Nəticədə qazdan düzgün və təhlükəsiz istifadə qaydaları pozulur, bu isə ağır qəzalarla nəticələnir. Halbuki metan qazından istifadənin özünəməxsus qanunları və standartları var, onlara ciddi şəkildə əməl olunmalıdır.

Sertifikatı və rəsmi icazəsi olmayan şəxslərin qaz xətlərində işləməsinə yol verilməməlidir. Qaz xətlərinə özbaşına müdaxilə etmək, texniki xidmət göstərmək qadağandır. Təəssüf ki, bəzi hallarda bu qaydalar pozulur və nəticədə təhlükəli vəziyyətlər yaranır."

N.Qasımovun vurğuladığı əsas məqamlardan biri də qazla işləyən cihazların quraşdırıldığı məkanlarla bağlı olub.

O qeyd edib ki, məsələn, suqızdırıcısının quraşdırıldığı otağın həcmi minimum 7.5 kubmetr olmalı, qapı mütləq bayıra doğru açılmalı və qapının alt hissəsində deşiklər olmalıdır ki, otağa təmiz hava daxil ola bilsin:

"Çünki 1 000 kubmetr qazın tam yanması üçün 9.5 kubmetr oksigen tələb olunur. Oksigen çatışmazlığı zamanı yanma prosesi pozulur və karbonmonoksid əmələ gəlir. İnsan karbonmonoksidlə dolu bir məkanda cəmi bir neçə dəqiqə nəfəs aldıqda ölüm riski yaranır.

Qazla işləyən suqızdırıcıları və digər qızdırıcı qurğular mütləq tüstü bacası ilə təmin edilməlidir. Tüstü bacası dam səviyyəsindən ən azı yarım metr hündürlükdə olmalı və yanma zamanı yaranan zəhərli qazlar təhlükəsiz şəkildə xaric oluna bilməlidir. Lakin bir çox hallarda bu bacalar standartlara uyğun quraşdırılmır. Məsələn, "gözlü soba" yalnız minimum 15 kubmetr həcmə malik otaqlarda quraşdırılmalı, otağın hündürlüyü isə ən azı 2 metr 20 santimetr olmalıdır. Tüstü bacalarının qeyri-peşəkar şəxslər tərəfindən quraşdırılması ciddi səhvlərə və ağır nəticələrə səbəb ola bilər. Bu işlərə səhlənkar yanaşmaq olmaz".

Ekspert onu da diqqətə çatdırıb ki, dəm qazından qorunmağın effektiv yollarından biri də xüsusi detektorların istifadəsidir:

"Qaz cihazlarının quraşdırıldığı otaqlarda, mətbəxlərdə, hətta yataq otaqlarında belə bu detektorları quraşdırmaq mümkündür. Qiyməti nisbətən münasib olan bu cihazlar qaz sızmasını hiss etdikdə səsli siqnal verir və eyni zamanda elektromaqnit siqnalı ötürür. Bu siqnal qaz sayğacının yanında quraşdırılmış elektromaqnitli kran tərəfindən qəbul edilir və qazın verilişi dərhal dayandırılır. Beləliklə, zəhərlənmə və qəza riski minimuma enmiş olur. Bir çox xarici ölkələrdə bu cür detektorların quraşdırılması məcburi olsa da, bizdə təəssüf ki, hələ də geniş tətbiq olunmur, hərçənd qiyməti də baha deyil - 30 manatdır".

O, qazın iyləndirilməsi məsələsinə də toxunan ekspert ona xüsusi maddənin vurulmalı olduğunu diqqətə çatdırıb:

"Karbonmonoksid özü iysiz olsa da, təbii qazın təhlükə zamanı hiss olunması üçün ona xüsusi maddə olan odorant (iyverici) əlavə edilməlidir. Bu proses isə ciddi nəzarət altında aparılmalıdır. Yay aylarında hər 1 000 kubmetr qaza 8 qram, qış aylarında isə 16 qram odorant maddə vurulmalıdır. Xüsusilə qış mövsümündə qazın iyli olması həyati əhəmiyyət daşıyır və bu tələb təhlükəsizlik baxımından mütləq təmin edilməlidir".

N.Qasımov deyir ki, dəm qazı ilə bağlı baş verən faciələrin qarşısını almaq üçün hər bir vətəndaş məsuliyyətli davranmalı, qazdan istifadə qaydalarına ciddi əməl etməli və təhlükəsizlik tədbirlərini laqeyd yanaşmamalıdır: "Məsuliyyətsizlik, diqqətsizlik və savadsızlıq bəzən insan həyatına başa gəlir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:245
embedMənbə:https://olke.az
archiveBu xəbər 25 Dekabr 2025 22:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri