Icma.az
close
up
RU
Demçenko: “Komandanı mən qurmamışam”

Demçenko: “Komandanı mən qurmamışam”

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

Misli Premyer Liqasının XXIX turunun “Qəbələ” – “Araz-Naxçıvan” oyunundan (1:1) sonra qonaq komandanın baş məşqçisi Andrey Demçenko jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:

– Oyunumuz alındı. Rəqibimizin sürətli əks-hücumları olduğunu bilirdik. İlk hissədə onları dəf etməyi bacardıq. Şanslar qazandıq, amma qola çevirə bilmədik. Futbol elədir ki, sən qol vurmasan, rəqib fərqlənir. Belə də oldu. Sonra hesabı bərabərləşdirə bildik. Futbolçuların texnikası oyunun taktikasını da qurur. Böyük futbol xırda detallardan ibarətdir. Bu məqamlarda isə pis olduq. Oyunun sonunda qələbə qolunu da vura bilərdik, alınmadı. Hücuma çıxanda müdafiədə boşluqlar yaranır. Matçın sonunda qalib gələ və ya uduza bilərdik.

– Komandada nələri dəyişə bilmisiniz?
– İlk olaraq, müasir futbolu aşılamaq istəyirdik. Yəni, topla daha yaxşı davranmağı bacaran komanda olmağa çalışdıq. Texnikalı və kompakt futbol lazımdır. Bu, özünəinam da yaradır. Amma ümumi baxanda, texniki bacarıqların bəzən kifayət qədər olmadığını görürük.

– Hansı mövqelərdə çatışmazlıqlar var?
– Komandanı mən qurmamışam. Bu heyətlə işləməyə çalışırıq.

– Avrokuboklara vəsiqə şanslarınızı necə dəyərləndirirsiniz?
– Turnir cədvəli göstərir ki, o qədər də yaxşı yerdə deyilik. Amma demək istəyirəm ki, hər oyun bir şans verir. Komanda futbol oynayanda xallar da gəlir. Bu, hələ bizdə alınmır.

– Mövsümün bitməsinə bir neçə tur qalıb. Yay transferləri üçün planlarınızı qurmusunuz?
– Bu haqda danışmaq tezdir. Müqaviləm yayda başa çatır. Qarşımıza avrokuboklara vəsiqə qazanmaq hədəfi qoyulub. Hələ işləməliyik.

– Komanda avrokuboklara vəsiqə qazana bilməzsə, məsuliyyətin nə qədərini özünüzə götürürsünüz?
– Məsuliyyəti üzərimə götürürəm. Gəmidəyəm və kapitanam. İstiqaməti mən seçirəm. Başqa nüanslar da var ki, işlərə mane törədir. Bütün nəticələrə görə məşqçi məsuliyyət daşıyır.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 25 Aprel 2026 21:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see664

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see646

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see382

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see273

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see271

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see256

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see244

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see242

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see240

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see231

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see216

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see211

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see200

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see196

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see196

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see187

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see187

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see182

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see180

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri