Dəməşqdə Əsədin sarayı yanıb...
Icma.az, Sia Az saytına istinadən bildirir.
SİA RBC mənbələrinə istinadən yazır ki, Dəməşqdə Bəşər Əsədin prezident sarayının qəbul zalı yanır.
Suriya silahlı müxalifəti noyabrın sonunda aktiv döyüşlərə başlayıb. İki həftədən az müddətdə üsyançılar bir sıra mühüm şəhərləri, silah anbarlarını və aerodromları ələ keçirdilər.
Dekabrın 8-nə keçən gecə qabaqcıl müxalifət qüvvələri Dəməşqə daxil olub, hökumət məhəlləsini ələ keçirib və prezident Əsədin devrilməsini elan ediblər.
Bundan əlavə, müxalifət qruplarının nümayəndələri vətəndaşları dövlət əmlakına, hər cür bina və tikililərə hörmətlə yanaşmağa çağırıblar, çünki onlar “Bəşər Əsəd rejiminə deyil, xalqa məxsusdur”.
Daha sonra dünya və regional agentliklər binaları intensiv şəkildə talan edən insanların görüntülərini yayıblar. Xüsusilə də İranın Dəməşqdəki səfirliyi talançıların hücumuna məruz qalıb.
Əli Babayev
Baxış sayı:66
Bu xəbər 08 Dekabr 2024 18:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















