Icma.az
close
up
RU
Deməzdim ki, Sele Sabah dan bir baş üstündür Ağasəlim Mircavadov

Deməzdim ki, Sele Sabah dan bir baş üstündür Ağasəlim Mircavadov

Fanat saytına istinadən Icma.az xəbər verir.

"Sabah" iyulun 17-də UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab görüşünə çıxacaq. İlk oyunda öz meydanında Sloveniya təmsilçisi "Sele"yə 2:3 hesabı ilə uduzan "bayquşlar" səfərdə revanş almağa çalışacaq. Tanınmış futbol mütəxəssisi,  Azərbaycan millisinin sabiq baş məşqçisi Ağasəlim Mircavadovla əlaqə saxlayıb paytaxt təmsilçinin səfər oyunu barədə nə düşündüyünü soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu: 

"Sabah" mövsümü bir məşqçi ilə bitirdi, avrokuboka başqası ilə başladı. Arada vaxt çox getdi. Bu da başa düşüləndir, yeni məşqçinin axtarışı vaxt aparır. Görünən odur ki, komanda tam hazırlıqlı deyildi. "Sabah" 60-cı dəqiqəyə kimi oynadı, sonra yorğunluq, tələskənlik özünü göstərdi. Deməzdim ki, "Sele" bir baş üstün komandadır. Aşağı-yuxarı bərabər səviyyəli rəqiblərdir. Komandamız ilk hissədə yaxşı qollar vurdu. Amma müdafiədə çox yumşaq qollar buraxdıq. Sloveniyalılar 2-ci və 3-cü qolları bizimkilərin mövqe səhvləri nəticəsində vurdular. Ümumiyyətlə, rəqib təcrübəli, sanballı təsir bağışlayırdı. Lider oyunçuları olmasa da, topa nəzarət edə bilirlər. Xüsusilə orta xətti səhvsiz oynayır. 
"Sabah" Avropa Liqasında mübarizəni dayandırsa belə, Konfrans Liqasında azı 2 həftə qala bilər. Bu müddət hazırlığı artırmağa kifayət edər. Amma komanda ruhdan düşməməlidir. Avropa Liqasını da "çıxartmaq" olar. Cütün taleyini həll etmək üçün səfərdə ələ düşən fürsətdən maksimum yararlanmaq lazımdır. Belədə komandada özünəinam artacaq. İnanıram ki, "Sabah" bunu bacaracaq".         

Qeyd edək ki, komandaların cavab görüşü iyulun 17-də reallaşacaq və saat 22:00-da başlayacaq. "Sele" - "Sabah" matçını "İctimai TV" canlı yayımlayacaq. 

Mirağa

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.

Abunə Ol
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:238
embedMənbə:https://fanat.az
archiveBu xəbər 16 İyul 2025 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see309

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see309

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see306

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see302

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see280

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see279

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see277

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see276

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see260

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see252

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see250

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see238

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see236

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see234

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see224

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see216

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see216

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see210

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri