Icma.az
close
up
RU
Dəmir yolu qəzaları: Kimdir günahkar vətəndaş, yoxsa dövlət qurumları?

Dəmir yolu qəzaları: Kimdir günahkar vətəndaş, yoxsa dövlət qurumları?

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dəmir yolu nəqliyyatı dünyanın bütün qabaqcıl ölkələrində rahat, sürətli və ucuz nəqliyyat vasitəsi kimi mühüm əhəmiyyətə malikdir. Qatarların yalnız sərnişin deyil, həm də yük daşımaları baxımından önəmi hər ötən gün daha da artmaqdadır. Xüsusilə də, orta və uzaq məsafələrə yük daşınmaları baxımından qatarlar ən optimal nəqliyyat növü hesab edilir. Bu baxımdan Azərbaycanda dəmir yolu nəqliyyatının son illər sürətlə inkişaf etməsi, işğaldan azad edilmiş ərazilərə doğru genişlənməsi sevindiricidir. Təkcə bir faktı qeyd edək ki, bu ilin avqust ayında ADY-nin rayonlararası (şəhərlərarası) və şəhərətrafı qatarları ilə 651 min nəfərə yaxın sərnişin daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24 faiz çoxdur. ADY-nin sərnişindaşıma xidmətlərindən istifadə edən xarici turistlərin də sayı bu il keçən illə müqayisədə 38 faiz çox olub ki, bu da dəmnir yolu nəqliyyatına artan maraqdan xəbər verir. Lakin təəssüflər olsun ki, bəzən dəmir yolu xətlərində insan ölümü və ya yaralanması ilə nəticələnən qəzalar yaşanır ki, bu da böyük təəssüf doğurur.

Maraqlıdır, dəmir yollarında yaşanan bu cür üzücü olayların meydana çıxmasına səbəb nədir? Bu cür halların bir daha yaşanmaması üçün nə etmək lazımdır?

 “Böyüklərin etdiyi qayda pozuntuları yanında, uşaqlarınkı kölgədə qalır”

Mövzu ilə bağlı Moderator.az az-a açıqlama verən nəqliyyat məsələləri üzrə mütəxəssis, hüquqşünas Ərşad Hüseynov qeyd edib ki, bu sahədə vətəndaş məsuliyyətsizliyi yüksək səviyyədədir. Ekspert bildirib ki, uşaqlarla mnüqayisədə böyüklər daha çox qayda pozur ki, bu da təəssüf doğurur:

“Təəssüflər olsun ki, günümüzdə  dəmir yolu nəqliyyatında təhlükəsizliyə riayətlə bağlı həqiqətən də çox ciddi problemlər mövcuddur.  Bunun əsas səbəbi insanların hələ də bu məsələdə təhlükəsizlik qaydalarına əməl etməyin vacibliyini dərk etməməsi, bu qaydaları kobud şəkildə pozmasıdır. Bütün qəzalar, faciələr, arzuedilməz hallar məhz bunun nəticəsində meydana çıxır. Uşaqların dəmir yolu xətlərinin yaxınlığında oynaması, bu xətlərin arasında dolaşması, qatar yolunun üstünə çıxması son dərəcə narahatverici, daha doğrusu dəhşətli bir haldır. Valideynlər dəmir yolu nəqliyyatınn önəmi ilə yanaşı, onun nə qədər təhlükəli ola biləcəyi ilə bağlı uşaqları maarifləndirməli, onlara bu barədə ətraflı məlumat verməlidir. Ancaq təəssüflər olsun ki, baxıb görürük ki, böyüklər qayda pozuntusunu uşaqlardan qat-qat çox edir. Böyüklərin etdiyi qayda pozuntuları yanında uşaqlarınkı kölgədə qalır”.

Ekspert qeyd edib ki, heç bir halda dəmir yolu xətlərinin üzərindən keçmək olmaz:

“Vətəndaşlar bilməlidir ki, dəmir yolu xətlərindən mümkün qədər  - ən azı 10 metr məsafədə uzaqda olmaq lazımdır. Bu xətlərin üzərindən keçmək, onların arası ilə addımlamaq olmaz. Burada yeganə təhlükə yalnız qatarla təmas deyil. Bu xətlərdə gərginlik və s. də ola bilər. Yəni insanlar heç ummadıqları, ağıllarına belə gəlməyən təhlükə ilə qarşılaşa, sağlamlıqlarını və ya həyatlarını itirə bilərlər. Buna görə də insanların bu məsələyə daha çox diqqət yetirməsinə, təhlükəsizlik qaydalarına ciddi şəkildə riayət etməsinə ehtiyac var. Nə qədər ki, insanlar öz təhlükəsziliklərinə biganə yanaşır, dəmir yolu xətləri ilə bağlı təhlükənin miqyas və reallığını lazımınca dərk etmir, arzuedilməz olaylar da qaçınılmaz olacaq”.

Seymur ƏLİYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://moderator.az
archiveBu xəbər 09 Dekabr 2024 19:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see234

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see220

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see202

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see195

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see188

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see187

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see184

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see174

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see172

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see169

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see159

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see157

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see151

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see150

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri