Icma.az
close
up
RU
Dəmir Yumruq xəyanətkar şəbəkələrin də belini qırdı ANALİZ

Dəmir Yumruq xəyanətkar şəbəkələrin də belini qırdı ANALİZ

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ramiz Mehdiyevin qurduğu çirkin oyunun ən təhlükəli hissəsi isə "müxalifət" adlanan cinahla gizli simbioz əlaqələrdir

Ceyhun Məmmədov: Ramiz Mehdiyev, Əli Kərimli, Gültəkin Hacıbəyli və Cəmil Həsənli eyni zəncirin həlqələri kimi çıxış ediblər

"Bu gün gəldiyimiz tarixi mərhələdə artıq açıq şəkildə bəyan etmək lazımdır ki, akademik Ramiz Mehdiyev və onun illər boyu formalaşdırdığı, həm iqtidar daxilində, həm də müxalifət düşərgəsində kök salmış xəyanət şəbəkəsi sadəcə siyasi rəqib yox, həmdə dövlətə xəyanət etmiş mütəşəkkil qüvvədir. Ramiz Mehdiyev uzun illər Azərbaycan hakimiyyətində "ideoloji ata" rolunu oynayıb". 

Bu sözləri Sherg.az-a Millət vəkili Ceyhun Məmmədov deyib.

Deputat qeyd edib ki, zaman və faktlar onun qurduğu sistem dövlətin inkişafına deyil, şəxsi ambisiyaların və korporativ maraqların qorunmasına xidmət etdiyini göstərdi:

"O, dövlət idarəçiliyində ona verilən etimad və sədaqəti məhv edərək, sədaqət adı altında itaətkarlığı təbliğ edən bir mühit yaradıb. Lakin onun ən böyük xəyanəti idarəetmə ilə məhdudlaşmayıb. Mehdiyev, dövlətin milli təhlükəsizlik maraqlarına zidd olaraq, dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər, dövlətə xəyanət, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma ilə ittiham olunur. O, həmçinin ölkə daxilində süni siyasi gərginliklər yaratmaqda, islahatları bloklamaqda və Azərbaycanın beynəlxalq imicinə zərbə vurmaqla məşğul olurdu. Ramiz Mehdiyevin qurduğu bu çirkin oyunun ən təhlükəli hissəsi isə "müxalifət" adlanan cinahla gizli simbioz əlaqələrdir. Cəmiyyətə illərdir "barışmaz müxalifət" kimi təqdim olunan Əli Kərimli, Gültəkin Hacıbəyli və Cəmil Həsənli kimi fiqurlar, əslində, bu böyük ssenarinin aktyorlarıdır. Əli Kərimli uzun illərdir radikal ritorika ilə cəmiyyəti qütbləşdirməyə çalışsa da, real siyasi nəticə əldə edə bilməyib. Onun fəaliyyəti diqqətlə təhlil edildikdə və faktlar araşdırıldıqda, bu ritorikanın əslində Mehdiyevin “köhnə qvardiya”sının maraqlarına xidmət etdiyini anlamaq heç də çətin deyil. Onun radikallığı Mehdiyevə islahatçı qüvvələri zəiflətmək və sərt idarəçilik modelini əsaslandırmaq üçün lazım olan “xaos görüntüsü”nü təmin edirdi". 

Deputat Gültəkin Hacıbəylinin və Cəmil Həsənlinin də bir zamanlar dövlət strukturlarında və ya ona yaxın mövqelərdə çalışıb sonradan qəfil “radikal demokrat” obrazına bürünmələrinin təsadüfi olmadığını vurğulayıb: 

"Siyasi faktlar və analitik yanaşma göstərir ki, onların fəaliyyəti müstəqil iradəyə söykənmir. Bu fiqurlar, Ramiz Mehdiyevin siyasi sistemdə təsirini itirdiyi məqamlar üçün “xarici təzyiq” və “daxili narazılıq” görüntüsü yaratmaqda istifadə olunan alətlər kimi çıxış ediblər. Bu şəxslərin Ramiz Mehdiyevlə əlaqəsi təkcə siyasi taktika deyil, xalqın etimadına və dövlətin strateji hədəflərinə qarşı yönəlmiş bəlli bir koordinasiyanın və məqsədli fəaliyyətin nəticəsi olan birgə xəyanətdir. Bu gün Azərbaycan cəmiyyəti həqiqətlə üz-üzədir. Biz görürük ki, illərdir davam edən "iqtidar-müxalifət" qarşıdurmasının bir qismi, əslində, eyni mərkəzdən idarə olunan saxta bir oyun imiş. Ramiz Mehdiyev "boz kardinal" olaraq dövlətin resurslarını sümürərkən, adlarını çəkdiyim bu "müxalifətçilər" də həmin sistemin dolayısı ilə qoruyucuları olublar. Onlar xalqın enerjisini boş şüarlarla tükədərək, əsl demokratik inkişafa və milli birliyə mane olublar. Bu gün siyasi arenada gerçəklərin üzə çıxdığı bir zamanda aydın olur ki, Ramiz Mehdiyev, Əli Kərimli, Gültəkin Hacıbəyli və Cəmil Həsənli eyni zəncirin həlqələri kimi çıxış ediblər. Nəticədə onların hər biri, öz rollarına uyğun olaraq, Azərbaycan dövlətçiliyinə qarşı cinayət ortağıdırlar. Əlbəttə artıq tarix bu səhifəni bağlayır. İndi zaman, bu xəyanət şəbəkəsini tam ifşa etmək, onları siyasi tarixin arxivinə göndərmək və Azərbaycanın gələcəyini bu kölgələrdən təmizləmək zamanıdır. Hazırda hər birimiz fəxr hissi ilə ədalətin bərqərar olmasına, müasir Azərbaycanın öz tarixinin ən şərəfli və qüdrətli dövrünü yaşamasına şahidlik edirik. Ölkəmiz artıq dünyada söz sahibi olan, tam müstəqil, suveren və demokratik hüquqi dövlətdir. Bu uğurların təməlində isə Ulu Öndər Heydər Əliyevin ideyaları və bu ideyaları qətiyyətlə davam etdirən Prezident İlham Əliyevin uzaqgörən, müdrik və milli maraqlara söykənən siyasəti dayanır".

Parlamentari, Prezident İlham Əliyevin "Dəmir Yumruğu"nun təkcə işğalçı düşmənin başını əzmədiyini, eynu zamanda dövlətin daxilində kök salmağa çalışan, xalqın birliyinə qəsd edən xəyanətkar şəbəkələrin belini qırdığını söyləyib:

"Dövlət başçımızın hər zaman vurğuladığı kimi, "Azərbaycanın taleyini yalnız Azərbaycan xalqı həll edir". Bu gün Azərbaycan xalqı öz liderinin ətrafında sıx birləşərək əmindir ki, dövlətimizə uzanan hər bir xəyanət əlini liderimiz kəsəcək və Azərbaycanın inkişafına heç bir qüvvənin mane olmasına icazə verməyəcək. Uca Allah müstəqil Azərbaycanımızı, onun memarı olan dövlətimizi və Müzəffər Ali Baş Komandanımız Prezident İlham Əliyevi qorusun!".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://sherg.az
archiveBu xəbər 08 Dekabr 2025 18:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri