Icma.az
close
up
RU
“Dəmir yumruq”dan sonra “qızıl əllər”

“Dəmir yumruq”dan sonra “qızıl əllər”

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Quruculuq torpağa vurulan sahiblik möhürüdür

Tarixi həqiqətlər, sadəcə, arxivlərdə və ya xəritələrdə məskunlaşmır. Onlar yaşamaq, nəfəs almaq və özlərini təsdiq etmək üçün torpağa, daşa, tikiliyə və insan taleyinə hopmalıdır. Həqiqətin ali təsdiqi isə onun yaradıcı gücündə, viranəlikdən həyat cücərtmək qüdrətində təzahür edir. Bu kontekstdə Zəngilan rayonunun Məmmədbəyli və Ağalı kəndlərinin yenidən bərpası və doğma sakinlərə mənzillərin açarlarının təqdim edilməsi Azərbaycanın postmünaqişə dövrü üçün milli varlıq doktrinasının formalaşdığı müstəsna aktdır. Prezident İlham Əliyevin mərasimdəki “Ermənilər viran qoyub bizim dədə-baba torpaqlarımızı, biz isə qurub-yaradan xalqıq... Biz – torpaqların sahibləri qayıtmışıq və burada əbədi yaşayacağıq” bəyanatı yeni geosiyasi reallığın mənəvi-əxlaqi və sivil təməllərini hörür.

Prosesin təməlində dayanan əsas prinsip dağıdıcılıq və quruculuq psixologiyaları arasındakı fərqdir. Otuzillik işğal dövründə Qarabağ və Şərqi Zəngəzur torpaqlarında həyata keçirilən məhvetmə siyasəti təsadüfi hərbi əməliyyatların nəticəsi deyildi. Bu siyasət torpağa sahib çıxmaq iddiasında olanların, əslində, həmin torpağa nə qədər yad olduğunun, onun tarixi-mədəni ruhunu heç vaxt anlamadığının və anlamayacağının maddi sübutu idi. Şəhərlərin və kəndlərin infrastrukturunun məhv edilməsi, evlərin sökülərək tikinti materiallarının daşınması, meşələrin qırılması və yandırılması, çayların çirkləndirilməsi ilə müşayiət olunan ekoloji terror hərbi cinayət çərçivəsindən kənara çıxırdı. Həmin əməllər torpağın yaddaşını silmək, ərazinin mənəvi aurasını məhv etmək məqsədi güdən düşünülmüş kultursid və urbisid aktları idi. Ağdam şəhərinin “Qafqazın Xirosiması” adlandırılması, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan kimi şəhərlərin viran qoyulması, həmin ərazilərə nəzarət edənlərin quruculuq potensialından tamamilə məhrum olmasının, təbiət etibarilə yad ünsür kimi çıxış etməsinin ən bariz göstəricisi idi. Torpağa sahiblik iddiasında olan qüvvə torpağı çiçəkləndirər, abadlaşdırar, gələcək nəsillər üçün daha da gözəlləşdirər. Torpağa müvəqqəti nəzarəti fürsət bilən işğalçı isə ondan maksimum dərəcəcə istismar edərək talan edər, dağıdar və məhv edər. Məhz Prezident İlham Əliyevin “ermənilər viran qoyub” ifadəsi tarixi reallığın lakonik və dəqiq diaqnozudur.

Bu dağıdıcılıq aktının qarşısına qoyulan “biz isə qurub-yaradan xalqıq” antitezisi isə Azərbaycan dövlətinin və xalqının sivil missiyasını ifadə edir. Qələbədən dərhal sonra, hələ ərazilərin minalardan tam təmizlənmədiyi şəraitdə başlanan misli görünməmiş bərpa-quruculuq işləri, sadəcə, infrastrukturun yenilənməsi layihəsi deyil. Həmin işlər Azərbaycan xalqının genetik kodlarında mövcud olan yaratmaq, qurmaq, abadlaşdırmaq eşqinin, həyat enerjisinin təntənəsidir. Ağalı kəndində tətbiq edilən “ağıllı kənd” konsepsiyası, Məmmədbəyli kəndinin yenidən qurulması, Füzuli və Zəngilanda beynəlxalq hava limanlarının qısa müddətdə tikilib istifadəyə verilməsi, Laçında yeni aeroportun inşası, onlarla şəhər, qəsəbə və kəndin baş planlarının hazırlanması, yüzlərlə kilometr yeni yolların çəkilməsi, su elektrik stansiyalarının tikintisi, bütün kommunikasiya xətlərinin düzəldilməsi yenidən doğulan sivilizasiyanın möhtəşəm mənzərəsini yaradır. Diqqətçəkən məqam odur ki, bərpa prosesi keçmişin təkrarı anlamına gəlmir. Quruculuq işləri ən müasir texnologiyalar, “yaşıl enerji” konsepsiyaları, dayanıqlı inkişaf prinsipləri əsasında aparılır. Bu, o deməkdir ki, Azərbaycan torpaqlarına qayıdaraq təkcə keçmişi bərpa etmir, eyni zamanda, gələcəyi qurur. Məscidlərin tikilməsi, tarixi abidələrin bərpası isə quruculuğun təkcə maddi, həm də mənəvi-ruhani ölçülərini tamamlayır. Şuşada Vaqifin məqbərəsinin, Bülbülün ev-muzeyinin, Üzeyir Hacıbəylinin heykəlinin bərpası, Saatlı, Aşağı və Yuxarı Gövhər Ağa məscidlərində aparılan təmir-bərpa işləri, Ağdam Cümə məscidinin yenidən ucaldılması torpağın yaddaşının, ruhunun bərpasıdır. Beləliklə, Prezidentin nitqindəki quruculuq fəlsəfəsi dağıdıcılıqla müqayisədə mənəvi, intellektual və bəşəri üstünlüyün tam nümayişidir.

Dövlət başçısının formulyasiyasındakı ikinci analitik qat səbəb-nəticə əlaqəsinin dəqiq müəyyən edilməsidir: “Biz düşməni torpaqlarımızdan qovmuşuq. İndi də doğma torpağımızda qurub-yaradırıq”. Bu cümlə quruculuq missiyasının əsas şərtini suverenliyin tam bərpasını ön plana çıxarır. Qurub-yaratmaq üçün, ilk növbədə, torpağın sahibi olmaq, ərazi üzərində tam nəzarəti təmin etmək lazımdır. Otuz il davam edən danışıqlar prosesinin səmərəsizliyi, beynəlxalq hüququn işləməməsi şəraitində ölkəmiz hərbi-siyasi yolla tarixi ədaləti və ərazi bütövlüyünü bərpa edərək, eyni zamanda, quruculuq haqqını da geri qaytardı. Düşmənin işğal etdiyi ərazilərdən qovulması torpaqların gələcək taleyi ilə bağlı qərar vermək səlahiyyətini onun əsl sahibinə qaytardı. Bu, gücün və ədalətin vəhdətinin təcəssümüdür. Güc olmadan ədaləti bərpa etmək mümkün olmadığı kimi, ədalətli məqsəd olmadan güc tətbiqi legitimliyini itirir.

Prezidentin müraciətinin kulminasiya nöqtəsi isə sahiblik hüququnun və əbədi yaşamaq iradəsinin bəyan edilməsidir: “Yəni biz - torpaqların sahibləri qayıtmışıq və burada əbədi yaşayacağıq”. “Sahib” anlayışı hüquqi mülkiyyət terminindən daha dərin, metafizik məna daşıyır. Torpağın sahibi kökləri ilə həmin torpağa bağlı olan, əcdadlarının məzarı orada olan, folkloru, musiqisi, memarlığı həmin torpağın ruhundan qidalanan xalqdır. Azərbaycan xalqının Qarabağa və Şərqi Zəngəzura sahibliyi beynəlxalq hüququn təsbit etdiyi gerçəklik olmaqla yanaşı, həm də minilliklərlə formalaşmış tarixi, mədəni və mənəvi reallıqdır. “Qayıtmışıq” kəlməsi millətin tarixi yaddaşında onun köklü bağlılığını qıra bilmədiyini vurğulayır.

“Burada əbədi yaşayacağıq” ifadəsi isə gələcəyə yönəlmiş strateji and, milli iradənin ən yüksək səviyyədə bəyanıdır. Həmin ifadə bir neçə mühüm mesajı ehtiva edir. Birincisi, bu, regionda yaranmış yeni reallıqların dönməz və müzakirə mövzusu olmadığını bütün tərəflərə bəyan edir. Azərbaycan tarixi torpaqlarına birdəfəlik qayıtmışdır və onun suverenliyinə və ərazi bütövlüyünə hər hansı gələcək təhdidin qarşısı qətiyyətlə alınacaqdır. İkincisi, ərazilərimizə qayıdan insanlara, bütün Azərbaycan xalqına dövlət təminatıdır. Əbədi yaşamaq üçün güclü ordu, dayanıqlı iqtisadiyyat, təhlükəsiz mühit yaradılır və yaradılacaqdır. Üçüncüsü, gələcək nəsillərə ünvanlanmış vəsiyyətdir. Torpaqlar əsrlər boyu qorunacaq və daha da çiçəkləndiriləcək müqəddəs Vətəndir.

Prezident İlham Əliyevin Zəngilanda səsləndirdiyi fikirlər yeni dövrün milli ideyasının, milli fəlsəfəsinin mükəmməl xülasəsidir. Həmin fəlsəfənin mərkəzində dağıdıcılığa qarşı quruculuq, barbarlığa qarşı sivilizasiya, yalançı tarixə qarşı həqiqi sahiblik, müvəqqəti iddiaya qarşı əbədi yaşamaq haqqı dayanır. Azərbaycan əzəli torpaqlarımızda qurub-yaratmaq, yaşamaq və əbədi qalmaq kimi müqəddəs haqqını bərpa etmişdir. Zəngilanın simasında dirçələn Qarabağ və Şərqi Zəngəzur xalqın sarsılmaz iradəsinin, tükənməz quruculuq enerjisinin və torpağına əbədi sahiblik eşqinin canlı abidələridir. Bu abidə əsrlər boyu gələcək nəsillərə kimin əsl sahib, kimin isə gəldi-gedər olduğunu xatırladacaq.

Yusif BAĞIRZADƏ,
politoloq

Hazırda Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işlərinin miqyası o qədər böyükdür ki, bütün fəaliyyəti sadalamaq mümkün deyil. Görülən işlər, sözün əsl mənasında, heyrət doğurur. Çünki Ermənistanın 30 ilə yaxın işğal dövründə viran qoyduğu yurd yerlərimiz tamamilə yenidən qurulur.

44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı böyük Zəfərdən dərhal sonra Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işlərinə başlandı. Azad olunmuş yaşayış məntəqələrinin bərpası və yenidən qurulması dövlətin əsas vəzifəsinə çevrildi. Yerlə bir edilmiş şəhər və kəndlərdə yol, elektrik enerjisi, su, rabitə, təhsil, səhiyyə, mədəniyyət və digər zəruri infrastrukturların yaradılması üçün görülən işlər gündən-günə sürətləndi. Qısa zaman kəsiyində bu həcmdə işlərin görülməsi, insanların öz yurdlarına qayıdışının təşkili olduqca böyük səy, iradə və külli miqdarda maliyyə vəsaiti tələb edir. Ölkə başçısının qətiyyəti və Azərbaycanın imkanları indi xəyalını qurduğumuz işləri gerçəyə çevirməyə imkan verib.

Bütün dünya, işğaldan azad edilmiş ərazilərimizə səfər edən hər kəs ermənilərin “torpaqları viran qoyması”nın əksinə olaraq, azərbaycanlıların “qurub-yaradan” xalq olduğunu, öz torpaqlarına necə sahib çıxdığını əyani şəkildə görür və bunu təqdir edir. Dövlət başçısının işğaldan azad olunmuş rayonlara səfərləri zamanı həmin ərazilərdə təməllərini qoyduğu strateji obyekt və sənaye müəssisələri, eləcə də yaşayış məhəllələri həm iqtisadi, həm də dünyaya bir mesaj olaraq siyasi cəhətdən çox böyük əhəmiyyət kəsb edir.

Yusif ŞƏRİFZADƏ
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Oktyabr 2025 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see350

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see340

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see331

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see322

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see317

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see311

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see303

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see292

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see285

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see281

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see254

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see238

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see234

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see225

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see222

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see217

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see202

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see193

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see190

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri