Icma.az
close
up
RU
“Qızıl əllər”in keramik məharəti

“Qızıl əllər”in keramik məharəti

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Usta Ramin iri kafelləri səliqə ilə suvanmış divar boyu aramla düzürdü. Özünün icazəsi ilə bir neçə dəqiqə onun işini müşahidə edirdim.

... Budur, o, lazer mişarla dəqiq ölçüdə kəsdiyi nazik uzun kafel parçasını divara vurmağa hazırlaşır. Əvvəlcə divara sürtdüyü yapışqanı nazik dişli daraqla hamarlayır. Sonra kafeli yapışdırıb kiçik çəkiclə ahəstəcə döyəcləyir. Kafel parçasını yerində otuzdurandan sonra işindən razı halda başını tərpədir.

Həmin an kənd toylarında nağarasının iplərini çəkərək zərb alətinin səsini nizamlayan musiqiçilər yadıma düşdü. Ramin də həmin musiqiçilər kimi, həvəslə divara düzdüyü kafellərin sanki hər birinin səsini duyur və eşidirdi.

– Ramin, zəhmət olamasa, de görək necə olur ki, sən şəhərdə minlərlə kafel ustasının arasında seçilərək hazırda ən yaxşılardan biri sayılırsan?

– Buna bənzər sualı mənə sizin Fikrət müəllim (XQ-nin texniki direktoru–red) də verib. Məncə, burada elə sirr yoxdur. 19 ildir ki, bu sənətdə (usta gördüyü işi sənət adlandırır) hər bir xırda işi belə həvəslə, məsuliyyət hissilə görürəm.

Cavabı bir daha dəqiqləşdirmək istəyirik:

– Ramin sən “Facebook”da böyük populyarlıq qazanan “Qızıl əllər” ustalar qrupunun rəhbərisən. Orada müştərilər sənin işlərinə çox yüksək qiymət verirlər. Axı bu boyda uğur, populyarlıq qazanmaq heç də asan deyil...

– Əlbəttə, gərək işində, sözündə, əməlində düz olasan. Mən hətta sifariş götürdüyüm işlərin keyfiyyətinə müştərilərdə əminlik yaransın deyə videoya çəkərək onlara təqdim edirəm. Bəzi işləri sosial şəbəkələrdə də yerləşdirirəm. Yəni hər şey göz qabağında olur.

Söhbət zamanı öyrənirik ki, usta Ramin Mehrəliyev 1981-ci ildə Şamaxı rayonunun Məlhəm kəndində dünyaya göz açıb. Atası Təsəlli kişi gözəl dülgər kimi ad çıxarıb. Bu gün də atası böyük oğlu Eminlə birlikdə dülgərliklə məşğuldur.

Amma Ramin onlardan fərqli olaraq keramika sənətini seçib. Bunun üçün FAB (“Faydasını Alanlar Bilər”) şirkətinin nəzdində fəaliyyət göstərən peşə dərnəyində 3 ay təcrübəli ustalardan dərs alıb. Ondan da əvvəl isə bir müddət Moskvadakı kafel zavodlarının birində çalışıb.

Ramin artıq 19 ildir ki, paytaxtda şəxsi evlərdə, ofislərdə kafel, metlax düzməklə məşğuldur. Yaxşı usta olduğu üçün müştəriləri də çoxdur. Allahın ona halal zəhməti müqabilində lütf etdiyi ruzidən çox razıdır. Deyir ki, bu il ailəsi üçün çox uğurlu il olub. Böyük qızı Fərqanə qəbul imtahanlarından 530 balla, ödənişsiz Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kimya mühəndisliyi fakültəsinə daxil olub. İkinci qızı Aysel isə indi 11-ci sinifdə oxuyur, o da dərslərindən əla qiymətlər alır. Ailənin sonbeşiyi Cavidin isə 11 yaşı var, idmançıdır, məktəblilər arasında üzgüçülük üzrə milli yığma komandanın üzvüdür.

Ramin gülərüz, mehriban insandır. Deyir ki, həyat yoldaşı Pərvanə xanım onu hər gün Müşfiqabaddakı həyət evində hazırladığı dadlı təamlarla işə yola salır. Və hər axşam ailə üzvləri onu böyük səbirsizliklə gözləyirlər.

Sonda Ramin ona xas olan ürəkaçıqlığı ilə dedi:

– İşimdən razıyam, övladlarım da, şükür Allaha, başımı uca edirlər. Bundan artıq insana nə lazımdır ki?

Məsaim ABDULLAYEV,
Cavid QAÇAYEV (foto),
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Oktyabr 2025 10:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see399

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see383

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see313

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see308

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see233

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see217

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see215

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see213

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see206

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see203

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see193

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see190

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see188

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see182

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see181

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see180

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see178

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see165

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri