Icma.az
close
up
RU
Dəmiryol Muzeyində “Qara qızılın saldığı dəmir yollar” sərgisi FOTO

Dəmiryol Muzeyində “Qara qızılın saldığı dəmir yollar” sərgisi FOTO

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Azərbaycan Dəmir Yolları” QSC və “Balakhani Operating Company” LTD-nin təşkilatçılığı ilə Dəmiryol Muzeyində “Qara qızılın saldığı dəmir yollar” adlı fotosərginin açılışı olub.

Modern.az xəbər verir ki, sərgi XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanda neft və dəmir yolları arasında formalaşan qarşılıqlı əlaqəni əks etdirən nadir arxiv fotolarını təqdim edir. Bu fotoların əksəriyyəti ilk dəfədir ki, ictimaiyyətə nümayiş olunur.

Tədbirdə Azərbaycan Dəmir Yolları (ADY) QSC-nin sədri Rövşən Rüstəmov, ADY-nin əməkdaşları, Milli Məclisin üzvləri və digər qonaqlar olub.

Əvvəlcə Azərbaycanda dəmir yol nəqliyyatının 145 illik  tarixini, ölkənin iqtisadi və sosial inkişafında oynadığı mühüm rolu, eləcə də bu gün Qarabağda çəkilən yeni dəmir yolu xətlərinin Böyük Qayıdış prosesinin ayrılmaz hissəsi olmasını əks etdirən videoçarx nümayiş etdirilib.

Çıxış edən “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyeva ADY ilə qarşılıqlı layihələrindən və bunun əhəmiyyətindən bəhs edib.

Deputat Vüqar Rəhimzadə ölkənin iqtisadi inkişafında dəmir yollarının önəmindən danışıb: “145 il ərzində Azərbaycan Dəmir Yolu kifayət qədər strateji quruma çevrilib və bu gün də öz üzərinə düşən məsuliyyətin üzərindən gələ bilir”.

O qeyd edib ki, ən qısa zamanda Zəngəzur dəhlizi ilə Naxçıvana getmək mümkün olacaq. “Bununla da biz nəinki Naxçıvan, Türkiyənin Qars şəhərinə və dünyanın başqa bölgələrinə də gedə biləcəyik” - deyə deputat vurğulayıb.

Tədbirdə həmçinin “Balakhani Operating Company LTD"nin rəhbəri Rövşən Rzayev Azərbaycan Dəmir Yolları ilə bağlı xatirələrindən və Zəngəzur dəhlizinin önəmindən danışıb.

“Neft Azərbaycan dəmir yollarını saldı, Dəmir Yolları isə Azərbaycan neftinin daşınmasında, dünyaya çatdırmadında xüsusi rolu olub” - bu sözləri isə ADY-nin Kommunikasiya departamentinin rəhbəri Turxan Əhmədov bildirib.

O qeyd edib ki, Azərbaycan neftini etibarlı və təhlükəsiz şəkildə daşımağa ehtiyac var idi - bu da təbii ki dəmir yolları ilə mümkün oldu.

“Bu sərgi sadəcə dəmir yollarının neftlə tamamlayan tədbir deyil, həmçinin bütün tarixin vizual hekayəsidir” - deyə T. Əhmədov bildirib.

Qeyd edək ki, şəkillər 10 gündən sonra Sabunçu Dəmiryol Vağzalında da sərgilənəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Oktyabr 2025 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see213

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see138

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see132

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see132

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri