Icma.az
close
up
RU
“Qara qızılın saldığı dəmir yollar” fotosərgisi Sabunçu vağzalına köçdü Foto

“Qara qızılın saldığı dəmir yollar” fotosərgisi Sabunçu vağzalına köçdü Foto

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Sabunçu Dəmiryol Vağzalının sərnişinləri növbəti günlər ərzində buradan keçərkən “Qara qızılın saldığı dəmir yollar” fotosərgisi ilə də tanış ola biləcəklər.

“Qafqazinfo” xəbər verir ki, vağzalın üst mərtəbəsində açılan sərgi Azərbaycanın sənaye tarixində mühüm yer tutan iki sahənin – neft və dəmir yollarının bir-birini tamamlayan inkişaf yolunu nümayiş etdirir.

“Azərbaycan Dəmir Yolları”nın bu il qeyd edilən 145 illik yubileyinə həsr edilən fotosərgi “Balakhani Operating Company” ilə birgə təşkil edilib. İzləyiciləri vizual tarixi ekskursa aparan sərgi xatırladır ki, Azərbaycanda XIX əsrin sonlarında başlanan neft hasilatı nəqliyyat sisteminin inkişafını da zəruri edib. Buna görə də 1880-ci ildə ilk dəmir yolu – Bakı – Sabunçu – Suraxanı xətti istifadəyə verilib. Bu qatarlar dünyada ilk dəfə nefti vaqon-sisternlərlə daşıyaraq tarix yazıblar. Həmin dəmir yolları təkcə neft deyil, həm də sərnişinləri daşıyırdı: Abşeronun mədənlərindən şəhərə və ya əksinə üz tutan minlərlə neftçi və onların ailələrini.

Rəsmi açılış tarixi Sabunçu vağzalı - bugünkü Dəmiryol Muzeyində baş tutan fotosərgidə çıxış edən “Balakhani Operating Company” hasilat şirkətinin prezidenti Rövşən Rzayev vurğuladı ki, neftçilərlə dəmiryolçuların peşəkar yolları və fəaliyyəti bu günə qədər sıx bağlıdır. Hətta bu gün Sabunçu və Suraxanı rayonlarındakı mədənlərdə çalışan əməkdaşların 10%-dan çoxu işə qatarla gəlib gedirlər.

“Qara qızılın saldığı dəmir yollar” fotosərgisində nümayiş etdirilən tarixi fotoların əksəriyyəti Milli Arxivdən alınaraq ilk dəfə izləyicilərə təqdim edilir.



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:78
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 03 Noyabr 2025 18:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see151

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see149

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see144

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri