Icma.az
close
up
RU
dəmiryol xətti nə vaxt reallaşacaq? KONKRET

dəmiryol xətti nə vaxt reallaşacaq? KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Cənubi Qafqazda nəqliyyat-kommunikasiya xətlərinin açılması ilə bağlı müzakirələr fonunda TRIPP (və ya “Tramp marşrutu”) layihəsi yenidən diqqət mərkəzinə çevrilib. Azərbaycan və Ermənistan arasında dəmir yolu əlaqəsinin bərpasını nəzərdə tutan bu təşəbbüs həm iqtisadi inteqrasiya, həm də regional sabitlik baxımından mühüm əhəmiyyət daşıyır. Lakin layihənin icrası geosiyasi proseslər, texniki hazırlıq və tərəflər arasında siyasi razılaşmalar kimi bir sıra amillərdən asılı olaraq dəyişkən xarakter daşıyır.

Bəs TRIPP layihəsi çərçivəsində dəmir yolu əlaqəsinin açılması nə vaxt reallaşa bilər və bu proses hansı əsas mərhələlərdən asılıdır?

Bu barədə KONKRET.az-a açıqlama verən politoloq Taleh Əliyev bildirib ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda tərəflər arasında əldə olunan sülh razılaşmasından sonra TRIPP layihəsinin icrası aktiv mərhələyə daxil olub.

“ABŞ və Ermənistan arasında layihənin tikintisi və idarə olunması üçün xüsusi şirkətin yaradılması məsələsi gündəmə gəlib və bu şirkətdə səhmlərin 76 faizi ABŞ, 24 faizi isə Ermənistan tərəfinə məxsusdur.

ABŞ investorlarının Ermənistana səfərləri çərçivəsində dəmir yolu, avtomobil yolu və digər kommunikasiya xətlərinin çəkilməsi ilə bağlı genişmiqyaslı işlərə start verilib”.

Eyni zamanda, Azərbaycan tərəfinin bu istiqamətdə daha sürətli irəlilədiyini vurğulayan Taleh Əliyev xatırladıb ki, Prezident İlham Əliyev də öz açıqlamalarında ölkə ərazisində dəmir yolu və avtomobil yolu infrastrukturunun böyük ölçüdə tamamlanmaq üzrə olduğunu bildirib.

“İlkin mərhələdə Ermənistan ərazisində tikinti işlərinin 2028-ci ilə qədər başa çatdırılması planlaşdırılsa da, regionda baş verən geosiyasi proseslər layihənin tempinə təsir göstərir. Xüsusilə, fevralın 28-də ABŞ və İsrail ilə İran arasında başlayan hərbi gərginlikdən sonra Ermənistanda layihə üzrə işlərdə müəyyən ləngimə müşahidə olunur.

Təbii ki, tikintinin sürəti və ümumilikdə layihənin taleyi müəyyən mənada regiondakı vəziyyətdən, xüsusilə də İran ətrafında baş verən proseslərdən asılı olacaq. Buna baxmayaraq, bu yolun yaxın gələcəkdə istismara verilməsi qaçılmazdır”, – deyə o, əlavə edib.

Politoloq layihənin sürətlənməsinə təsir edə biləcək digər mühüm amil kimi Ermənistanda keçiriləcək parlament seçkilərini də qeyd edib.

“İyun ayında baş tutacaq seçkilərdən sonra mövcud hakimiyyətin yenidən formalaşması layihənin icrasına əlavə təkan verə bilər.

Bundan əlavə, artıq Azərbaycan üzərindən Ermənistana tranzit yüklərin daşınmasına icazə verilməsi və Azərbaycan neft məhsullarının Ermənistana satışı kimi addımların atılması iki ölkə arasında iqtisadi əməkdaşlığın genişlənməsinə xidmət edir. Bu isə öz növbəsində TRIPP dəhlizinin reallaşmasını daha da aktuallaşdırır”.

Nəticə etibarilə, layihənin 2028-ci ilə qədər tamamlanması ilkin plan kimi qalsa da, həm sürətlənmə, həm də ləngimə ssenariləri istisna edilmir. TRIPP dəhlizinin tam istismara verilməsi isə əsasən siyasi sabitlik, regional təhlükəsizlik və texniki hazırlıq səviyyəsindən asılı olacaq.

Aynurə İsmayıl
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://konkret.az
archiveBu xəbər 14 Aprel 2026 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see558

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see513

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see374

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see277

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see256

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see248

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see228

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see223

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see221

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see220

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see210

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see204

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see200

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see198

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see190

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see190

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see189

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri