“Demişdi ki, ana, mən şəhid olacağam, sən də “Vətən sağ olsun” deyəcəksən...” Video
Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Oğlum anasına demişdi ki, ana mən şəhid olacağam, sən də Vətən sağ olsun deyəcəksən...”
Yeniavaz.com “TRT Haber”ə istinadla xəbər verir ki, bunu Gürcüstan-Azərbaycan sərhədində hərbi yük təyyarəsinin qəzaya uğraması nəticəsində şəhid olan 27 yaşlı baş çavuş Berkay Karacanın atası Nedim Karaca bildirib.
O, qəzadan bir gün əvvəl oğlu ilə telefonla danışdığını və oğlunun onlara Azərbaycandan hədiyyə aldığını dediyini bildirib.
“Oğlum mənə dedi ki, “ata, sən çayı çox sevirsən, sənə çay aldım”. Sonra da dedi ki, “bir qrup getdi, sonra da biz gələcəyik”. Amma oğlum gələ bilmədi”, - şəhid atası qeyd edib.
N.Karaca özünün də təqaüddə olan hərbçi olduğunu, oğlunun da onun arxasınca getdiyini bildirib.
Oğlunun peşəsini çox sevdiyini bildirən N. Karaca: “Oğlum peşəsini çox sevirdi. Səkkiz il xidmət etdi. Bu il təyinatı olmalı idi. Dəfələrlə deyirdi ki, ata, təyinatımı istəyəcəyəm. Sənə yaxın gələcəyəm. Bandırmaya gələcəyəm. Ancaq oğlum gələ bilmədi”, - deyib.
Qeyd edək ki, noyabrın 11-də Azərbaycandan qalxan Türkiyənin C-130 hərbi yük təyyarəsi Gürcüstanda qəzaya uğrayıb. Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayaraq, təyyarənin göyərtəsindəki 20 hərbçinin şəhid olduğunu açıqlayıb.
Bu mövzuda digər xəbərlər:Şəhid atası: “Vətən üçün mən də döyüşüb, şəhid olaram” VİDEO
12 Noyabr 2025 11:26
“Bu vətən üçün mən də şəhid olardım” Şəhid atası
12 Noyabr 2025 12:43
Şəhid anası: Vətən sağ olsun deyib övladlarımızı cəbhəyə yolladıq
06 Oktyabr 2025 11:43
Vətən sağ olsun!
24 Sentyabr 2025 16:37
Baxış sayı:77
Bu xəbər 13 Noyabr 2025 16:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















