Icma.az
close
up
RU
Menu

İsrail İran müharibəsi necə bitəcək? İLGİNC SSENARİ KONKRET

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndə heyəti UNESCO nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 2005 ci il Konvensiyası”na Tərəf Dövlətlərin Konfransının 10 cu sessiyasında iştirak edir

KDÇ: “Çelsi”dən uğurlu start

İsrail İran müharibəsi daşları yerindən tərpədə bilər Proqnoz

“Astara”da Belarus vətəndaşlarının təxliyəsi həyata keçirilib

“Bu gecə olacaqlar əsrlər boyu unudulmayacaq” İran

Yadplanetlilərin işğalı: Kolumbiyada səmada sirli top tapıldı

Sumqayıtda maşın iki qadını vurdu, biri öldü

“Qalatasaray”ın istədiyi qapıçı qərarını verdi

MOSSAD ın zabit və komandirləri öldürüldü İran

Sabah ın rəqibi Zaqreb Dinamo sunun futbolçusu ilə gücləndi RƏSMİ

Ürəyindən güllələnərək qətlə yetirilən Vüsalın FOTOSU

Mendeleyev cədvəlindəki bu element insanı təkrar gəncləşdirir SİRLƏR AÇILDI

Prezident Ərdoğanın İran ilə İsrailə təklifi

Niyə göbələkdən ZƏHƏRLƏNİRİK?

Avropa Komissiyasının sədri Trampla G7 sammitində görüşü barədə danışıb

Ərdoğan: Türkiyə İran İsrail müharibəsi ilə bağlı öhdəsinə düşən hər şeyi etməyə hazırdır

“Qlobal imperializmin pulla tutulan əsgərləri...” Kem Çen In İsraili hədələdi

Sərhədlərin bağlı saxlanılması: Bu uzaqgörən addımın milli təhlükəsizlik baxımından əhəmiyyəti indi daha aydın anlaşılır TƏHLİL

1 2 günə İran İsraillə anlaşacaq “Ölkə daxilində isə maraqlı proseslər...”

Demokratiya döyüşməli, yoxsa düşünməlidir?

Demokratiya döyüşməli, yoxsa düşünməlidir?

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Son dövrlər Avropa siyasi leksikonunda diqqətçəkən və eyni zamanda, narahatlıq doğuran bir anlayış tez-tez səslənməyə başlayıb: “döyüşkən demokratiya”. Termin ilk baxışda özündə ziddiyyət daşıyır. Axı burada demokratiya – sülhün, dözümlülüyün, fikir müxtəlifliyinin, hüquq və azadlıqların təcəssümü kimi təqdim olunmur. Necə ola bilər ki, sülhsevər və liberal mahiyyət daşıyan bir sistem “döyüşkən” – yəni aqressiv, repressiv və müdafiə yönlü bir forma alır?

Məsələ ondadır ki, Avropanın aparıcı siyasi dairələrində – xüsusilə də, liberal elita içərisində – bu anlayış artıq təkcə nəzəri diskursdan ibarət deyil. O, praktik siyasi yanaşma, ideoloji silah və bəzən də hakimiyyətin qorunması üçün alət kimi ön plana çıxır. Konsepsiya iddia edir ki, demokratiya yalnız o halda yaşaya və davam edə bilər ki, öz düşmənlərinə qarşı sərt davransın. Yəni, demokratik sistem – paradoksal şəkildə – bəzi fikir axınlarına, təşkilatlara və siyasi partiyalara azadlıq tanımamaqla özünü qoruyacaq. Bu yanaşmanın əsas fəlsəfəsi belə formalaşdırılır: “Azadlıq düşmənlərinə azadlıq vermək olmaz”. Məhz bu arqument üzərində “döyüşkən demokratiya” ideyasını müdafiə edənlər hüquqi və siyasi məhdudiyyətləri əsaslandırırlar. Sosial şəbəkələrin senzurasından tutmuş, sağçı-populist partiyaların kənarlaşdırılmasına, bəzi medianın susdurulmasına qədər atılan addımlar bu anlayışın praktik nümunələri kimi ortaya çıxır.

Bu, doğrudan da, demokratiyanın qorunmasıdır, yoxsa liberalizm adı altında yeni ideoloji avtoritarizmin formalaşması? Bəlkə bu anlayış azad cəmiyyətlərin öz prinsiplərini inkar edərək, daxili və xarici müxalifətə qarşı yeni repressiv alətlər formalaşdırmaq cəhdidir? Bütün bu suallar indi Avropanın siyasi gələcəyi və demokratik institutların mahiyyəti ilə bağlı fundamental müzakirələrə ehtiyac olduğunu göstərir. Çünki demokratiyanın “döyüşkən” forma alması bütöv bir idarəetmə fəlsəfəsinin dəyişməsi deməkdir. Bu dəyişikliyin dalğası təkcə Avropanın daxilində deyil, onun qonşuluğundakı regionlara – o cümlədən, Şərqi Avropaya, Qafqaza və Balkanlara da təsir edir.

***

2024-cü ilin Avropa Parlament seçkiləri qitənin siyasi mənzərəsində sarsıdıcı dəyişikliklərin baş verdiyini açıq şəkildə göstərdi. Uzun illərdir ki, Avropanı liberal-demokratik dəyərlər adı altında idarə edən mərkəzçi qüvvələr bu dəfə gözlənilməz reallıqla üzləşdilər: sağçı, suverenist və anti-establişment partiyalar ciddi irəliləyiş qazandı. Almaniyada “Almaniya üçün Alternativ (AfD)”, Fransada “Milli Ralli”, İtaliyada isə baş nazir Meloninin rəhbərlik etdiyi sağçı ittifaqlar böyük ictimai dəstəyə sahib oldu. Məhz bu nəticələr Avropa xalqının illərdir yığılan narazılığının, iqtisadi, mədəni və sosial problemlərə cavab tapa bilməyən quruluşlara verdiyi səsli və açıq etiraz idi.

Lakin bu demokratik iradə Brüsseldə, xüsusilə Avropa Komissiyası və digər mərkəzi institutlarda panikaya səbəb oldu. Demokratiyanın və xalq hakimiyyətinin beşiyi sayılan Avropada birdən-birə xalqın səsinə qarşı şübhə ilə yanaşılmağa başlandı. Sanki seçici öz iradəsini bildirməklə nəsə "səhv etmişdi".

Məsələ burasındadır ki, illərdir başqalarına demokratiya dərsi keçən Avropa elitası indi demokratik yolla seçilmiş sağ qüvvələrə qarşı media hücumları, ideoloji damğalama və nəhayət, “döyüşkən demokratiya” adlı yeni repressiv doktrina ilə cavab verir. Müxtəlif liberal media orqanlarında bu partiyalar “populist”, “anti-demokratik”, “ifrat sağçı” adlandırılır. Hətta onların uğurunu xalqın iradəsi yox, sosial şəbəkələrdəki “manipulyasiyalar”, “dezinformasiyalar” və guya, xarici qüvvələrin təsiri ilə izah etməyə çalışan qərəzli analizlər yayılır. Ən böyük təhlükə isə bundadır: bu yanaşma demokratiyanın öz mahiyyətini – plüralizmi, fikir azadlığını, alternativ seçimin mövcudluğunu – sual altına qoyur. Demokratiya yalnız “doğru” fikirlər və “məqbul” namizədlər çərçivəsində baş verəndəmi keçərlidir? Yoxsa, onun gücü məhz fərqli, bəzən narahatedicici fikirlərə açıq olmasındadır?

Əgər Avropa siyasi elitası “döyüşkən demokratiya” adı altında xalqın seçiminə qarşı ideoloji sədd çəkirsə, bu, artıq liberalizmin müdafiəsi deyil – bu, liberal avtoritarizmin təzahürüdür. Belə davam edərsə, Avropa demokratiyası öz prinsiplərini qorumaq adı ilə onları ayaq altına atmaq təhlükəsi ilə üz-üzədir.

***

Əvvəllər azadlıqların müdafiəsi kimi təqdim olunan demokratiya bu gün yeni bir mərhələyə qədəm qoyur – özünü qoruma adı altında özgələri susdurmağa çalışan bir sistemə çevrilir. “Döyüşkən demokratiya” adı verilən bu yanaşma ilk baxışda demokratik dəyərləri müdafiə kimi görünsə də, praktikada ideoloji avtoritarizmin zərif örtüyünə çevrilir. Əgər fikir azadlığı yalnız “doğru” və “məqbul” hesab edilən düşüncələrlə məhdudlaşdırılırsa, bu artıq demokratiya deyil — bu, liberal ortodoksiyanın diktaturasıdır.

Bu yanaşma informasiya məkanında sistemli senzura mühiti yaradır. Sosial şəbəkələrdə və media platformalarında müəyyən fikirlər — xüsusilə də mövcud siyasi xəttə uyğun gəlməyən, “populist” və ya “radikal” sayılan baxışlar — görünməz bir əl tərəfindən bloklanır. Fikrin və sözün sərbəst axını yerini seçilmiş “doğru” mövqelərə verir ki, bu da informasiya azadlığının tam mənada çöküşüdür. Bununla yanaşı, seçici iradəsinə də şübhə ilə yanaşılır, xalqın sandıqda ifadə etdiyi seçimlərə bəzən açıq-aşkar hörmətsizlik nümayiş etdirilir. Əgər bu seçimlər Brüsseldəki mərkəzlərin maraqlarına uyğun deyilsə, dərhal manipulyasiya, dezinformasiya, xarici təsir kimi izahlarla etibarsızlaşdırılır. Sanki demokratiya yalnız o zaman qəbul edilə bilər ki, “doğru tərəf” qalib gəlsin. Bu isə seçicinin azad iradəsini, onun siyasi prosesdəki əsas rolunu kölgəyə salır.

Avropanın bu ikili standartları beynəlxalq münasibətlərdə də özünü göstərir. Məsələn, “Ərəb baharı”nda sosial şəbəkələrdəki təşkilatlanmalar demokratiyanın dirçəlişi kimi təqdir edilirdi. Amma bu gün oxşar metodlarla uğur qazanan sağçı partiyaların yüksəlişi “təhlükəli populizm” damğası ilə qarşılanır. Deməli, demokratik proseslərə yanaşma – kimlər üçün və harada baş verməsindən asılı olaraq dəyişir.

Xarici siyasətdə isə bu yanaşma daha açıq formada selektiv tətbiq olunur. Macarıstan milli maraqlarını qoruyanda “avtoritarlaşma”da, Gürcüstan daxili qanunvericiliyini tənzimləyəndə “Avropa kursundan yayınma”da günahlandırılır. Xüsusilə, Azərbaycan nümunəsində bu siyasətin mahiyyəti daha açıq şəkildə ortaya çıxır. Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq ərazi bütövlüyünü bərpa etdikdə, öz suverenliyini təmin etdikdə və bu uğurları yeni enerji və diplomatik strategiyalarla möhkəmləndirdikdə, birdən-birə “demokratiya” adı altında təzyiq və qarayaxma kampaniyaları başlayır.

COP29 kimi qlobal əhəmiyyətli tədbirin Azərbaycanda keçirilməsi belə, bəzi dairələrdə qıcıq yaratdı – açıq şəkildə boykot çağırışları səsləndirildi. Halbuki bu çağırışların arxasında əslində nə demokratiya, nə də ətraf mühit dayanır – burada əsas məqsəd Azərbaycanın yüksələn beynəlxalq nüfuzunu cilovlamaqdır. Xüsusilə diqqətçəkən məqamlardan biri də odur ki, Bakı İrəvanla vasitəçilərsiz, birbaşa dialoqa üstünlük verərək regionda sülhün və sabitliyin qurulması üçün real və səmimi siyasi iradə nümayiş etdirir. Bu, artıq “demokratiya” pərdəsi altında aparılan sistemli geosiyasi müdaxilə siyasətidir. Və bu siyasət Azərbaycana yaxşı tanışdır: döyüş meydanında qalib gələn bir ölkəni informasiya müharibəsində susdurmaq cəhdi – bu dəfə “döyüşkən demokratiya” adı altında. Amma bu yanaşma Azərbaycan cəmiyyətində gözlənilən effekti yaratmır. Əksinə, bu cür yanaşmalar xalqın dövlətə və milli maraqlara daha sıx birləşməsinə səbəb olur. Çünki qarşıda duran məsələ təkcə demokratiya deyil, həm də milli iradənin tanınıb-tanınmamasıdır.

***

“Döyüşkən demokratiya” bir tərəfdən öz dəyərlərini müdafiə etdiyini bildirir, digər tərəfdən isə bu dəyərləri özünün ideoloji silahına çevirərək fərqli baxışları boğur. Əgər bu model yayılmağa davam edərsə, demokratiyanın gələcəyi sual altına düşə bilər. Çünki demokratiya yalnız ona tabe olanları deyil, fərqli düşünənləri də tanımağı və yaşamağı bacarmalıdır.

Avropa bu gün həlledici seçim qarşısındadır: xalqın artan narazılığına senzura və ideoloji qadağalarla cavab vermək, yoxsa onun səsini dinləyib həqiqi islahatlara getmək? “Döyüşkən demokratiya” kimi təqdim olunan yanaşma, əslində, liberal elitanın getdikcə zəifləyən mövqelərini qorumaq üçün uydurduğu ideoloji qalxandır. Mövcud konsepsiya qorxuya əsaslanır – rəqibin güclənməsinə, fərqli düşüncələrin meydan qazanmasına və ən əsası, sistemin mövcud formasının dəyişməsinə duyulan qorxuya. Amma qorxu üzərində qurulan siyasət nə xalqla birləşdirir, nə də cəmiyyətləri gücləndirir. Əksinə, bu yol uzunmüddətli perspektivdə cəmiyyətləri parçalayır, etimadı sarsıdır və siyasi radikallaşmanı daha da dərinləşdirir. Demokratiyanın ən əsas sütunu olan xalq iradəsi devalvasiya edilir, ona şübhə ilə yanaşılır, sanki xalq yalnız “doğru seçim” edəndə dəyərlidir.

Avropanın liberal mərkəzləri bu gün bir məqamı qəbul etməlidir: cəmiyyət dəyişir, reallıqlar dəyişir, insanlar artıq köhnə şüarlara aldanmır. Əgər bu dəyişimi döyüşlə, yasaqlarla, media hücumları ilə qarşılamaq seçilərsə, bu, yalnız demokratik institutların zəifləməsinə və ictimai qütbləşmənin artmasına gətirib çıxaracaq. Demokratiya öz dəyərlərini qorumaq üçün döyüşməməlidir. O, dinləməli, öyrənməli və yenilənməlidir.

Bu gün Avropanın qarşısında duran sual sadə, lakin cavabı taleyüklüdür: Demokratiya döyüşməlidirmi, yoxsa dinləməlidir? Cavab isə zamanın özü qədər aydındır: yalnız dinləyən demokratiyalar qalib gəlir.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki, siyasi elmlər üzrə fəlsəfə doktoru

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:30
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 İyun 2025 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail İran müharibəsi necə bitəcək? İLGİNC SSENARİ KONKRET

16 İyun 2025 17:59see340

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndə heyəti UNESCO nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 2005 ci il Konvensiyası”na Tərəf Dövlətlərin Konfransının 10 cu sessiyasında iştirak edir

18 İyun 2025 13:47see200

KDÇ: “Çelsi”dən uğurlu start

17 İyun 2025 01:19see198

İsrail İran müharibəsi daşları yerindən tərpədə bilər Proqnoz

16 İyun 2025 15:59see149

“Astara”da Belarus vətəndaşlarının təxliyəsi həyata keçirilib

16 İyun 2025 19:39see143

“Bu gecə olacaqlar əsrlər boyu unudulmayacaq” İran

18 İyun 2025 01:07see135

Yadplanetlilərin işğalı: Kolumbiyada səmada sirli top tapıldı

17 İyun 2025 01:17see129

Sumqayıtda maşın iki qadını vurdu, biri öldü

18 İyun 2025 01:26see127

“Qalatasaray”ın istədiyi qapıçı qərarını verdi

16 İyun 2025 15:40see124

MOSSAD ın zabit və komandirləri öldürüldü İran

17 İyun 2025 17:04see122

Sabah ın rəqibi Zaqreb Dinamo sunun futbolçusu ilə gücləndi RƏSMİ

18 İyun 2025 01:31see122

Ürəyindən güllələnərək qətlə yetirilən Vüsalın FOTOSU

16 İyun 2025 19:52see120

Mendeleyev cədvəlindəki bu element insanı təkrar gəncləşdirir SİRLƏR AÇILDI

16 İyun 2025 22:23see120

Prezident Ərdoğanın İran ilə İsrailə təklifi

16 İyun 2025 16:20see119

Niyə göbələkdən ZƏHƏRLƏNİRİK?

16 İyun 2025 17:23see118

Avropa Komissiyasının sədri Trampla G7 sammitində görüşü barədə danışıb

17 İyun 2025 10:41see118

Ərdoğan: Türkiyə İran İsrail müharibəsi ilə bağlı öhdəsinə düşən hər şeyi etməyə hazırdır

16 İyun 2025 19:51see117

“Qlobal imperializmin pulla tutulan əsgərləri...” Kem Çen In İsraili hədələdi

16 İyun 2025 16:21see115

Sərhədlərin bağlı saxlanılması: Bu uzaqgörən addımın milli təhlükəsizlik baxımından əhəmiyyəti indi daha aydın anlaşılır TƏHLİL

16 İyun 2025 19:10see115

1 2 günə İran İsraillə anlaşacaq “Ölkə daxilində isə maraqlı proseslər...”

16 İyun 2025 18:41see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri