Demokratiyaya sahib çıxmaq: Dinc müqavimətin gücü adlı panel müzakirə keçirilib
Icma.az, Oxu.az saytına istinadən bildirir.
15 İyul - Demokratiya və Milli Birlik Günü münasibətilə keçirilən media proqramı çərçivəsində "Demokratiyaya sahib çıxmaq: Dinc müqavimətin gücü" adlı panel müzakirə keçirilib.
Oxu.Az-ın Ankaraya ezam olunmuş əməkdaşı xəbər verir ki, müzakirədə Türkiyə Böyük Millət Məclisinin sədr müavini Bekir Bozdağ, Türkiyə Prezident Administrasiyasının Dövlət Nəzarət Şurasının sədri Salik Tanrıkulu, Siyasi, İqtisadi və Sosial Araşdırmalar Mərkəzinin baş koordinatoru (SETA) Nebi Miş, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin Elmi tədqiqat və layihələr üzrə koordinatoru İsmail Çağlar və jurnalist Hande Fırat iştirak ediblər.
Türkiyə Böyük Millət Məclisinin sədr müavini Bekir Bozdağ bildirib ki, həmin dövrdə də xalqın birliyi Türkiyənin gücünə güc qatdı:
"İyulun 15-də qələbə qazandıqdan sonra Türkiyə ordusu yenidən quruldu. Bəzi hərbi hissələr bağlandı, bəzilərinin yerinin dəyişdirilməsi barədə qərar qəbul edildi. Orduda mülki iradə gücləndirildi. Ən böyük islahat isə xalqa prezident seçmə haqqı verməyimiz oldu".
Siyasi, İqtisadi və Sosial Araşdırmalar Mərkəzinin baş koordinatoru (SETA) Nebi Miş isə bildirib ki, FETÖ 15 İyuldan əvvəl iqtidarı demokratik olmayan yollarla devirməyə çalışdı:
"Bununla da cəmiyyətdəki fərqli etnik qruplar arasında gərginlik yaratmağa cəhd göstərdi. Ancaq millətimiz bu planları puça çıxardı".
Mərahim Nəsib
Baxış sayı:83
Bu xəbər 16 İyul 2025 14:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















