Icma.az
close
up
RU
Denis Marandiçin ayağını sındıran Pavol Safranko həmkarından və ailəsindən üzr istəyib

Denis Marandiçin ayağını sındıran Pavol Safranko həmkarından və ailəsindən üzr istəyib

Icma.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.

"Denisdən və onun ailəsindən üzr istəyirəm".

Sportal.az xəbər verir ki, bunu "Report"a açıqlamasında "Sabah"ın futbolçusu Pavol Safranko Azərbaycan Kubokunun 1/8 finalında "Turan Tovuz"un futbolçusu Denis Marandiç ilə mübarizə zamanı rəqibinin ayağını sındırması ilə bağlı danışarkən deyib.

O, hadisənin gözlənilmədən baş verdiyini söyləyib:

"Topu ələ keçirdikdən sonra var qüvvəmlə zərbə endirmək üçün ayağımı irəli atdıqda Denis kənardan gəldi və topa müdaxilə etməyə çalışdı. Bu vaxt ayağım onun ayağına dəydi. Amma tam səmimi deyirəm, onun gəldiyini görmədim. Ardınca nə baş verdiyinin isə hamı şahidi oldu. Denisin uzun müddət yaşıl meydanlardan kənarda qalacağını bilirəm və buna görə özümü çox pis hiss edirəm. Onun tezliklə sağalmasını arzu edirəm. Əlbəttə, oyun bitdikdən sonra ona mesaj yazdım. Həmçinin xəstəxanada ziyarət edəcəyəm. Futbol bir oyundur, normal həyat isə tam başqadır".

Qeyd edək ki, Denis Marandiç Azərbaycan Kubokunun 1/8 finalının "Sabah"la oyununda Pavol Safranko ilə mübarizə zamanı ağır zədə alaraq meydanı tərk edib. Görüşün əsas vaxtı 1:1 hesabı ilə bitib. Penaltilər seriyasında isə "Sabah" daha dəqiq olub - 3:1.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:57
embedMənbə:https://sportal.az
archiveBu xəbər 04 Dekabr 2024 22:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see226

Türkiyədə şübhəli maddənin iyindən zəhərlənən 9 polis xəstəxanaya yerləşdirilib

03 Sentyabr 2025 07:22see210

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see196

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see171

İranın Azərbaycandakı səfirliyinə bir neçə XATIRLATMA VİDEO

02 Sentyabr 2025 20:43see159

Keçmiş prezident özünə yeni iş tapdı

04 Sentyabr 2025 15:44see147

Ekspert: Parlaq çamadan oğrular üçün “cazibədar hədəf”dir

03 Sentyabr 2025 11:23see145

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see138

Hələ qol vurmadan Fənərbaxçanın tarixinə düşdü

03 Sentyabr 2025 07:36see138

Hərbi xidmət yaşının artırılması təhsilə necə təsir edər?

03 Sentyabr 2025 13:21see137

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see133

Rusiya Hindistana əlavə S 400 satır Danışıqlar yekunlaşır

03 Sentyabr 2025 00:13see132

Qazaxıstanda aviasiya təhlükəsizliyi üzrə ICAO auditi aparılır

03 Sentyabr 2025 02:43see131

Məni azadlığa buraxın, qeyri adi istedadım var İlhamə Elşadqızı

03 Sentyabr 2025 13:18see128

Yaponiyada 80 yaşlı qadın özünü astronavt kimi təqdim edən fırıldaqçının qurbanı olub

03 Sentyabr 2025 06:33see127

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see126

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see126

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see125

Lazer faraların istehsaldan çıxarılmasının SƏBƏBİ

02 Sentyabr 2025 21:00see124

Tramp Rusiyaya gedə bilər Vacib şərt açıqlandı

03 Sentyabr 2025 13:46see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri