Icma.az
close
up
RU
Dəniz döyüşləri: Xəzərə zərbə endirildi Peyk görüntülərində nə var?

Dəniz döyüşləri: Xəzərə zərbə endirildi Peyk görüntülərində nə var?

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Ukrayna ordusu Xəzər dənizində “Lukoil” neft şirkətinə məxsus üç qazma qurğusunu məhv edib. Bundan qədər əvvəl Ukrayna Prezidenti Volodimir Zelenskinin sanksiyalar siyasəti üzrə komissarı Vladislav Vlasyuk bildirmişdi ki, Avropa İttifaqının “Lukoil”ə qarşı sanksiyaları kifayət etmir.

Kiyevin təhdidləri fonunda “Lukoil”i nə gözləyir? Niyə məhz bu şirkət hədəfdədir?

Globalinfo.az-a danışan politoloq Sultan Zahidov deyib ki, yanvarın 11-də Ukraynanın müdafiə qüvvələri “Lukoil” neft şirkətinə məxsus üç qazma platformasını məhv edib:

“Bu platformalar Xəzərin şimalında yerləşir. Onlardan biri Filanovskidir. Bu “Lukoil”in Şimali Xəzərdəki ən böyük platformasıdır. Ukraynanın məqsədi Rusiyaya müharibədə dəstək verən enerji infrastrukturlarını məhdudlaşdırmaqdır. Rusiya müharibə başlayandan Ukrayna enerji infrastrukturunu hədəfə alır, buna görə də ölkədə tez-tez elektrik kəsintiləri baş verir. Məqsəd xüsusilə qış aylarında Ukraynanın çətin vəziyyətə düşməsi və ağ bayraq qaldırmağa məcbur olmasıdır”.

Politoloq xatırladıb ki, bu, “Lukoil”ə ilk hücum deyil:

“Noyabrda Ukrayna dronları Volqoqraddakı “Lukoil” neft emalı zavoduna zərbə endirmişdi, dekabrda isə Xəzərdəki platformalara hücumlar olmuşdu. Ümumilikdə yalnız “Lukoil” hədəf seçilməyib. Rusiyanın enerji infrastrukturu əsas hədəfdir, çünki enerji Moskvanın müdafiə imkanlarının mühərrikidir. Ukraynanın məqsədi Rusiyanın imkanlarını məhdudlaşdırmaqdır.

Sultan Zahidov

“Lukoil” Rusiyanın iki ən böyük neft şirkətindən biridir, digəri isə “Rosneft”dir. Noyabr ayında ABŞ bu iki şirkətə sanksiyalar tətbiq etmişdi, Avropa İttifaqı da analoji addımlar atmışdı. Lakin bu kifayət etmir. Sanksiyalar yalnız şirkətləri zəiflətməyə yönəlib. “Lukoil” özəl şirkət olduğundan beynəlxalq arenaya daha açıqdır. Onun zərbə alması yalnız neft istehsalına deyil, eyni zamanda şirkətin investisiya cəlb etmə imkanlarına da zərər vurur və səhmlərinin qiymətini aşağı salır. Bu da dolayısı ilə Rusiyanın enerji aparatının zəifləməsi deməkdir və Kreml üçün enerji sektorunun bərpasında çətinlik yaradır.

Peyk görüntülərinə görə, zərbələr ciddi dağıntılar törətməyib, yanğın baş verməyib. Son dron hücumunun platformalara ziyan vurduğunu demək hələ tezdir”.

Safura Bənnayeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 Yanvar 2026 23:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see568

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see412

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see288

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see285

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see254

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see243

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see243

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see241

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see238

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see237

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see232

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see226

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see225

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see221

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see199

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see199

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see193

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see191

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri