Icma.az
close
up
RU
Dəniz mövsümü sonuncu gün də can aldı qorxulu statistika

Dəniz mövsümü sonuncu gün də can aldı qorxulu statistika

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

Aqşin Əlili: “Kütləvi maarifləndirməyə baxmayaraq, hələ də bəzi vətəndaşlar nəzarətsiz ərazilərdən istifadə edirlər”

Çimərlik mövsümünün son günü də faciə ilə yadda qaldı. Avqustun 31-də Novxanı çimərliyində 6 yaşlı uşaq dənizdə batıb. 2019-cu il təvəllüdü Turqut Ozal oğlu Mehtiyev dənizdə çimərkən boğulub. Azyaşlının meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Xatırladaq ki, iyunun 15-dən Azərbaycanda çimərlik mövsümü açıq elan edilib. Təkcə 2025-ci ilin iyul ayı ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhərində yerləşən çimərliklərdə baş verən sudaboğulma hadisələri ilə bağlı ümumilikdə 21 müraciət (5-i qadın, 16-sı kişi cinsli olmaqla) daxil olub.

Ümumən isə xeyli insan dənizdə boğulub. Hələ çayda, göldə, kanalda boğulanları nəzərə alsaq, 3 ayın dəhşətli statistikası ortaya çıxar.

Göründüyü kimi, çimərlik mövsümünün hətta son günü də 6 yaşlı uşağın canını aldı. 

Bu məsələdə yalnız valideyn günahkardırmı? Bu faciələr dərs olmalı deyilmi və gələn il üçün hansı ön tədbirlər gücləndirilməlidir? 

FHN-İN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Akşin Əlili mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Mütəxəssis qeyd edib ki, tərəfindən hər il çimərlik mövsümünə hazırlıqla bağlı zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir: “Bu tədbirlərin icrası mərhələli şəkildə ictimaiyyətə təqdim olunur. Xatırladım ki, bu il də çimərlik mövsümünə sayılı günlər qalmış nazirlik tərəfindən görülən təhlükəsizlik tədbirləri ilə bağlı geniş mediatur təşkil olunmuşdu. Həmin mediaturda demək olar ki, bütün KİV nümayəndələri iştirak etdi və ictimaiyyətə FHN tərəfindən həyata keçirilən təhlükəsizlik tədbirləri barədə ətraflı məlumat verilib.

Bununla yanaşı, biz hər zaman olduğu kimi vətəndaşlara müraciət edirik və bu gün də bir daha vurğulayırıq ki, çimərlik seçimində diqqətli olmaq lazımdır. Əgər hər hansı çimərlikdə xilasedici yoxdursa, bu, həmin ərazidə təhlükəsizlik tədbirlərinin görülmədiyini göstərir və belə yerlərdən istifadə olduqca təhlükəlidir".


Aqşin Əlili təəssüflə qeyd edib ki, nazirlik tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, hələ də bəzi vətəndaşlar nəzarətsiz, qeyri-çimərlik ərazilərdən istifadə edirlər: “Xüsusilə bölgələrimizdə çimərlik olmayan suvarma kanalları, süni göllər, su arxları, su anbarları və digər su hövzələrindən uşaqların və yeniyetmələrin valideyn nəzarətindən yayınaraq istifadə halları müşahidə olunur ki, bu da acı nəticələrə səbəb olur.

Qeyd edim ki, nəzarətsiz və qeyri-çimərlik ərazilərdəki su hövzələri mürəkkəb relyefə, sürətli axına, qeyri-müəyyən dərinliyə və digər təhlükəli xüsusiyyətlərə malik olduğundan, onlardan istifadə edənlərin həyat və sağlamlığı üçün ciddi təhlükə yaradır.

Statistik məlumatı diqqətinizə çatdırmaq istərdim ki, cari ildə FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Xilasetmə xidmətinin xilasediciləri tərəfindən 65 nəfər suda boğulma təhlükəsi ilə üzləşən şəxs xilas edilib. Qeyd edilməlidir ki, xidmətin nəzarət etdiyi çimərliklərdə bu il ölümlə nəticələnən suda boğulma hadisəsi qeydə alınmayıb. Bu rəqəmlər bir daha sübut edir ki, yalnız xilasedicilərin fəaliyyət göstərdiyi çimərliklərdən istifadə etmək və həmin ərazilərdə tətbiq olunan təhlükəsizlik qaydalarına mütləq şəkildə riayət etmək həyati əhəmiyyət daşıyır".

Onu da əlavə edək ki, Fövqəladə Hallar Nazirliyi çimərliklərlə bağlı aşağıdakıların qadağan olunduğunu bildirir:

- Çimərlik kimi nəzərdə tutulmamış ərazilərdə çimmək;

- çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək;

- küləkli havada dənizə girmək;

- çimərlikdə gecələmək;

- sərxoş halda çimərlikdə olmaq;

- suda kobud hərəkətlər etmək;

- çimərlikdə balıq tutmaq;

- xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq.

Bundan başqa, çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir. Qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir.

Mütəxəssislər qeyd edir ki, vaxtında və düzgün yardım göstərməklə suda boğulanları xilas etmək olar. Belə ki, statistikaya əsasən, suda boğulduqdan sonra ilk dəqiqələrdə zərərçəkənlərin 90, 6-7 dəqiqə sonra isə 1-3 faizini həyata qaytarmaq mümkündür.

Çox vaxt suda boğulmağa yorğunluq, suya baş vuran zaman zədə alma, spirtli içkilərdən istifadə, uzun müddət günəş şüaları altında qaldıqdan sonra suya girmə və s. hallar səbəb ola bilər.

Suda boğulma zamanı tənəffüs yolları su ilə dolur, hava ağ ciyərlərə daxil ola bilmir, nəticədə orqanizmdə oksigen çatışmazlığı yaranır. Belə halla üzləşən zaman qaydalara əməl etməklə zərərçəkəni xilas etmək olar.

Suda boğulanı xilas edərkən üzərək ona arxadan yaxınlaşmaq lazımdır, çünki bəzən boğulanın təlaş içində qeyri-iradi olaraq onu xilas edəndən tutması işi çətinləşdirir və təhlükə yaradır. Yardım göstərərkən suya baş vurmaq və boğulanın əlindən, saçlarından yapışıb təkan verməklə onunla birlikdə suyun üzünə qalxmaq lazımdır. Bu zaman yardım göstərən sərbəst qalanda əli və ayaqları ilə intensiv hərəkət edib üzməlidir. Boğulanı sahilə çıxarandan sonra onun vəziyyətindən asılı olaraq ilk yardım göstərilməlidir.

Əgər zərərçəkənin huşu özündədirsə, tənəffüs və nəbzi qənaətbəxşdirsə, onu arxası üstə quru, sərt döşək üzərində başı aşağı uzatmaq, quru dəsmal və ya əllə ovuşduraraq geyindirmək lazımdır. Zərərçəkənə isti içkilər verib üstünü örtmək tövsiyə olunur. Əgər zərərçəkən sudan çıxarılandan sonra huşsuz vəziyyətdədirsə, amma nəbz və tənəffüsü qənaətbəxşdirsə, bu zaman onu başıaşağıya meyilli olmaq şərtilə uzatmaq, başını arxaya qatlayıb alt çənəsini irəli çəkmək lazımdır. Zərərçəkənin huşu özündə deyilsə, tənəffüs və ürək fəaliyyəti dayanıbsa, tənəffüs yollarını təmizlədikdən sonra ona süni nəfəs verilməli, ürəyin qapalı masajı aparılmalıdır. Əlavə olaraq tənəffüs yollarından mayeni xaric etmək lazımdır. Həmin əməliyyat süni nəfəs verilməsinin gecikdirilməməsi üçün 10-15 saniyədən çox çəkməməlidir. Beləliklə, suda boğulana ilk yardım göstərməklə kritik vəziyyətdən çıxarandan sonra zərərçəkəni xəstəxanaya aparmaq vacibdir.

Təxliyə zamanı zərərçəkən xərəkdə böyrü üstə başının altı alçaq olmaq şərtilə uzadılmalıdır. Məlumatlı olmaq və cəld reaksiya vermək çətin vəziyyətlərdən asanlıqla çıxmağa, özünə və ətrafdakılara vaxtında və lazımi yardım göstərməyə imkan verir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://moderator.az
archiveBu xəbər 02 Sentyabr 2025 08:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see341

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see308

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see253

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see248

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see217

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see215

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see208

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see202

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see201

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see199

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see199

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see194

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see184

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see182

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see176

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see175

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri