Dəniz mövsümünə sayılı günlər qaldı Bakı çimərlikləri hazırdır, yoxsa yox? VİDEO
Icma.az, Yenicag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Çimərlik mövsümünün başlamasına cəmi bir həftədən az vaxt qalıb.
Yenicag.az Xəzər TV-yə istinadən məlumat verir ki, Bakı və ətraf bölgələrdəki dənizkənarı istirahət mərkəzləri hazırlıqları yekunlaşdırmaq üzrədir.
İstirahət məkanının administratoru İbrahim Novruzov bildirib ki, hazırlıqları 2 aya yaxındır davam edir.
Onun sözlərinə görə, hər il olduğu kimi, bu il də əraziyə giriş və dənizə çıxış tamamilə ödənişsizdir.
Çimərlikdə xidmətlərlə yanaşı, restoran və kafe zonalarında da qiymətlər stabil saxlanılıb. İstirahət mərkəzinin əməkdaşı yemək qiymətlərində artımın olmadığını deyir.
Qeyd edək ki, çəkiliş apardığımız istirahət mərkəzlərində təmizlik, təhlükəsizlik və xidmət səviyyəsi ilə bağlı müvafiq qurumların monitorinqi davam edir. Rəsmi çimərlik mövsümü isə iyunun 15-də açılacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 10 İyun 2025 12:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















