Dəniz Səkiyə həbsxana günlərini xatırlatdılar
Icma.az, Missiya.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Dünən axşam dəvətdən çıxarkən görüntülənən türkiyəli məşhur müğənni Dəniz Səki jurnalistlərin suallarını cavablandırıb.
Missiya.Az xəbər verir ki, media nümayəndələrinin "Ssenarilərdən təklif alırsınızmı?" sualından sonra mövzu onun həbsxana günlərinə qədər gəldi.
Belə ki, müxbirlərdən biri ona "Eşkıya Dünyaya Hükümdar Olmaz" serialında da rol aldığını xatırladıb. Həmin ekran işində o həbsdə olan zaman oynayıb. Ona görə əsəblərini cilovlaya bilməyib.
"Yaxşı oldu bu gözəl gecədə bunu dedin, çox sağ ol. Bir daha danışmayacağam" - deyə aqressivləşib və oradan gedib.
Məlumat üçün bildirək ki, ifaçı 2009-cu ildə narkotik səbəbindən saxlanılıb, 2010-cu ildə həbs olunub və ilk məhkəmədə azadlığa buraxılıb. 2014-cü ildə yeni bir həbslə gündəmə gəlib. Həmin zamanlarından danışmağı isə heç sevmir. O dönəmlərdə "Eşkıya Dünyaya Hükümdar Olmaz" serialında rol ala bilməsi üçün ailəsi və vəkili səlahiyyətlilərdən icazə alıblar və çəkilişlər Bakırköy Qadın Qapalı Cəza Müəssisəsində aparılıb.
Qeyd edək ki, sənətçi "İyisin Tabi", "Masal, Hayat", "İki Bilet" kimi mahnıların sahibidir.

Zərintac Mayisqızı
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 07 Fevral 2025 15:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















