Icma.az
close
up
RU
Dəniz, yoxsa hovuz? Hansı daha təmiz və təhlükəsizdir? Video

Dəniz, yoxsa hovuz? Hansı daha təmiz və təhlükəsizdir? Video

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Yayda insanlar istirahət etmək, yaxud sərinləmək üçün dənizə və ya hovuza üz tuturlar. Bəziləri dənizə, bəziləri isə hovuza üstünlük verir. Azərbaycanda istirahət etmək, dənizdə çimmək və günəşlənmək üçün həm pullu, həm də pulsuz çimərliklər fəaliyyət göstərir.

Əslində dəniz suyu insan orqanizmi üçün faydalıdır. Çünki onun tərkibi yod, duz, maqnezium, kalsium kimi minerallarla zəngindir. Dəniz suyu oksigenlə zəngin olduğu üçün dənizdə xəstəliyə yoluxma ehtimalı azdır. Dəniz suyunda duzun çoxluğu da infeksiyaya yoluxmanı azaldır. Eyni zamanda dəriyə də müsbət təsir göstərir - ölü hüceyrələri təmizləyir, bəzi dəri problemlərinin aradan qalxmasına kömək edir. Dəniz həm də yuxunu tənzimləyir, stressi azaldır. Fikir vermisinizsə, dənizdən qayıdandan sonra insanın yuxusu gəlir, dincəlmək, yatmaq istəyir. Ümumiyyətlə, insan təbiətlə təmasda olduqda – suyun şırıltısı, meşədə gəzmək, quşların səsini dinləmək onun beynini təzələyir.

Ancaq təəssüf ki, insanlar dənizlərin təmizliyinə diqqət yetirmirlər. Həm suyu, həm də sahili çirkləndirirlər. Halbuki təmizlik insanların özündən asılıdır. Hər kəs dərk etməlidir ki, çirkləndirdiyi yerdə yenə özü istirahət edəcək və bu, hər kəsi düşündürməlidir.

Hovuza üstünlük verən insanlar isə düşünür ki, hovuz daha təmiz və təhlükəsizdir. Bəs görəsən, həqiqətən də hovuzlar təmizdirmi?

Hovuz suları 24 saat ərzində filtr sistemindən keçir. Su analiz olunur, lazımi dərmanlama, xlorlama və təmizləmə işləri aparılır. Bu zaman ən azı 3 saat hovuza girməməlisən. Həmçinin hovuzun divarları da mütləq dezinfeksiya edilməli, təmizlənməlidir.

Hovuz üzrə mütəxəssislər bildirirlər ki, hovuzun dərinliyi insanların boyuna uyğun olmalıdır. Xüsusilə qadınların boyu nəzərə alınmalıdır. Ona görə maksimum dərinlik1,50 metr olduqda, qadınlar suda rahat hərəkət edə, özlərini təhlükəsiz hiss edə bilirlər. Çünki insanların əksəriyyəti suda sadəcə üzmək yox, həm də vaxt keçirmək, söhbət etmək və əylənmək istəyir. Əgər insan ayaq üstə dayana bilmirsə, məcbur olub hovuzun kənarından tutur. Bu da ona rahat olmur.

Hər hansı bir hadisə baş verdikdə isə, məsələn, uşaq suya düşərsə və yaxınlıqda kömək edəcək kimsə yoxdursa, qadın suya atlanaraq uşağı sudan çıxarır.

İstər dəniz, istərsə də hovuz - hər birinin öz gözəlliyi, üstünlüyü var. Amma yaxşı istirahət yalnız seçdiyimiz məkandan asılı deyil. Təmizlik qaydalarına əməl etmək, təhlükəsizliyə diqqət yetirmək və ətraf mühiti qorumaq hər birimizin məsuliyyətidir. Yalnız bu zaman yay istirahətimiz həm sağlam, həm də xoş xatirələrlə yadda qalar.

Günel Həsənova, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 06 Avqust 2026 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see568

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see519

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see386

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see283

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see263

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see254

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see234

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see230

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see227

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see226

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see214

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see210

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see206

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see206

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see204

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see197

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see196

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see194

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri