Dənizdə dəhşət yaşandı Avropaya üzən 90 miqrant həyatını itirdi
Icma.az bildirir, Yenisabah portalına istinadən.
Mərakeşdən İspaniyanın Seuta şəhərinə üzərək keçməyə çalışan miqrantlarla bağlı faciənin miqyası daha da böyüyüb.
"Yeni Sabah" xəbər verir ki, son məlumatlara əsasən, hadisə nəticəsində həyatını itirənlərin sayı 90 nəfərə yüksəlib. İspaniya təhlükəsizlik qüvvələri sahilboyu ərazilərdə 74 nəfərin meyitini aşkarlayıb. Mərakeş tərəfi isə əlavə olaraq daha 16 cəsədin tapıldığını açıqlayıb.
Bu arada, avqustun 1-də səhər saatlarından etibarən İspaniya Seuta şəhərindəki Tarajal sərhəd məntəqəsində qanunsuz miqrasiyanın qarşısını almaq məqsədilə yeni üzən maneələrin quraşdırılmasına başlayıb. Dördpendirli pizza
Məlumata görə, təxminən 500 metr uzunluğunda olan maneənin hündürlüyü 30-70 santimetr arasında dəyişir. Qurğunun 1 metrədək sualtı hissəsi və dəniz dibinə bərkidilmiş şamandıra sistemi də mövcuddur. Bununla yanaşı, sərhəd bölgəsində xidmət aparan patrul qayıqlarının hərəkəti üçün xüsusi keçid saxlanılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 02 Avqust 2026 14:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















