Icma.az
close
up
RU
Dənizi hədiyyə verirəm sənə...

Dənizi hədiyyə verirəm sənə...

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Nəbi Xəzrinin anım günüdür

Azərbaycan ədəbiyyatında elə simalar var ki, onların yaradıcılığı yalnız bədii-estetik dəyər daşımır, eyni zamanda, bir dövrün ruhunu, ictimai-siyasi nəfəsini, xalqın daxili ağrı və ümidlərini özündə cəmləşdirir. Nəbi Xəzri məhz bu nadir simalardan idi. Onun fenomeni təkcə şair kimi deyil, ziyalı, vətəndaş və milli düşüncənin daşıyıcısı kimi formalaşmasında gizlidir.

Nəbi Xəzri poeziyaya romantik duyğularla gəlsə də, bu romantika heç vaxt reallıqdan qopmadı. O, Xəzərin dalğaları kimi həm coşqun, həm də dərin idi. Şeirlərində sevgi, vətən, zaman, insan taleyi paralel axarda inkişaf edir. Bu, təsadüfi deyildi. Çünki Nəbi Xəzri üçün poeziya sadəcə söz oyunu yox, məsuliyyət əsas idi. O, şair sözünün xalqın taleyindəki rolunu yaxşı dərk edirdi.

Onun yaradıcılığında Vətən anlayışı xüsusi yer tutur. Lakin bu vətənpərvərlik pafoslu şüarlardan uzaqdır. Nəbi Xəzri vətəni təbiətin dili ilə, insanın daxili ağrısı ilə, tarixin sükutu ilə danışdırırdı. Xəzər dənizi onun poeziyasında sadəcə coğrafi məkan deyil, milli yaddaşın, zamanın və taleyin simvoludur. Elə “Xəzri” təxəllüsünün özü də bu bağlılığın poetik ifadəsidir.

Nəbi Xəzri fenomeninin əsas cəhətlərindən biri də onun ictimai mövqeyidir. O, sovet ideoloji çərçivələri daxilində yaşasa da, milli kimliyini qorumağı bacaran sənətkarlardandır. Sözün açıq deyilmədiyi, fikrin dolayı yolla ifadə olunduğu bir dövrdə Nəbi Xəzri simvolik düşüncənin gücündən istifadə edərək milli ruhu yaşatdı. Bu, həm cəsarət, həm də yüksək intellekt tələb edirdi.

Bu gün xalq şairinin vəfatından 19 il ötür. 2007-ci il yanvarın 15-i kəskin insultdan dünyasını dəyişdi. Dəyişməyən isə onun bu illər ərzində yazıb-yaratdığı əsərləri, şeirləri və nəğmələrə çevrilərək sevə-sevə oxunan şeirləri oldu.

“Pəncərəmə qondu çiçək”, “Dərələr”, “Külək”,  “Nar ağacı, nar çiçəyi” və s. Hər nəğmə oxunduqca, hər kitab işıq üzü gördükcə, oxucu yazıçının yaradıcılığı ilə müxtəlif rakurslardan tanış olmağa başladı. Onun şeir, dramaturgiya, nəsr və tərcümə sahəsində fəaliyyəti, dövlət işində çalışması heç zaman şair hissiyyatına, incə misraların yaranmasına mane olmadı. Əksinə, çoxşaxəli fəaliyyət Nəbi Xəzri yaradıcılığını daha da zənginləşdirdi.

Nəbi Xəzri 1957-ci ilədək Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi, 1957-1958-ci illərdə “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında ədəbi işçi olub. 1958-1965-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının katibi, 1971-1974-cü illərdə Azərbaycan mədəniyyət nazirinin müavini vəzifələrini icra edib. Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqə Cəmiyyətinin rəyasət heyətinə sədrlik etməsi Nəbi Xəzrinin üzərinə daha böyük məsuliyyət qoyub.

“İllər və sahillər” (1969), “Ulduz karvanı” (1979), “Nəsillər-əsrlər” (1985), “Ağ şimşəklər” (1986), “Torpaq sənə and içirəm” (1989), “Ömür çinarından yarpaqlar” (1995), “Əsrin qanlı laləsi” (1996)  və s. kitablarındakı əsərlər  mövzunun məzmunundan asılı olaraq, yazıçının maraqlı düşüncə və bədii fikri oxucuya təqdim edilir. “Peyğəmbər”, “Atillanın atlıları” poemalar da onun yaradıcılığında özəl yer tutur.

1944-cü ildə Azərbaycan Dövlət Radiosuna elan edilmiş diktor müsabiqəsindən keçən Nəbi Xəzri 1965-1971-ci illərdə Azərbaycan Dövlət Radio və Televiziya Dövlət Komitəsinin televiziya işləri üzrə sədr müavini işləyib. Şairin sevilən bəstəkar Tofiq Quliyevlə, Emin Sabitoğlu ilə uğurlu əməkdaşlığı neçə-neçə populyar nəğmələrin yaranmasına səbəb olub. Nəbi Xəzrinin bir çox sözlərinə mahnılar bəstələnib. Bu mahnılar Şövkət Ələkbərova, Zeynəb Xanlarova və “Qaya” qrupu, Gülağa Məmmədov, Müslüm Maqomayev, Mirzə Babayev, Elmira Rəhimova, Flora Kərimova və digər sənətkarların ifalarında sevilə-sevilə dinlənilib. Onlar arasında Müslüm Maqomayevin bəstələdiyi və oxuduğu məşhur “Azərbaycan” mahnısı isə indi də ölkəmizə həsr edilmiş ən uğurlu mahnı kimi xarici qastrol səfərlərində, nüfuzlu mədəniyyət günlərində dinləyənləri heyran edir. Bu, bəstəkarla yanaşı, həm də mahnı mətninin müəllifi Nəbi Xəzri poeziyasının ruhu və üslubuyla bağlıdır.

Bu gün də o nəğmələr səslənəndə bir çoxlarını o illərə aparır, qəribə duyğular oyadır insanda, neçə-neçə xoş xatirələr yada düşür. Nə qədər ki, bu mahnılar, şeirlər bizlərə nəyisə xatırladacaq, bu misraların müəllifi, sevimli xalq şairi Nəbi Xəzri poeziyası da daim oxunacaq və yaşayacaq...

Yeganə BAYRAMOVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 15 Yanvar 2026 09:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranın, ABŞ və İngiltərənin hərbi obyektlərini hədəf alması real görünür Şərh

19 Avqust 2026 16:56see377

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see261

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see256

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see236

AFFA nın Lisenziya Komissiyasının iclasında Goranboy OİK in sənədlərinə baxıldı

19 Avqust 2026 20:06see224

ABŞ nin dövlət borcu rekord həddə çatıb

20 Avqust 2026 03:24see220

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see206

92 yaşlı Hollivud əfsanəsi illər sonra kameralar qarşısına keçdi

20 Avqust 2026 02:24see202

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? Həkim AÇIQLADI

19 Avqust 2026 20:00see195

Əhmədbəyli Füzuli Şuşa avtomobil yolu İnnovativ İnşaat Metodologiyası kateqoriyasında qalib seçilib

19 Avqust 2026 20:43see188

Təmayül istəməyən şagirdin taleyi necə olacaq? Valideyn narazılığı VİDEO

19 Avqust 2026 22:28see178

Bu ölkədə üz gizlətmək qadağan edildi cəriməsi 3000 avrodur...

20 Avqust 2026 00:39see167

Uşağınız bu sözləri tez tez deyirsə, DİQQƏTLİ OLUN

20 Avqust 2026 06:52see166

Valdas Dambrauskas: “Biz oyunu itirdik, rəqib yüksək səviyyəli komandadır” VİDEO

20 Avqust 2026 05:29see166

Robotlar artıq insan kimi işləməyə başlayır

20 Avqust 2026 03:32see162

“TikTok” şəxsi mesajlar vasitəsilə pul köçürmələrinə başlaya bilər

20 Avqust 2026 07:42see161

Xətai rayonunda baş verən yanğın söndürülüb

20 Avqust 2026 01:21see161

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see160

Yair Rodriges “Noche UFC”nin əsas döyüşündən çıxarıldı

20 Avqust 2026 01:29see157

OpenAI 2027 ci ildə birjaya çıxmağı planlaşdırır

20 Avqust 2026 03:04see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri