Almaniya 2027 ci ildən plastik qablaşdırmaya vergi tətbiq etməyi planlaşdırır
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 6 oktyabr, AZƏRTAC
Almaniya hakimiyyəti 2027-ci ilin iyulundan plastik qablaşdırmaya vergi tətbiq etməyi planlaşdırır.
AZƏRTAC DPA agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Ətraf Mühit və Maliyyə nazirlikləri tərəfindən hazırlanmış qanun layihəsində qeyd olunub. Sənədə əsasən, plastik qablaşdırmanın hər tonuna görə 550 avro rüsum tutulacaq.
Vergi plastik qablaşdırma və plyonkalara, həmçinin tərkibində plastik payı 5 faizdən çox olan qarışıq qablaşdırma materiallarına şamil ediləcək. Yeni qaydalar qablaşdırma və daşınma qablarını, qapaqları, bağlayıcıları və plastik kapsulaları da əhatə edəcək.
İstehsalçılar qablaşdırma 100 faiz təkrar emal olunmuş plastikdən hazırlandıqda vergi güzəşti üçün müraciət edə biləcəklər. Layihənin 2027-ci ildə federal büdcəyə 805 milyon avro, 2028-ci ildən isə ildə təxminən 1,5 milyard avro gəlir gətirəcəyi gözlənilir.
Qanun layihəsinin əsas məqsədinin plastik istehlakını azaltmaq üçün iqtisadi stimullar yaratmaq olduğu bildirilir. Sənəd hazırda hökumət daxilində razılaşdırılır və bundan sonra Bundestaqa təqdim ediləcək.
Baxış sayı:183
Bu xəbər 06 Oktyabr 2026 05:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















