Dənizkənarı Milli Parkda sahibkarlara istehlakçı hüquqları izah edilib
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Dənizkənarı Milli Parkın ərazisində fəaliyyət göstərən sahibkarlara istehlakçı hüquqları ilə bağlı qanunvericiliyin tələblərini izah edib, müştəri məmnuniyyətinin təmin olunması istiqamətində tövsiyələr verib.
Bakıvaxtı.az bu barədə Dövlət Agentliyə istinadən xəbər verir
Məlumata görə, bununla bağlı keçirilmiş tədbirdə ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahələrində çalışan sahibkarlar iştirak ediblər. Qurumun İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı və İstehlakçı hüquqlarının müdafiəsi şöbəsinin müdiri Elşən Cəfərov təqdimatla çıxış edərək istehlakçı hüquqları, mövcud problemlər və onların həlli yolları, eləcə də sahibkarların bu sahədə vəzifələri barədə ətraflı məlumat veriblər. Bildirilib ki, ölkədə istehlakçı hüquqlarının müdafiəsi üzrə etibarlı təminat sistemi yaradılıb və bu sahəni tənzimləyən bir sıra normativ-hüquqi aktlar qəbul olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 21 İyul 2025 13:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















