Icma.az
close
up
RU
Dentofobiya nədir və ondan xilas olma yolları

Dentofobiya nədir və ondan xilas olma yolları

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Uşaqlar arasında həkimdən qorxmaq, onun müayinəsinə getməkdən çəkinmək halı geniş yayılıb. Diş həkimindən qorxmaq isə ən çox rast gəlinən haldır. Hətta bəzi valideynlər uşağı həkimə getməklə qorxudurlar. Əslində, bu heç də yaxşı hal deyil. Hər on uşaqdan doqquzunda həmin hala rast gəlmək mümkündür. Onlar əsasən qandan iyrənir, həkim ağız nahiyəsində işləyərkən eşidilən səs-küydən qıcıqlanır, ağzı davamlı açıq saxlamaq məcburiyyətindən qorxur, həkimin əli onlara toxunanda narahatlıq hissi keçirirlər. Qorxunun baş verməməsi üçün uşağı diş həkimi ilə erkən yaşda tanış etmək lazımdır. 2 yaşına çatmayan uşaqları diş həkiminə aparmaq məsləhətdir, çünki həmin yaşda olan uşaqların diş həkiminin kreslosuna oturmaqdan xoşları gəlir. Erkən yaşda ağ xalata öyrənən uşaq sonralar diş həkiminə gedərkən qorxu hissindən uzaq olur”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bildirib.

Psixoloqun dediyinə görə, həkimə getməzdən əvvəl orada olacaq hadisələr uşağa izah edilməli, psixoloji hazırlıq aparılmalı, hətta müayinənin necə aparılacağı barədə onda təəssürat oyatmaq lazımdır: “Uşağın əlinə qaşıq verərək “diş həkimi-xəstə oyunu” oynamaq onu həkimə qarşı mülayimləşdirir. Öz növbəsində, həkim də sonrakı seanslarda aparılacaq əməliyyat barədə ailə üzvlərinə və uşaqlara məlumat verməlidir. Diş həkiminə qarşı fobiyası olan uşaqlara təcrübəli mütəxəssis həkimlər seçmək lazımdır. Stomatoloji müayinə və müalicə üçün seçilən klinikada uşaqların psixologiyasına uyğun dekorasiya, musiqi, maraqlı şəkillər və oyun otaqlarının olması böyük əhəmiyyət daşıyır. Uşaq nadinclik edərkən “sakit ol, yoxsa səni diş həkiminə apararam, dişini çəkdirərəm” demək düzgün deyil, çünki diş həkiminin qorxusuna səbəb olan faktorlardan biri də valideynin tərbiyədə bu cür səhvlərə yol verməsidir. Uşaqlarda həkimə qarşı qorxu hissi aşılamaq düzgün taktika deyil”.

Psixoloq Yeganə Əsgərova daha sonra deyib: “Stomatologiyada istifadə edilən keyləşdirici krem və spreylər iynənin ağrısını hiss etdirmir. İynə vurdurmaqdan qorxanlar əməliyyatlarda anesteziyadan qaçır və daha çox ağrı hiss edirlər. Həm xəstənin, həm də diş həkiminin psixoloji cəhətdən özlərini rahat hiss etməsi üçün keyidici dərman preparatı vurmaq və ağrı stressini yaşamamaq məsləhətdir. Belə edəndə müalicə daha az çəkir və uğurla başa çatır. Xəstə qorxularını gizlətməməli və onu öz həkimi ilə paylaşmalıdır. Həkim isə işə sadə müalicələrdən başlayaraq xəstənin etibarını qazanmalıdır. Əks halda xəstə həmin qorxularla baş-başa qalır, həkiminə anlatmadığı üçün onların öhdəsindən gələ bilmir. Qorxunu azaltmaq üçün həkim xəstənin etibarını qazanmalıdır, görüş saatı həm həkim, həm də xəstə üçün münasib olmalıdır. Digər tərəfdən stomatologiyada istifadə edilən deşici alətin çıxardığı səsdən narahat olanlara müalicə əsnasında qulaqcıqla musiqi dinləmək məsləhətdir. Diş həkimi və ya assistent yumşaq formada təmas və rəftar göstərməli, müalicə vaxtı aparılacaq əməliyyatlar ətraflı şəkildə izah edilməli, ağrı olarkən uşağa əlini qaldıraraq xəbər verməsi başa salınmalıdır. Həmin üsullar fayda vermədikdə ağrını hiss etdirməmək və xəstəni sakitləşdirmək üçün venadaxili sakitləşdiricilər verilir, bəzən ümumi anesteziya tətbiq edilir”.

“Stomafobiya əsasən dişlərin müalicəsini çətin keçirənlərdə əmələ gəlir. Diş həkimi işləyərkən maska taxdığına görə uşaqlar ondan qorxa bilər, ağızlarını açmaz, alətləri görüb qışqırar, nəticədə fobiya yaranar. Ona görə də böyük və ya kiçik yaşda olan uşaqlar dişlərinin ağrıdığını ətrafdakılara hiss etdirməməyə çalışırlar. Xəstə ağrıya dözə bilməyəndə diş həkiminə getmək məcburiyyətində qalır. Diş ağrısı zamanı xəstələrin qorxu nəticəsində müalicəni gecikdirməsi ciddi diş problemlərinə səbəb ola bilər və müalicə uzun çəkər. Ona görə də bu sahədə diş həkimlərinin üzərinə ağır yük düşür və onların diqqətli olması lazımdır. Müalicə zamanı xəstənin diqqətini cəlb edəcək xoş münasibət və diş həkiminin psixoloji cəhətdən normal davranışı çox vacibdir. Stomatoloq və psixoloqun əməkdaşlığı diş həkimindən çəkinənlər üçün faydalıdır. İynə və qandan qorxanlar, digər fobiyası olanların da mütəxəssisə müraciət etməsi məsləhətdir”,- deyə psixoloq Y.Əsgərova söhbətə yekun vurub.

Afət Əsgərova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 15 Aprel 2026 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see308

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see299

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see272

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see245

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see241

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see240

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see234

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see232

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see230

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see220

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see206

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see202

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see202

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see201

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see200

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see199

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see197

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see196

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see195

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri