Icma.az
close
up
RU
Qış depressiyasından xilas olma yolları: bol günəş işığı, açıq havada gəzmək və ünsiyyətcillik

Qış depressiyasından xilas olma yolları: bol günəş işığı, açıq havada gəzmək və ünsiyyətcillik

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Fəsillərin dəyişməsi müxtəlif problemlərin üzə çıxması üçün münbit şərait formalaşdırır. Qışa yaxınlaşdıqca havanın daha erkən tutqunlaşması nəticəsində ruhi yorğunluq yaranır, evdən bayıra çıxmağa həvəs olmur, həyatdan zövq almaq hissi azalır. Enerji azlığı, istəksizlik, halsızlıq isə ruhun yorğunluğundan xəbər verir. Bəzi insanlarda meydana çıxan səbirsizlik və əsəbilik hissi də bundan irəli gəlir”. Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, psixologiya üzrə fəlsəfə doktoru Nurəngiz Rzayeva bu barədə SİA-ya məlumat verib.

O qeyd edib ki, qış fəsli bir çox insanlara həm fiziki, həm də psixoloji cəhətdən mənfi təsir göstərir. Qış depressiyası və ya mövsümi affektiv pozuntu adlandırılan bu hal qışın başlanğıcından yaza qədər davam edə bilər: “İstənilən yaş qrupunda rast gəlinən qış depressiyasından əsasən 18-30 yaş arasında olanlar əziyyət çəkirlər. Qadınlar kişilərə nisbətən bu pozuntuya dörd dəfə daha az meyillidirlər”.

Depressiyasının əlamətləri haqqında danışan psixoloq deyib: “Havanın tez qaralması, soyuq havanın təsiri, evdən kənar fəaliyyət və məşğuliyyətlərin azalması nəticəsində insan daxili dünyasına qapanır. Bunun nəticəsi olaraq uzun müddətli pessimizm, durğunluq, ifrat yorğunluq, ümidsizlik, başağrısı, dağınıqlıq, yuxuya həddindən artıq meyillilik, iştaha dəyişkənliyi, şəkərli və nişastalı qidalara tələbat, işə getmək istəyinin azalması və tənbəllik kimi hisslərlə qış depressiyası özünü büruzə verir.

Depressiyaya məruz qalanlar qış aylarında düşünmək, kitab oxumaq və digər işlərlə məşğul olmaq əvəzinə yatmağa daha çox üstünlük verirlər. Qəribədir ki, bəzən çox yatmağa baxmayaraq dincəlmək olmur və əksinə daha da yorğunluq, halsızlıq hissi yaranır. Bəzən isə cəmi 20 dəqiqəlik yuxu bütün yorğunluğun aradan qalxmasına , gümrahlıq hissinin yaranmasına kömək edir. Bu zaman faydalı qidalardan vaxtında və qədərində istifadə gün ərzində beyni oyaq saxlamağa kömək edə bilər. Şəkər və ağ çörəyi imkan daxilində rasiondan çıxarmaq məsləhət görülür”.

Qış depressiyasından xilas olmağın yolları barədə danışan psixoloq deyib: “Depressiyadan xilas olmaq üçün ən səmərəli üsullarından biri Günəş işığıdır. Ona görə də imkan daxilində açıq havada daha çox vaxt keçirməyə çalışmaq lazımdır. Səhərlər yarım saatlıq gəzinti həm fiziki, həm də psixoloji cəhətdən sakitlik yaradır. Orqanizmin kifayət qədər oksigen alması üçün Günəş doğulduğu saatlarda pərdələri açıq saxlamaq, otağı səhər tezdən və gün ərzində havalandırmaq lazımdır. Depressiyaya səbəb olan amillərdən biri də oturaq iş şəraitidir. Həftədə 3-4 gün məşq etmək gümrahlıq və rahatlıq yaradır, zehni açır, əhvali-ruhiyyəni yüksəldir. Ona görə də fasilələrlə gəzməyə və hərəkət etməyə çalışmaq, aktiv həyat tərzi keçirmək, insanlarla ünsiyyətə girmək, tənhalıqdan uzaq olmaq lazımdır. Asudə vaxt və istirahət günlərini yaxın və doğma adamlarla birgə keçirmək də depressiyanı uzaqlaşdırır. Evə və ofisə daha çox günəş işığı düşməsini təmin etmək, ailə üzvləri, doğma və yaxın adamlarla vaxt keçirmək, tətilə çıxmaq, kino və teatra getmək, evdə olarkən maraqlı filmlər izləmək də bu sahədə faydalı təsir göstərir”.

Afət Tahirqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:57
embedMənbə:https://sia.az
archiveBu xəbər 25 Noyabr 2024 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see195

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see182

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see162

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri